Naxçıvan Muxtar Respublika Xəstəxanasının tibbi təchizatının yenilənməsi üçün vəsait ayrılıb.
Bu barədə İqtisadiyyat.az Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika xəstəxanası üçün laboratoriya avadanlıqları sifariş edilib. Sifarişin maliyyə dəyəri isə 1 875 000,05 manat müəyyənləşib.
Sifarişlə əlaqədar olaraq isə "Azəri Medi" şirkəti müqavilə bağlanılıb.