İran hökuməti bütün vətəndaşlarına son dəfə xəbərdarlıq edərək, dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp-ın telefonlardan silinməli olduğunu bildirib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, sözügedən tətbiqin etibarlı olmadığı və məlumatların İsrail qurumlarına göndərildiyi iddia edilib.
Münaqişə boyu çoxsaylı kiberhücumların müşahidə edildiyini xatırladan İran hökuməti İran Yayım Korporasiyasına (IRIB) verdiyi açıqlamada iranlı alimlərə və yüksək səviyyəli komandirlərə qarşı sui-qəsd hücumlarında cib telefonu ilə izləmə apardığını bildirib və İran xalqını WhatsApp, Telegram, həmçinin buna bənzər məkan əsaslı proqramlardan istifadə etməkdən çəkinməyə çağırıb.
İran rəsmiləri xüsusilə ictimai yerlərə gedərkən və böyük qruplarla birlikdə olarkən cib telefonu gəzdirməməyi tövsiyə edib.