“Ermənistan və Rusiyanın kimlikləri bir-birinə o qədər sıx bağlıdır ki, onları ayırmaq çətindir”.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Ermənistanın tarixinə, kimliyinə və Ermənistan-Rusiya münasibətlərinə yenidən baxmağa cəhdlər edilir. Buna görə də indi, həmişəkindən daha çox Ermənistan və erməni kimliyinin nəyi təmsil etməsinin obyektiv elmi təhlilinə ehtiyac var. Bu, ölkələrimizi birləşdirən keyfiyyətlər kontekstində də vacibdir. Ermənistan və Rusiyanın kimlikləri bir-birinə o qədər sıx bağlıdır ki, onları ayırmaq çətindir”, - səfir bildirib.