Bakı şəhərində yeni istirahət məkanının yaradılması üçün daha bir mühüm addım atılıb. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən elan edilən tender müsabiqəsinin nəticələri məlum olub.
FED.azxəbər verir ki, müsabiqəyə əsasən, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektarlıq ərazidə salınacaq istirahət parkının layihə-smeta sənədlərinin hazırlanması xidməti “Az.Arxitektura” MMC-yə həvalə olunub.
Qalib şirkətlə bağlanmış müqavilənin ümumi dəyəri 2.387.833,84 AZN təşkil edir.
Qeyd edək ki, “Az.Arxitektura” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 5 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yunis Şükürlü Sahib oğludur. Hüquqi ünvanı AZ1116, Bakı şəhəri Binəqədi rayonu, mikrorayon 7, ev 29 A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbə ünvanında yerləşir.