Şəmkir İcra Hakimiyyəti yeni milyonluq tender keçirməyə start verib.
Tribunainfo.az xəbər verir ki, Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təqdimatı ilə prosesə start verilib.
Belə ki, İcra Hakimiyyəti Şəmkir şəhərində abadlıq işlərinin satın alınmasını reallaşdırmaq fikrindədir. Əsasən binaların cari təmirini əhatə edəcək bu tenderin dəyəri isə 1 milyon 36 min 314 manat təşkil edəcək.
Qeyd edək ki, Şəmkir İcra Hakimiyyəti ilin əvvəlindən eyni təyinatlı bir neçə tender keçirib.