Ağdam Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, RİH başçısının əmri ilə Allahverən Əliyev İdris oğlu vəzifəsindən azad edilib.
A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ali təhsil alıb. Baytar həkimidir. O, 1996-cı ildən YAP üzvü idi.
Onu yeri hazırda vakantdır. RİH başçısı Vaqif Həsənovdur və hazırda onun bir müavini qalıb. Bu, Xəqani Nəzərov Salman oğludur.
Qeyd edək ki, V.Həsənov Prezidentin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.