Rusiya Federasiyası ABŞ və bəzi qeyri-dost ölkələri Təhlükəsizlik Məsələlərinə Məsul Ali Nümayəndələrin 13-cü Beynəlxalq Toplantısına dəvət edib.
Publika.az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov deyib.
“Konfransa dəvət ABŞ-a və bir sıra dost olmayan dövlətlərə göndərilib”, - o qeyd edib.
Venediktov vurğulayıb ki, bu dövlətlərin nümayəndələri “açıq anti-Rusiya kursuna” baxmayaraq, tədbirə maraq göstərirlər.
Mayın 12-də məlum olub ki, təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin beynəlxalq görüşünə Cənub və Şərq dövlətlərinə, MDB, KTMT, Aİİ, ŞƏT ölkələrinə, o cümlədən 20-dən çox beynəlxalq təşkilatın rəhbərliyinə dəvət göndərilib.
Təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək nümayəndələrin beynəlxalq iclası 2010-cu ildən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının himayəsi altında keçirilir. 2025-ci ildə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə 27-29 may tarixlərində Rusiyanın paytaxtında keçiriləcək.