Dedim, "jurnalist deyiləm..." "jurnalistsən..." deyib üstümə gəlirlər...
Azərbaycan yeganə ölkədir ki, ictimai jurnalistika ilə medianın sərhədi mövcud deyil. Qanunlarımız belə o qədər absurddur ki, Baş çıxara bilmirsən...
Əslində bu dəfə də QANUN adına yazılanlar hazırki JURNALİSTİKA MÖHTƏKİLƏRİNİN cari "problemləri" fonunda ərsəyə gəldiyindən yetərincə eybəcərdir və bu eybəcərliklər gözçıxardacaq qədərində çəkicidir...
NƏ ETMƏLİ?
Təbii ki, belə bir sual kimsəni düşündürmür. Yəni belə bir suala cavab verib də tədbir görəcək ünvanları ilgiləndirmir...
Ona görə də Azərbaycanda nə JURNALİSTİKA yoxdur... nə sivil və yaxud da guya ki fərqli görünsün deyə... MEDİA adlandırdıqları ZAD mövcud deyil...
Azərbaycanda bir az xəbərçilik və bir az da tərcüməli-tərcüməsiz... xəbər paylaşımçılığı var... adına JURNALİSTİKA deyirsinizsə, deyin... Bu ad altında dövlətinm pulunu əmirsinizsə... əmin...
Zatən adam Azərbaycanın dövlət büdcəsinə baxanda ürəkağrısı keçirir. Olmasın 10-15 milyon manat... Heç olmasa arada bir-iki jurnalist də dolanır...
Əslində bu fikrin özü belə təhlükəlidir: BİR-İKİ jurnalist çörək qazanır... filan mətbu orqan yaşasın...
Əslində bu ehtiyatlanmağımızla, qədirbilənliyimizlə bütün MƏTBUATIN anasının ağladılmasına göz yumduq...
Guya göz yummayıq nə edəsi idik ki...
Əcəb də edirlər... Sən deyirsən ki, mətbuat belə olmur... onlar deyir ki, yox... mətbuat elə belə olur... Ona görə də mübahisə etməyin anlamı yoxdur. ƏSAS QƏLƏM onların əlindədir. Çünki öz "BELƏ OLUR"larını qanuniləşdirə bilirlər...
Mətbuat haqqında qanuna son əlavə və dəyişikliklərdən də göründü ki, Azərbaycanda jurnalistika deyilən bir peşə rəsmən gömülüb... QANUNİ OLARAQ...
Bu ad altında çıxış edənlərə bundan sonra uğurlar və gerçək jurnalistlərə səbr diləyirəm.
Demirəm, barışmayın... necədirsə elə də davam edin... Çünki zatən beləsiniz... Amma belə nə qədər davam edəcək? Bəlkə də 100 il... bəlkə də əbədi... Amma bunun adına jurnalistika deyiləcəkmi? Bəlkə də hə... Çünki belə deyil deyənə...
P.S. Bu yazını Mili Mətbuat Günü yazmışdım... Amma gördüm ki, bir-iki jurnalist dost ad alıb, hədiyyə qazanıb, şan-şöhrətə çatıb... paylaşmadım. Düşündüm ki, onlara xətir... susum.
Zatən illərdir, bu işlə məşğuluq...
P.P.S. Allah sənə rəhmət eləsin... Azərbaycan jurnalistikası... FATİHƏ... (yeyənlərə aid deyil...)
Məhəmməd ƏRSOY - "DİA-AZ"