Avropa və ABŞ Ukraynadakı münaqişənin tez bir zamanda həllinə nail ola bilməsə, təhlükəsizlik məsələlərində onlara olan etimad sarsılacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu fikri Fransa Prezidenti Emmanuel Makron Sinqapurda keçirilən təhlükəsizlik konfransında səsləndirib.
"Əgər ABŞ və avropalılar qısa müddətdə Ukraynada vəziyyəti nizamlaya bilməsələr, düşünürəm ki, onlara olan etimad son dərəcə azalacaq", - o, Asiyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi və Qərbin Çini çəkindirməyə hazırlığı kontekstində bildirib.