“Nə sülh sazişi sənədində, nə də iki ölkənin Vaşinqtonda imzaladığı bəyanatda nəqliyyat marşrutlarından və ya dəhliz deyilən hər hansı bir şeydən bəhs edilir.
Sadəcə olaraq Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək nəqliyyat marşrutlarının açılması müzakirə olunur, Ermənistan isə öz növbəsində İranın Culfaya dəmir yolu ilə bağlanacaq”.
“Cebheinfo.az” xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani “İsca News” telekanalına müsahibəsində bildirib.
“Ermənistan və Birləşmiş Ştatlar Ermənistanda erməni-amerikan birgə müəssisəsinin qeydiyyata alınması, bütövlükdə Ermənistanın milli suverenliyi və yurisdiksiyası çərçivəsində olacaq. Ermənistanın təhlükəsizlik orqanları, pasport nəzarəti, gömrük prosedurları tərəfindən tənzimlənəcək layihənin icrası üçün operator və investoru müəyyən etmək barədə yazılı deyil, şifahi razılığa gəliblər”,-deyə İran səfiri bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında təfərrüatları gələcəkdə iki ölkə tərəfindən müzakirə ediləcək bəyanatın mətnində İran İslam Respublikasının arzuladığı beş prinsip, o cümlədən “milli suverenliyə hörmət, sərhədlərin bütövlüyünə hörmət, yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığı” tam nəzərə alınıb:
“Buna görə də bundan narahat olmaq üçün heç bir səbəb yoxdur”.
İran səfiri İrəvan hava limanını misal çəkib:
“Pasport nəzarəti, gömrük prosedurları və təhlükəsizlik yoxlamaları hökumət tərəfindən həyata keçirilir, lakin aeroportun rəhbərliyi investisiya şirkətinə keçib, ona görə də razılaşdırılmış tranzit marşrutu üçün “99 illik icarə” adı altında işlədilən ifadələr düzgün deyil”.