Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib .....                     Azərbaycanda bəzi siqaretlər bahalaşdı .....                     "Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" .....                     Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR .....                     Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib .....                     Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb .....                     “Naxçıvan Petrol”un rəhbəri dəyişdi .....                     14 milyonluq alış dayandı: .....                     Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq .....                     Məşhur prokurorun oğlu camaata pul atıb… .....                     Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? .....                     Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır .....                     “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” .....                     Paşinyanın Rusiya səfərinin .....                     SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib .....                     Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? .....                     Rusiyanı məhkəməyə vermək istəyirik .....                     Dövlət Agentliyi “Bravo”ya protokol yazdı .....                     Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi .....                     Neft pulları HAVAYA SOVRULUB? .....                     İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" .....                     “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi .....                     Təmiz poqon, təmiz vicdan .....                     "Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik" .....                     FHN şefi Axundova GÖRƏV VERDİ .....                     Xarici qrant şəbəkəsi yenidən aktivləşdi .....                     Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi .....                     Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir .....                     Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” .....                     Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir .....                     Bəlkə Azərbaycan XİN hərəkətə keçə... .....                     Deputat sülh müqaviləsindən danışdı: .....                     "Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ .....                     Niderland Azərbaycana yeni səfir təyin edib .....                     Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib .....                     ABŞ senatorlarından Azərbaycana qarşı təxribat .....                     Şərura prokuror təyin olunub .....                     Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” .....                     Cəlilabada yeni prokuror təyin edilib .....                 

Bazarda yeni fırıldaq dönür: - Evi satıb sonra boşanırlar və...
Tarix: Bu gün, 12:34 | Çap et

Son vaxtlar daşınmaz əmlakla bağlı aktual olan mövzulardan biri də alqı-satqısı prosesindən sonra yaranan problemlərdir.

Belə ki, son vaxtlar sənədi olmayan, məsələn, etibarnamə əsasında satılan bir evin sahibi sonradan növbəti “fırıldağa” əl atır. Yəni ev sahibləri olan ər-arvad saxta boşanmaq qərarı verirlər və onlar məhkəmə qərarı ilə boşandıqları zaman satdıqları ev aralarında bölünür. Evi almış şəxsin rəsmi sənədi olmadığına görə artıq həmin evi və verdiyi pulu itirmiş olur. Qeyd edək ki, Ali Məhkəmə Plenumunun 2024-cü il martın 12-də keçirilən iclasında boşanma ilə bağlı indiyədək problemlər yaradan məsələlər müzakirə edilib və dəqiqləşdirmələr aparılıb.

Sonda bu müzakirələr «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Plenum qərarı qəbul edilib.

Qərarda boşanmalarda tez-tez rast gəlinən bir sıra vacib məqamlar əksini tapıb ki, onlardan biri də qeydiyyatsız və özbaşına tikililər barədədir. Yeni qərara əsasən bu əmlakların qeydiyyatda olmamasına, hətta qanunsuz olmasına baxmayaraq bundan sonra boşanma zamanı özbaşına tikililər də bölünəcək.

Məsələn, tərəflər (yəni ər və arvad) nikah dövründə özbaşına tikili inşa ediblər, yeni qaydaya əsasən boşanma zamanı ilk növbədə nəzərə alınacaq ki, onların hər ikisi burada yaşaya bilərmi?

Əgər mümkündürsə, hər ikisi bu mənzildə yaşaya bilərlər. Amma keçmiş ər və arvadın bu evdə birgə yaşaması obyektiv səbəblərdən mümkün deyilsə, həmin evin tərəflər arasında bölünməsi baş verəcək. Daha dəqiqi, burada yaşaması mümkün olmayan şəxs tikiliyə birgə nikah dövründə çəkilmiş vəsaitin ona düşən payına uyğun olaraq yarısını tikilinin qaldığı şəxsdən geri istəyə bilər.

Yəni, məsələn, ər bu tikilini tərk edirsə, həmin tikilinin inşasına sərf edilmiş vəsaitin yarısını arvaddan tələb edə bilər və ya əksinə. Bu qayda hətta həmin əmlak daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmadıqda belə tətbiq ediləcək. Üstəlik, həmin qərar, yəni özbaşına tikilinin ər və arvad arasında bölünməsi barədə qərar bu tikilinin qanuni sayılması demək deyil.

"Bu məhkəmə qərarı heç bir halda həmin əmlaka hüququ tanıyan bir qərar və ya əmlakın qediyyata alınmasına əsas verən bir qərar sayılmayacaq. Sadəcə olaraq bu, ər-arvad arasında əmlak bölgüsü və bütün mübahisəli məsələləri həll edən məsələ olacaq.

Çünki bu gün ölkədə 100 minlərlə özbaşına tikili var, bunların inşası üçün xərclər çəkilir, bunlarda insanlar yaşayır və boşanır. Yəni məhkəmənin bu qədər geniş yayılmış bir fakta qiymət verməməsi reallığa və həyat təcrübəsinə uyğun olmaz və ədalətli olmaz", - deyə Ali Məhkəmədən bildirilib.

Qeyd edək ki, Ali Məhkəmə Plenumunun qəbul etdiyi «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Plenum qərarı ölkədə vahid məhkəmə təcrübəsinin tətbiqi məqsədi daşıyır. Yəni boşanma və əmlakın bölünməsi ilə bağlı məhkəmə işlərində vahid yanaşma olaraq bu qərardakı yanaşma nəzərə alınacaq.

Göründüyü kimi, qərara əsasən əmlakların qeydiyyatda olmamasına, hətta qanunsuz olmasına baxmayaraq, boşanma zamanı özbaşına tikililər də bölünəcək. Bəs belə proseslər zamanı evi almış vətəndaş nə etməlidir?

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, bu məsələlər kifayət qədər yayılıb:

“Biz vətəndaşları sənədsiz evlərin alqı-satqısının həyata keçirilməsində iştirak etməkdən çəkinməyə çağırırıq. Çünki yalnız bu problem deyil, sənədsiz evlərin alqı-satqısı və mülkiyyətinin dəyişməsi zamanı digər problemlərlərlə üzləşmək mümkündür. Ona görə də çalışsınlar ki, bu proseslərdən uzaq olsunlar. Yaxud da əgər maddi imkanlar baxımından sənədli ev ala bilmirlərsə, o zaman mütləq şəkildə hüquqşünasla məsləhətləşməlidirlər.

Qarşıda yaranan digər problemlərin, məsələn, boşanma zamanı ev bölgüsünün, payın müəyyən edilməsinin, digər şəxsin oraya köçürülməsinin qarşısını almaq üçün orada hüquqları ola bilən, o evlə bağlı iddia qaldıra bilən şəxslərdən ərizə alınmasını təmin etsinlər. Hüquqşünas faktiki hallara görə məsləhət verməlidir ki, gələcəkdə yaranacaq müəyyən problemlərin hamısının da olmasa, müəyyən qisminin qarşısı alınması mümkün olsun.

Əgər vətəndaş artıq bu problemlə üzləşibsə, etibarnamə ilə alqı-satqı düzgün deyil. Etibarnamə sadəcə olaraq həmin şəxsin hüquqlarını sənə ötürür, mülkiyyət hüquqlarını ötürmür. Evi satan şəxs sonradan boşanma qərarı verirsə, nikahı ləğv olunur və həyat yoldaşı həmin evlə bağlı iddia qaldırır. Məhkəmə də haqlı olaraq həmin evdə, çəkilmiş xərcdə onun payını müəyyən edə bilər.

Həmin şəxsin oraya köçürülməsi ilə bağlı qərar qəbul edə bilər və bu, qanuni hesab olunacaq. Belə olan zaman aldadılmış şəxs alqı-satqını sübut edə bilirsə, ödədiyi məbləğlə bağlı əlində hər hansı sənədləşmə, razılaşma varsa, məhkəməyə müraciət edib ödədiyi məbləği, çəkdiyi xərcləri tələb etməlidir.

Bu iddianı qaldırmaq üçün onun əlində əsaslar olmalıdır. Sübut edə bilməlidir ki, evi bu qiymətə alıb və aldıqdan sonra da bu qədər xərc çəkib. Məhz bu kimi məsələlərlə bağlı vətəndaşlar öncədən mütləq vəkilə, hüquqşünasa müraciət etsinlər, məsləhətlər alsınlar”.

Hüquqşünasın sözlərinə görə, əks təqdirdə həm ev əlindən çıxacaq, həm də ödədiyi məbləği geri almaqda çətinlik çəkəcək:

“Çünki notarial qaydada alqı-satqı həyata keçirilməyib. Həmin şəxsə yalnız bir etibarnamə verilib. Məsələn, bir vətəndaş 20-30 min manata bir ev alıbsa, onun nə qədər məbləğ ödədiyini sübut etmək imkanları yoxdur.

Adətən o şəxslərdə heç bir sənəd, razılaşma olmur. Məhkəməyə müraciət etdikdə isə ondan tələb edilir ki, səni başa düşdük, sənin adına etibarnamə verilib, guya bu faktiki alqı-satqıdır. Bəs sən nə qədər vəsait ödəmisən, onu sübut elə. Çünki bir çox hallarda qarşı tərəf gəlib “Mən ondan o qədər pul almamışam” və yaxud “Amumiyyətlə, pul almamışam” kimi bəhanələr irəli sürür.

Bu zaman iddiaçı sübut etməlidir ki, nə qədər pul ödəyib, nə qədər xərc çəkib. Buna görə də onun əlində müvafiq sənədləşdirmə düzgün olmalıdır ki, məhkəmə onun xeyrinə qərar qəbul edə bilsin. O sənədlər düzgün olmadıqda, məhkəmə də o şəxsə kömək edə bilmir.

Nəticədə evə ödədiyi pul da, çəkdiyi xərc də əlindən çıxır. Evi etibarnamə ilə satan şəxsin həyat yoldaşı varsa, onun da adından ərizə alınmalıdır ki, mən yoldaşım tərəfindən filan sənədsiz evin filan qiymətə satılmasına etiraz etmirəm. Yəni bu, tam rəsmi sənəd olmasa belə, gələcəkdə müəyyən problemlərdən sığortalaya bilir.

Əgər satan şəxs iddia qaldırsa, alan tərəfin də əlində sənəd olur ki, heç olmasa ödədiyi pulu geri ala bilsin. Əvvəllər notariusda həmin ərizənin müvafiq şəxs tərəfindən verildiyini təsdiq edirdilər. Ancaq son zamanlar notariuslar bu imza təsdiqindən yayınırlar. Evi satan şəxs ən azından öz əl yazması ilə yazsa, bu rəsmi sənəd olmasa da, gələcəkdə məhkəmənin qəbul edəcəyi bir sübutdur”.

“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib
Bu gün, 20:54
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
Bu gün, 20:49
"Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" - İsrafçılığa qurulan "məclis"...
Bu gün, 18:16
Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Bu gün, 18:04
Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Bu gün, 17:58
Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Bu gün, 17:54
“Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:49
14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Bu gün, 17:47
Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Bu gün, 17:44
Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Bu gün, 17:38
Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Bu gün, 17:29
Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Bu gün, 17:21
“Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Bu gün, 17:19
Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Bu gün, 17:05
SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:01
Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Bu gün, 16:57
Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Bu gün, 16:51
Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Bu gün, 16:49
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Bu gün, 16:46
Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Bu gün, 16:42
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Bu gün, 16:33
"Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Bu gün, 16:31
“Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Bu gün, 16:28
Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Bu gün, 16:25
"Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Bu gün, 16:21
FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Bu gün, 16:17
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Bu gün, 16:15
Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Bu gün, 16:11
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Bu gün, 16:09
Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Bu gün, 16:08
Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Bu gün, 15:36
Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Bu gün, 15:34
Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Bu gün, 14:47
"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Bu gün, 14:40
Niderland Azərbaycana yeni səfir təyin edib
Bu gün, 14:37
Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib
Bu gün, 14:34
ABŞ senatorlarından Azərbaycana qarşı təxribat - YENİ GƏLİŞMƏ
Bu gün, 14:24
Şərura prokuror təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:21
Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” - TƏFƏRRÜAT
Bu gün, 14:19
Cəlilabada yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 13:25
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub - BUNDAN SONRA...
Bu gün, 13:17
Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb - "Periodista Digital"
Bu gün, 13:12
Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu - TƏFƏRRÜAT
Bu gün, 13:07
Ermənistan hökuməti Karapetyana uduzdu - KİV
Bu gün, 13:00
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - AÇIQLAMA
Bu gün, 12:57
İki aydır 200 manatlıq sifarişi icra olunmur... - MÜRACİƏT
Bu gün, 12:55
“Kişilər əsl sevginin nə olduğun onda anlayır” - Lalədən ETİRAF
Bu gün, 12:50
35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - ƏMR
Bu gün, 12:47
Həbs edilən "Epi" ləqəbli reper: - "3 dəfə qeyri-etik ifadədən istifadə edilib"
Bu gün, 12:36
Bazarda yeni fırıldaq dönür: - Evi satıb sonra boşanırlar və...
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru