BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib .....                     Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib .....                     Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                     Azər Qasımlının məhkəməsi başlayıb .....                     İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib .....                     Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! .....                     Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? .....                     Yaxın saatlarda vəziyyət dəyişəcək: .....                     Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… .....                     Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... .....                     Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib .....                     Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: .....                     ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... .....                     İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib .....                     Trampın İran planı nədir? .....                     Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş .....                     Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR .....                     Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI .....                     Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır .....                     Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF .....                     Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? .....                     Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz .....                     Qonşuda müharibə və Azərbaycan reallığı .....                     İran İsraillə münaqişədə qalib gələcək .....                     Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var .....                     Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib .....                     Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu .....                     İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi .....                     Dövlət Komitəsinin 226 min manatlıq tenderi .....                     Şah oğlunun müraciəti və xalqların arzusu: .....                     Vaşinqton Tehrandan nə istəyir? .....                     Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? .....                     “Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb .....                     Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? .....                     17 ildə büdcəni belə talayıblar... .....                     Nifaq salmaq istəyən nökərlərə qardaşlıq .....                     “Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” .....                 

Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Tarix: Bu gün, 17:25 | Çap et

ReAl Partiyasının sədri Natiq Cəfərli "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, sizcə, İsrail-İran arasında qarşılıqlı hava hücumları nə vaxta qədər davam edə bilər? İkinci bir ssenari mümkündürmü?

- Qarşıdurmada ikinci ssenari kimi quruda hərbi əməliyyatlardan söhbət gedirsə, bu, mümkün deyil. Müharibənin şiddətlənməsi fonunda İranın İsrailə və ya əksinə, İsrailə kömək edən koalisiyanın İrana qurudan hərbi müdaxiləsi ehtimalı yoxdur. Qarşılıqlı hava zərbələrinin davam etməsi isə mümkündür.

Dünən gecə saatlarda ABŞ-də Prezident Donald Trampın iştirakı ilə təhlükəsizlik strukturlarının iclası oldu. Toplantıda İran-İsrail qarşıdurmasına müdaxilə etməklə bağlı hər hansı qərar çıxmadı. Sadəcə 24-48 saat ərzində hansısa qərarın olacağı söylənildi. Bu, Tehranla danışıqlarda anlaşmalara gedilməsi ilə bağlı ayrılan son zaman kəsimi kimi dəyərləndirilir. Ona görə də yaxın zamanlarda, hətta yaxın saatlarda hansısa anlaşmanın əldə olunması ehtimalı yüksəkdir.

- ABŞ-nin bu müharibəyə qoşulması ehtimalı haqda nə deyərdiniz? Rəsmi Tehran Təl-Əvivin birbaşa Vaşinqtonun diktəsi ilə hücumları həyata keçirdiyini iddia edir. Ağ Evin açıq şəkildə hərbi əməliyyatlara qoşulması ilə bağlı proqnozlar nədən ibarətdir?

- Amerika bu münaqişəyə qoşulmaq istəsəydi, bunu bir qədər tez edərdi. Ağ Ev bacardıqca danışıqlar yolu ilə olan uğurları dəyərləndirməyə çalışır. Çünki bu hadisələrdən sonra atəşkəs elan edilsə və nüvə proqramı ilə bağlı qərarlar qəbul olunsa da, bu hadisələr İran üçün nəticəsiz bitməyəcək.

İran daxilində daha maraqlı və ya dramatik proseslərin başvermə ehtimalı var. Yəni kənar müdaxiləsiz də İran cəmiyyətində dinamik proseslərin baş qaldıracağı ehtimal olunur. Baş verənlərə görə günahkarın daxildə axtarılması prosesi davam edəcək.

- ABŞ-nin körfəz ölkələrindəki hərbi bazalarına İranın hücum cəhdlərini necə dəyərləndirirsiniz?

- Bunlar sadəcə qarşılıqlı təhdiddir. Tramp Administrasiyasının “Tehranı boşaldın”, "İran təslim olsun" çağırışlarından sonra rəsmi Tehran tərəfindən də “əlimiz çata biləcək qədər yaxınlıqda yerləşən Qətərdə, Bəhreyndə, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, İraqda, Suriyada və digər bölgə ölkələrindəki Amerika hərbi bazalarını vura bilərik” kimi mesajlar verilir.

Amma İran da başa düşür ki, belə bir hücum ABŞ-ni hərbi əməliyyatlara qoşmaq deməkdir. Bu, ABŞ-nin təhlükəsizlik doktrinasında da öz əksini tapıb. Belə olan halda Trampın Konqresdən icazə almağa və yaxud qanun layihəsi göndərməyə ehtiyacı qalmır.

Çünki Amerika əsgərinə və vətəndaşına təhlükə varsa, prezident hərəkətə keçib 48 saatdan sonra Konqresə bununla bağlı məlumat vermək səlahiyyətindədir. Belə bir konfiqurasiya olduğu halda İranın belə addım atması ehtimalı azdır.

- Bəs, sizcə, Çinin İranla bağlı planlarına nə daxildir? İddialar var ki, rəsmi Pekin İranda olan investisiyalarını təhlükə altına düşməsinə imkan verməyəcək və prosesə müdaxilə edəcək...

- Nə qədər qəribə görünsə də, İran ətrafında vəziyyətin gərgin qalması əslində rəsmi Pekinə sərf edir. Çünki ABŞ Administrasiyasının əsas hədəfi Uzaq Şərqlə, Sakit okean hövzəsi ilə bağlıdır. İran ətrafındakı vəziyyət Amerikanın Sakit okean planlarını ertələməsinə səbəb olur. Bu da Çinin işinə yarayır.

Təbii ki, İran Çinin əsas tədarükçülərindən biridir. Pekin Tehrandan ucuz qiymətə neft alır. Çinin İranda müəyyən səviyyədə investisiya layihələri də var. Bunun fonunda isə sanksiyalar altında olan İran Çin aldığı neftin dəyərini bəzən mal və xidmətlərlə ödəyir.

Belə bir xəbər yayıldı ki, Çinin 3 təyyarəsi hansısa formada İrana yardım aparıb. Bununla belə, Çinin İran-İsrail qarşıdurmasında tərəf olması ehtimalı azdır. Rusiya-Ukrayna müharibəsində belə Çin tərəf deyil. Pekin Moskvaya və Kiyevə ayrı-ayrılıqda dron satmaqla məşğuldur. Belə vəziyyətlərdə ticarəti güclü olan ölkələr daha çox pul qazanmağı düşünürlər. Siyasi vəziyyəti bir qədər arxa plana keçir. Üç böyük dünya dövlətinə - ABŞ, Rusiya və Çinə bu kimi qarşıdurmalar sərf edir.

- Sizcə, İran-İsrail qarşıdurması hansı qlobal şoklar yarada bilər? Neftin qiymətinin bahalaşması davam edir. Tehran Hörmüz boğazını bağlayarsa, nə baş verə bilər?

- Hazırda aparılan danışıqlarda əsas mövzulardan biri məhz Hörmuz boğazı ilə bağlıdır. Əgər İran Hörmüz boğazını bağlamaq istəsəydi, artıq 6-cı gündür hərbi əməliyyatlar gedir, bu müddətə çoxdan addım atmış olardı. Görünən odur ki, tərəflər arasında alış-veriş predmetlərinin biri də budur. Bunun fonunda isə birjalarda neftin və qızılın qiymətləri özünü qəribə aparır.

Yaxın Şərq qan çanağına dönüb, bu qədər böyük hücumlar, qarşılıqlı raket zərbələri baş verir. Amma həftə başlayandan neftin qiymətində ciddi dəyişiklik yoxdur. Əksinə neftin qiymətində bu gün ərzində 0,6 faiz ucuzlaşma baş verib. Eyni prinsip qızıla da aiddir. Bu da çox qəribə tendensiyadır. Çünki bu tipli gərginliklər zamanı neft və qızılın qiyməti özünü artımla göstərir.

Qızıl güvənli liman kimi investorları cəlb edir və onlar digər aksiyalardan, səhmlərdən çıxıb ona yönəlirlər. Neftin dünya bazarına çıxarılması təhdidi yaranan kimi isə onun qiyməti kəskin şəkildə artır.

İndi isə birjalarda elə də gərginlik yoxdur, rutin bir vəziyyət hökm sürür. Bu da birjalar və bazar oyunçularının yaxın saatlarda, yaxın günlərdə hansısa bir anlaşmanın olacağına inamından xəbər verir. Sözsüz ki, Hörmüz boğazı bağlansa, bu, ciddi problem yaradar.

Dünya neft ticarətinin dörddə birə yaxını Hörmüz boğazından tankerlər vasitəsi ilə dünyaya çatdırılır. Bu, qısa müddət olsa da neftin qiymətinə təsir göstərə bilər. Hətta neftin 100 dollara qədər bahalaşması da mümkündü. Təbii ki, bu cür qiymət artımları qalıcı deyil və zaman-zaman buna oxşar hadisələr yaşanıb. Misal üçün, pandemiya dövründə neftin qiyməti bir günlük də olsa mənfi zonaya düşmüşdü. 20 dollaracan eniş baş vermişdi. Sonradan vəziyyət düzəldi.

Ona görə də belə qiymət dəyişikliyi keçici xarakterə malikdir. Qalıcı olaraq belə bir hal az qala bütün bölgə dövlətlərinin müharibəyə başlaması fonunda gözlənilə bilər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib - FOTO
Bu gün, 21:25
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Bu gün, 19:42
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Bu gün, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Bu gün, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Bu gün, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Bu gün, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Bu gün, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Bu gün, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Bu gün, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Bu gün, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Bu gün, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Bu gün, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Bu gün, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Bu gün, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Bu gün, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Bu gün, 16:57
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Bu gün, 16:53
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Bu gün, 16:37
Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Bu gün, 16:35
Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Bu gün, 16:32
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Bu gün, 16:22
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Bu gün, 16:19
Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Bu gün, 16:17
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Bu gün, 16:13
Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Bu gün, 16:08
Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Bu gün, 16:04
İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Bu gün, 16:03
Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Bu gün, 15:59
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib – Hesabat
Bu gün, 15:58
Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu - QANUN HƏRLƏYƏN KİMDİR Kİ...
Bu gün, 15:55
İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi - Son dəfə...
Bu gün, 15:52
Dövlət Komitəsinin 226 min manatlıq tenderi - LƏĞV OLUNDU
Bu gün, 15:36
Şah oğlunun müraciəti və xalqların arzusu: - Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi
Bu gün, 15:32
Vaşinqton Tehrandan nə istəyir? - Yaxın Şərqdə müharibənin kölgəsində böyük hesablaşma
Bu gün, 15:30
Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? - HƏQİQƏTƏNDƏMİ?
Bu gün, 15:21
“Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb
Bu gün, 13:10
Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? - İLGİNC
Bu gün, 13:07
17 ildə büdcəni belə talayıblar... - TƏFƏRRÜAT
Bu gün, 13:04
Nifaq salmaq istəyən nökərlərə qardaşlıq MESAJI
Bu gün, 13:02
“Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” – BBC jurnalistinin şəxsi dramı
Bu gün, 12:58
“Ən pis sülh, müharibədən yaxşıdır”... - "Regionda diplomatiya əvəzinə silahlar işlədilir"
Bu gün, 12:56
Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj - NƏ BAŞ VERİR?
Bu gün, 12:49
Türkiyə İranla olan sərhədlərini möhkəmləndirir
Bu gün, 12:45
Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir - TƏFƏRRÜAT
Bu gün, 12:43
Ermənistanda iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur
Bu gün, 12:42
Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər - AÇIQLAMA
Bu gün, 12:28
Dünyamalıyevanın gözü DÜNYA MALINDADIRSA... - NARAZILIQ VAR...
Bu gün, 12:24
İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır? - AKTUAL
Bu gün, 12:21
İranda xalq DEVRİMƏ QALXARSA... - QAN... QİSAS... VƏ...
Bu gün, 12:19
Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq - Məsud Pezeşkian
Bu gün, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru