Qarabağ qazisini SAYA SALAN YOXDUR .....                     “Müəllim də insandır da, başqasına hədiyyə vermək olar, müəllimə yox?” .....                     Prezidentin "mübahisəli" köməkçisi .....                     "Rədd olsun Qaregin!": Paşinyan yeni bir hərəkata başlayıb .....                     DİQQƏT: Bakıda bu binalara qazın verilişi dayandırılacaq .....                     Əri ona xadimə ilə xəyanət edibmiş .....                     "ZLOY COFFEE"-yə cərimə kəsilib .....                     İnşaat sektorunda AXSAMA .....                     "Haradansa çıxdılar və birbaşa üzərimə gəldilər" .....                     Naxçıvanda 10 manatlıq şirkətlə maraqlı "alış-veriş" .....                     Qaz və işıq limiti ləğv olunur: YENİ QİYMƏTLƏR .....                     Qrenlandiyanın ABŞ-la qarşıdurma zonasına çevrilməsini istəmirik .....                     Aqrar Xidmətlər Agentliyi “Toyota Camry Hybrid” Avtomobili Alır .....                     Söküntüdə böyük problem: Verilən pula ev almaq olmur .....                     "Əminəm ki, Rusiya bunu nəzərə alacaq..." .....                     Adil Əliyevin əcaib-qəraib işləri... .....                     Şahin Bağırov "Azercell"ə 84 min manat köçürüb .....                     Qazax səhiyyəsi acınacaqlı durumda .....                     Göygöl peşə məktəbində AÇIQ BAZAR .....                     "Jurnalistlərin binası"nda ÜSYAN HƏDDİ... .....                     “Müqəddəs taxt” uğrunda siyasi döyüş: Paşinyana qarşı yeni alyans .....                     "Ermənistanın din xadimləri Paşinyanı devirmək üçün hərəkətə gətirilib" .....                     " Bəlkə bu söz-söhbətləri ümumiyyətlə, aparcılar yığışdırsın?" .....                     Moskva Krım tələbini niyə məhz Bakıya qarşı irəli sürür? .....                     Paşinyanla qarşıdurmada məğlubiyyəti .....                     Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat .....                     "Ermənistan baş nazirinin kilsəyə hücumu: səbəb nədir?" .....                     Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir .....                     Keçmiş dostlar necə və niyə düşmən oldular? .....                     İran şahının nəvəsi yəhudi biznesmenə ərə gedib .....                     Əhaliyə verilən suyun yarısı Bakı şəhərinin payına düşüb .....                     BDU-nun “Məzun Günü” tenderində gözlənilməz endirim .....                     Paşinyan İrəvanda hücuma hazırlaşır .....                     AMB 314 minlik qablaşdırma mallarını .....                     Pirşağıda şagirdlərin ağzını "skoç"layan müəllimə xəbərdarlıq edildi .....                     Naxçıvan MR-in Tibb Müəssisələrinin İdarəetmə Birliyi ləğv edilir .....                     Bakıda 12 hektarlıq yeni park salınır, 2,3 milyonluq tenderi .....                     Problemli kreditlər silinəcəkmi? .....                     Tehranın imam cüməsinin oğlu və gəlini həbs edildi .....                     Erməni deputatdan iddia: Paşinyan iqtidarının ömrünə cəmi bir neçə ay qalıb .....                 

MOSKVANIN “QARABAĞ SANCISI” BİTMİR - Kremlin rəsmi ideoloqunun açıqlaması nəyi göstərir?
Tarix: Dünən, 11:16 | Çap et

Ukraynaya qarşı işğalçılıq müharibəsi Rusiyanın bu vaxta qədər apardığı pərdələnmiş imperiyaçılıq, işğalçılıq, qonşu dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik siyasətini tam açıq müstəviyə çıxardı. Artıq qonşu ölkələrin suverenliyini birbaşa şübhə və təhdid altına almaq Rusiya siyasi hakimiyyətinin təmsilçiləri üçün adi hala çevrilib və Kreml bunu hansısa formada pərdələməyə belə çalışmır.

Məlum olduğu kimi, Ukrayna ilə vaxt uzatmağa yönələn və kapitulyasiya tələbindən başqa heç bir mahiyyət daşımayan danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Putinin köməkçisi Vladimir Medinski ötən gün işğal olunmuş Ukrayna ərazilərini Qarabağla eyniləşdirib: "Əgər biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Əgər real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın işğal etdiyi Ukrayna əraziləri-red.) "böyük Qarabağa" çevriləcək. Bir müddət sonra Ukrayna NATO-ya daxil olacaq və müttəfiqləri ilə birlikdə həmin əraziləri geri qaytarmağa cəhd edəcək...”

Medinski əlavə edib ki, Moskva heç kim tərəfindən tanınmayan "böyük Qarabağ" yaradılmasını istəmir: "Buna görə də, biz dayanmaq, tam hüquqlu sülh bağlamaq və yeni ərazilərin tanınmasını istəyirik".

Yəni, Medinski həm də demək istəyir ki, ermənilər zamanında səhv edib. Onlar Qarabağ erməni işğalında olarkən bu qondarma qurumun və işğal olunmuş ərazilərimizin “tanınmasına” nail olmalı idi. İndi isə işğalçı Rusiya Ermənistanın bu “səhvini” təkrarlamaq istəmir. Ən əsası isə Putinin köməkçisi Azərbaycanın Qarabağ üzərindəki suveren haqlarını, ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə şübhə altına alır.

Nəzərə alsaq ki, Medinski hazırda təkcə Putinin köməkçisi yox, həm də Kremlin rəsmi ideoloqlarından biridir, bunu həm də Moskvanın rəsmi mövqeyi hesab etmək olar. 

Azərbaycanın bu təxribatçı açıqalmaları cavabsız qoymayacağı bəlli idi. Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Medinskinin dediklərinə bu cür cavab verib: “Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur”.

XİN rəsmisinin sözlərinə görə təəccüblü hal odur ki, Rusiya Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. O xatırladıb ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb və tanıyır: “Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir. Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub”.

Qeyd edək ki, Medinskinin bu açıqlaması bir daha hələ də Kremlin “Qarabağ sancısı”nın bitmədiyini göstərdi. Göstərdi ki, Moskvanın bir gözü yenə Ermənistanda və Azərbaycan torpaqlarında, fikri isə bu ərazilərdə yenidən aranı qatmaqda, Ermənistanı işğalçılığa həvəsləndirməkdədir.

Xatırladaq ki, bundan bir müddət əvvəl Ermənistana səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın vaxtilə Azərbaycanın Qarabağla yanaşı, ətraf yeddi rayonunu işğal etmək üçün Rusiyadan aldığı silah və texnikadan istifadə etdiyini açıq şəkildə, utanıb çəkinmədən bəyan etdi: “Xatırlatmaq istərdim ki, Ermənistan demək olar ki, müstəqillik qazandığı gündən bəri Rusiya silahlarından istifadə edir. Bu silahlar yeddi beynəlxalq səviyyədə tanınmış və Ermənistanın heç vaxt rəsmi şəkildə iddia etmədiyi rayonların işğalı zamanı da tətbiq olunub”.

İstər Lavrovun, istərsə də Medinskinin bu açıqalmaları bir daha Ukraynada bataqlığa düşmüş Rusiyanın “başı açılan kimi” bizim regionda yenidən aranı qatmağa çalışacağının siqnalları sayıla bilər. Qonşu ölkələrə yalnız qanlı münaqişələr və fitnə-fəsadlar sayəsində nəzarət etməyə çalışan Rusiyanın yaxın zamanda bu çirkin siyasətdən əl çəkəcəyini gözləməyə dəyməz. Ona görə də Azərbaycanın qardaş Türkiyə ilə strateji birlik yaratması, eləcə də ölkəmizin Rusiya-Ukrayna müharibəsi və Ukraynanın ərazi bütövlüyü məsələsində tutduğu beynəlxalq hüquqa uyğun mövqe məntiqli və ölkəmizin milli maraqlarına uyğundur…

“AzPolitika.info” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ qazisini SAYA SALAN YOXDUR - GİLEY
Bu gün, 06:53
“Müəllim də insandır da, başqasına hədiyyə vermək olar, müəllimə yox?” - keçmiş nazirdən REAKSİYA
Bu gün, 06:47
Prezidentin "mübahisəli" köməkçisi - Bahəddin Həzi yazır...
Bu gün, 06:41
"Rədd olsun Qaregin!": Paşinyan yeni bir hərəkata başlayıb - GƏLİŞMƏ
Bu gün, 06:33
DİQQƏT: Bakıda bu binalara qazın verilişi dayandırılacaq – Həmişəlik!
Bu gün, 06:30
Əri ona xadimə ilə xəyanət edibmiş - Məşhur plastik cərrahın qətlinin şok təfərrüatı
Bu gün, 06:25
"ZLOY COFFEE"-yə cərimə kəsilib - qaydalara riayət etməyib
Bu gün, 06:21
İnşaat sektorunda AXSAMA - Görünəni odur ki...
Bu gün, 06:20
"Haradansa çıxdılar və birbaşa üzərimə gəldilər" - döyülən jurnalist DANIŞDI
Bu gün, 01:20
Naxçıvanda 10 manatlıq şirkətlə maraqlı "alış-veriş" - TƏFƏRRÜAT
Bu gün, 01:14
Qaz və işıq limiti ləğv olunur: YENİ QİYMƏTLƏR - BUNDAN SONRA...
Bu gün, 01:11
Qrenlandiyanın ABŞ-la qarşıdurma zonasına çevrilməsini istəmirik - Makron
Bu gün, 01:08
Aqrar Xidmətlər Agentliyi “Toyota Camry Hybrid” Avtomobili Alır - BU QİYMƏTƏ...
Bu gün, 01:04
Söküntüdə böyük problem: Verilən pula ev almaq olmur - AKTUAL
Bu gün, 01:02
"Əminəm ki, Rusiya bunu nəzərə alacaq..." - deputat
Bu gün, 01:00
Adil Əliyevin əcaib-qəraib işləri... - ƏGƏR...
Bu gün, 00:56
Şahin Bağırov "Azercell"ə 84 min manat köçürüb - SƏBƏB
Bu gün, 00:52
Qazax səhiyyəsi acınacaqlı durumda - İTTİHAM VAR...
Bu gün, 00:48
Göygöl peşə məktəbində AÇIQ BAZAR - BU NƏDİ BELƏ?
Bu gün, 00:28
"Jurnalistlərin binası"nda ÜSYAN HƏDDİ... - Şirkət abunəçilərinə necə fırıldaq gəlib?
Bu gün, 00:09
“Müqəddəs taxt” uğrunda siyasi döyüş: Paşinyana qarşı yeni alyans - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"Ermənistanın din xadimləri Paşinyanı devirmək üçün hərəkətə gətirilib"
Bu gün, 00:00
" Bəlkə bu söz-söhbətləri ümumiyyətlə, aparcılar yığışdırsın?"
Dünən, 23:55
Moskva Krım tələbini niyə məhz Bakıya qarşı irəli sürür? – Təxribatlar gözləniləndir
Dünən, 23:51
Paşinyanla qarşıdurmada məğlubiyyəti erməni kilsəsinin siyasətini dəyişə bilərmi?
Dünən, 18:14
Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
Dünən, 18:10
"Ermənistan baş nazirinin kilsəyə hücumu: səbəb nədir?" - "Deutsche Welle"
Dünən, 18:07
Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
Dünən, 18:04
Keçmiş dostlar necə və niyə düşmən oldular? - AKTUAL
Dünən, 18:00
İran şahının nəvəsi yəhudi biznesmenə ərə gedib - VİDEO
Dünən, 17:59
Əhaliyə verilən suyun yarısı Bakı şəhərinin payına düşüb
Dünən, 17:56
BDU-nun “Məzun Günü” tenderində gözlənilməz endirim - TENDER NƏTİCƏSİ
Dünən, 17:54
Paşinyan İrəvanda hücuma hazırlaşır – Bu dəfə qalib gələcək!
Dünən, 17:53
AMB 314 minlik qablaşdırma mallarını - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:50
Pirşağıda şagirdlərin ağzını "skoç"layan müəllimə xəbərdarlıq edildi - RƏSMİ
Dünən, 17:47
Naxçıvan MR-in Tibb Müəssisələrinin İdarəetmə Birliyi ləğv edilir
Dünən, 17:46
Bakıda 12 hektarlıq yeni park salınır, 2,3 milyonluq tenderi - BU ŞİRKƏT UDDU
Dünən, 17:45
Problemli kreditlər silinəcəkmi? - “Müəyyən addımlar atmaq olar”
Dünən, 17:32
Tehranın imam cüməsinin oğlu və gəlini həbs edildi
Dünən, 17:30
Erməni deputatdan iddia: Paşinyan iqtidarının ömrünə cəmi bir neçə ay qalıb
Dünən, 17:22
Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
Dünən, 17:13
Səkkiz yaşlı oğlana təcavüz edən həbs olunmadı
Dünən, 17:07
"Yoldaşımı xəstəxanaya aparmışdım" - Misir Mərdanov TƏKZİB ETDİ
Dünən, 17:05
İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
Dünən, 17:01
Ermənistanda vətəndaş müharibəsi təhlükəsini görürəm - Erməni deputat
Dünən, 17:00
"Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar" - "Yasamal Hospital"dan ŞİKAYƏT
Dünən, 16:58
Tevanyan erməniləri Paşinyana qarşı üsyana çağırdı: - Gözə göz, dişə diş
Dünən, 16:52
Rahib Qəribi döyüb ayağını sındırdılar - VİDEO
Dünən, 16:33
Məmmədovun xeyrinə qanunları pozan qadın hakim kimdir? - NƏ BAŞ VERİR?
Dünən, 15:32
Əcnəbi turist Bakıdakı qızları "ələ saldı": - "Hamısı..."
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru