“Sea Breeze” MMC-nin (VÖEN – 1404047071) dövlət büdcəsinə ümumilikdə 36 min 22 manat 77 qəpik vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, 2017-ci ildə dövlət qeydiyyatına alınan “Sea Breeze” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir.
Qeyd edək ki, “Nəsimi rayonu, Hüseynbala Əliyev 3 MK, ev 4, m. 83” ünvanında qeydiyyatda olan MMC-nin qanuni təmsilçisi Zotov Roman Aleksandroviçdir.