“Qocalanda bunu sənə karyera verməyəcək” .....                     Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib .....                     Camaatımız nə istəyir? .....                     İcra başçıları nə qədər maaş alır? .....                     "Belə mənəvi durum Qalib xalqa yaraşmır...” .....                     Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir .....                     “Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək .....                     Bakının mərkəzində söküntü başlayır .....                     Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb .....                     SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı .....                     Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür .....                     Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu .....                     Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir .....                     Rəşadı buna görə ürəyindən vurdular... .....                     Bank kartlarından kütləvi oğurluq: .....                     Paşinyan BUNU ANLADIĞINDAN... .....                     Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb .....                     Moskva regionda yenidən aktivləşib .....                     “SOCAR Midstream Operations” şirkətində yeni təyinat .....                     “Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir .....                     Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     "Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" .....                     "Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ .....                     Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi .....                     “Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” .....                     "Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" .....                     Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... .....                     Maaşımız elə parklanmaya gedir .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: .....                     Ermənilər Qarabağa GERİ DÖNÜR? .....                     Sergey Lavrov Ermənistana səfər edəcək .....                     Banan marketlərdə niyə bahalanır? .....                     Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? .....                     Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi .....                     Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir .....                     Keçmiş başçının direktor qızı işdən çıxarıldı .....                     Sumqayıtda şəkər xəstələri dərman ala bilmir .....                     “Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” .....                 

Camaatımız nə istəyir? - AKTUAL
Tarix: Bu gün, 19:02 | Çap et

Mənim doğulub-böyüdüyüm kəndin - Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndinin sakinləri maraqlı, çox anlamlı bir addım atdı. Dünən - mayım 18-də kəndə toplanaraq, kənd məzarlığını ziyarət ediblər, şəhidlərimizin xatirəsinə ehtiram göstəriblər. Sonra isə kənddə qismən salamat yeganə evin həyətində çadır quraraq, süfrə arxasında oturub, görüşüb dərdləşiblər.

Bu görüşə getməyi planlasam da, getmək istəsəm də, təəssüf ki, üzrlü səbəbdən mən bu görüşdə iştirak edə bilmədim. İnşallah başqa xoş günlərdə, xeyirli işlərdə hamılıqla görüşərik. Ümid edirəm, camaatımız bu cür elliklə öz kəndimizə yaşamağa da gedəcək bir gün. Xeyirdə, şərdə həmkəndlilərimlə tez-tez görüşürük. Hamı eyni sözü deyir. Hamı eyni fikirdədir, hamı eyni arzu ilə yaşayır. Mən də hesab edirəm ki, hər kəndin camaatı öz kəndində, öz torpağında yaşamalıdır. Bu, insanların təbii haqqıdır. Kim başqa yerdə, başqa şəhərdə, başqa kənddə yaşamaq istəsə, ona da heç kimin sözü yoxdur. İnsan yaşayış məskəni seçməkdə azaddır. O cümlədən, öz doğulub böyüdüyü, bir zaman yaşadığı, ona məxsus məkanda yaşamaq da insanın haqqıdır. Öz kəndi ilə, öz yurdu ilə görüşə eyni vaxtda bu qədər adam gedibsə, deməli, insanlar öz evini istəyir. Ömrünün qalanını öz torpağında yaşamaq, əkib-biçmək, qurub-yaratmaü istəyir. Nə qədər canı sağlamdır, insan öz dədə-baba yurduna, öz torpağına qovuşmaq istəyir. Axır gündə də öz torpağına qarışmaq istəyir. Bundan daha təbii nə var?

Mən bildiyim qədər bu görüşə 400 nəfərin gələcəyi gözlənilirmiş, bundan iki dəfə çox, yəni 800 nəfər gəlib. Çox böyük rəqəmdir. Nəzərə alaq ki, 1993-cü il avqustun 23-dək bu kənddə yaşamış insanların bir qismi məcburi köçkünlükdə - yurd həsrətilə dünyasını dəyişib. Bir qismi yaşlanıb, artıq uzaq yola çıxacaq fiziki imkanı qalmayıb. Bir qismi çörək dalınca qürbətə üz tutub. Bunları göz önünə gətirəndə, əlbəttə, 800 nəfərin bir çağırışla kəndə toplanması çox ciddi hadisədir. Bu qədər adam bir çağırışla kəndinin görüşünə gedibsə, deməli, hamının fikri, düşüncəsi birdir: günü sabah kəndə qayıtmaq.

Ancaq, təəssüf ki, bu arzu hələ də arzu olaraq qalır. Çünki iyirmi səkkiz-otuz il ərzində dağıdılmış Qarbağı bir gündə, bir ayda, bir ildə tikib-qurub başa gətirmək çətin işdir. Yüzillərlə salınmış, oturuşmuş bir kəndi bu cür dağıntıdan sonra yenidən bərpa edib, əvvəlki halına gətirmək asan gəlməsin. Həm də bu, bir kənd deyil, beş kənd deyil, yüzlərlədir. Hələ mən Füzuli, Ağdam, Cəbrayıl kimi yer üzündən silinmiş şəhərləri demirəm. Bu dağıdılmış yurd yerlərini yenidən bərpa etməyə dövlətin təkbaşına da gücü çatar, bunun üçün dövlət əlindən gələni də edir. Artıq böyük qayıdış başlayıb; Qarabağda xeyli insan artıq öz evinə-yurduna dönüb yaşayır. Artıq Qarabağda toy da çalınır, yeni ailələr də qurulur. Uşaqlar məktəbə də gedir... Ancaq bu miqyasda və bu cür düşməncəsinə talan edilmiş yaşayış məskənlərini dövlət qısa müddətdə yenidən qura bilməz. Hələ mən düşmənin əkdiyi mina tarlalarının təmizlənməsini demirəm. Çox ağır işdir, çox zəhmət, çox vaxt, çox resurs lazımdır. Hamısına dövlətin gücü çatmır. Əslində, çatar, amma, dediyim kimi, çox vaxt lazımdır. O cümlədən, insan resursu.

Mənim fikrimcə, Qarabağ, Şərqi Zəngəzur camaatının özü elə ən böyük resursdur. İnsanlar öz torpaqlarına qayıtmaq, öz evini yenidən tikmək, öz təsərrüfatını yaradıb, öz ata yurdunda yaşamaq istəyir. Buna ürəkdən can atır. Dövlət, bu ərazilərin yenidən bərpasında Qarabağ, Şərqi Zəngəzur camaatının öz imkanlarından da yararlana bilər. Heç olmasa, kəndləri, evlərin xarabalıqlarını minalardan təmizləmək, orda imkan yaratmaq olar ki, hərə öz evini özü tiksin, ya da bərpa etsin. Dövlət kömək göstərirsə, lap yaxşı. Çox sağ olsun. Mən əmin edirəm ki, hər kəs öz evini özü tiksə, dövlətin vəsaitinə də qənaət olunar. Evlər də keyfiyyətli, dayanıqlı olar. Yerli əhali özü bilir, harda eb tikmək olar, harda sel təhlükəsi yoxdur, harda su problemi olmayacaq. Elə kəndin yanından axan çayın yatağından topladığı daşdan da,qumdan da istifadə edər, kəndi basmış ağaclardan da istifadə edər. İnsan özü yaşamaq üçün ev tikirsə, nə daşdan kəsəcək, nə qumdan, nə sementdən. Dədə-babadan belə görmüşük. Hamı elliklə toplaşıb birinə ev tikib, sonra o birinə, sonra o birinə... Budur çıxış yolu. Hər kəs öz kəndinə, öz evinə dönüb, öz güzəranını qursa, dövlətin də yükü azalar. Odur ki, dövlətimizdən, dövlətimizin başçısından da camaatım adından bunu xahiş etmək istəyirəm. İnsanlarımız dövlətimizə, dövlət başçımıza, ordumuza çox minnətdardır; heç yuxuda görə bilməyəcəyimiz bir xəyalı gerçəyə çeviriblər. Torpağımız azad olunub, çox nəhəng quruculuq işləri də gedir. Qısa müddətdə bu qədər yol çəkilib, bu qədər evlər, infrasyruktur obyektləri qurulub. Bunlar asan deyil, böyük iş görülüb. Şəhərlər salınıt, hava limanlar tikilir. Körpülər, keçidlər və sair. Məskunlaşma da gedir. Bunlar təqdir olunası gözəl işlərdir. Ancaq bu işi sürətləndirmək üçün Qarabağın, Şərqi Zəngəzurun camaatının da imkanlarından istifadə etmək olar. Hər kəsin arzusudur ki, dövlətə kömək etsin. Bunu etmək üçün isə, sadəcə, imkan verilsin ki, hərə öz evinə, öz yurduna dönsün. Bəli, mərhələlərlə, ehtiyatla. Camaatımız bunu istəyir. Camaatımız istəyir ki, dövlətə öz minnətdarlığını təkcə quru sözlə deyil, həm də əməli işlə bildirsin. Məncə, bu, təbii və nəcib bir istəkdir. Həm də bu, təkcə bizim kənd camaatının deyil, bütün keçmiş köçkünlərin, bütün Qarabağlıların, Şərqi Zəngəzurluların istəyidir.

Bahəddin Həzi, bizimyol.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qocalanda bunu sənə karyera verməyəcək”
Bu gün, 21:23
Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib - SENSASİON İFADƏ
Bu gün, 21:19
Camaatımız nə istəyir? - AKTUAL
Bu gün, 19:02
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Bu gün, 19:01
"Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
Bu gün, 18:52
Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir
Bu gün, 18:47
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
Bu gün, 18:37
Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...
Bu gün, 18:30
Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Bu gün, 17:19
SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı - QƏRAR
Bu gün, 17:16
Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür
Bu gün, 17:13
Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu – Yeni təhlükə
Bu gün, 17:09
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Bu gün, 17:06
Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
Bu gün, 17:03
Bank kartlarından kütləvi oğurluq: - Problemi necə həll etmək olar?
Bu gün, 17:00
Paşinyan BUNU ANLADIĞINDAN... - AKTUAL
Bu gün, 16:55
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Bu gün, 16:52
Moskva regionda yenidən aktivləşib - Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
Bu gün, 16:50
“SOCAR Midstream Operations” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
“Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir -RƏY
Bu gün, 16:43
Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... - Amma QUSDUĞU BƏLLİ DEYİL...
Bu gün, 16:35
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 16:32
"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
Bu gün, 16:30
"Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ - TƏFƏRRÜAT
Bu gün, 16:25
Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
Bu gün, 16:22
“Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
Bu gün, 16:19
"Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" - Tahir Kərimli OD PÜSKÜRDÜ
Bu gün, 16:16
Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... - TƏFƏRRÜAT
Bu gün, 16:13
Maaşımız elə parklanmaya gedir - AYNA-dan narazılıq
Bu gün, 16:10
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 15:17
Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: - Hərbi komissarlığı partlatmaq istəyirdi
Bu gün, 15:12
Ermənilər Qarabağa GERİ DÖNÜR? - Yoxsa, başqa planları var?
Bu gün, 14:26
Sergey Lavrov Ermənistana səfər edəcək
Bu gün, 13:07
Banan marketlərdə niyə bahalanır? – Səbəbi bilindi
Bu gün, 13:06
Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər
Bu gün, 13:01
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT
Bu gün, 13:00
Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir - Simonyan
Bu gün, 12:58
Keçmiş başçının direktor qızı işdən çıxarıldı - SƏBƏBİ
Bu gün, 12:51
Sumqayıtda şəkər xəstələri dərman ala bilmir - NARAZILIQ VAR...
Bu gün, 12:47
“Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” - Xalq yazıçısından İRAD
Bu gün, 12:45
Karlen İskəndərovun cinayət işi - MƏHKƏMƏ OLDU
Bu gün, 12:41
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:39
Erməni ordusu hələ də özünü bərpa edə bilməyib - Köçəryan
Bu gün, 12:31
Dilbər Sadayeva Kaşpirovski rolunda - Bakıda peyda olan "Pudokina" kimdir?
Bu gün, 12:26
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib - VİDEO
Bu gün, 12:22
Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib - FOTO
Bu gün, 12:17
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 12:08
Məzahir Pənahovla bağlı DAHA BİR İDDİA... - 400 min manata yaxın vəsaitin taleyi bilinmir
Bu gün, 12:06
Sanksiya şoku: Polşa Azərbaycan üçün nəzərdə tutulan yükü müsadirə etdi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Şəki təsərrüfatlarında TƏHLÜKƏ – Meyvələri məhv edən XƏSTƏLİK yayıldı
Bu gün, 11:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru