22.10.2025-ci il tarixdə, saat 11:00-da “Azərşin”ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"DİA-AZ" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 8 ünvanında (“Azərşin”ASC-nin inzibati binası) baş tutacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
2. “Azərşin” ASC-nin fəaliyyətinin dəyərləndirilməsi;
3. “Azərşin”ASC-nin fəaliyyətinin olmaması ilə bağlı ləğv edilməsinin müzakirəsi;
4. Cəmiyyətin ləğvi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunması və səlahiyyətlərin verilməsi;
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (055) 415-90-26