Renoir Consulting LLC Şirkətinin AR filialı (VÖEN: 1403945931) ləğv olunduğunu elan edir.
"DİA-AZ" xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 64, mənzil 13 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu filial 27 sentyabr 2017-ci ildən dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ranganthan Ganeshdir.
Renoir Consulting LLC beynəlxalq menecment konsultasiya şirkətidir. Şirkət 1994-cü ildə qurulub. Fəaliyyət istiqaməti əməliyyatların optimallaşdırılması, rəqəmsal transformasiya və korporativ idarəetmə sahələridir.
Baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.