Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib.
"DİA-AZ" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl‑Malik “Dostluq” ordeni ilə təltif edilib.