Tovuzda da belə idi: İndi də buraları qarışdırır... .....                     Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                     “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” .....                     Geosiyasətin cinayət yolu... .....                     Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə .....                     İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur .....                     Hamı alır, amma risklərini bilmir .....                     Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib .....                     "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" .....                     Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: .....                     Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib .....                     Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... .....                     BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb .....                     Separatizmlə mübarizədə çox vacib addım .....                     Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri .....                     Miri Yusifi bir də belə görün .....                     Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb .....                     İrəvandan Ağrı dağı ilə bağlı açıqlama .....                     Valideynlər direktora qarşı: DAVA AÇILDI... .....                     Yağışlı hava davam edəcək... .....                     Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi .....                     “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” .....                     “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi .....                     Çarəsizlikdən doğan ironiya .....                     Qobuda SİRLİ TORPAQ... .....                     “Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” .....                     Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? .....                     "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” .....                     “Bu maaşa onu almaq olur ki?” .....                     “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” .....                     Məhəmməd Mirzəliyə hökm oxundu .....                 

Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Tarix: Bu gün, 15:19 | Çap et

Ötən gün Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Avanesyanın terror-təxribat törətmək niyyətində olması məlumdur, amma bir çox suallar var ki, ona yəqin ki, hüquq-mühafizə orqanları tərəfindən aydınlıq gətiriləcək. Sadəcə əsas sual budur: erməni niyə indi və kimin göstərişi ilə bu terrora hazırlaşırmış?

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran siyasətçi, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, baş verən hadisənin mahiyyətini hüquq-mühafizə orqanları daha dəqiq araşdıracaqlar və daha dəqiq məlumat verəcəklər:

- Amma ehtimallar var və bu ehtimallar üzərində ağıla gələn ilk variant bu şəxsin Xankəndidə gələcəkdə terror törətmək üçün qalmasıdır. İlkin məlumata görə, Avanesyan əvvəlcədən hazırlıqlar görüb. Bu şəxs imkansızlıq, yaxud əqli çatışmazlıq, ya da ki, Azərbaycan vətəndaşı olmağı düşünərək Xankəndidə qalmağı seçmişdisə, heç zaman silah, qumbara gizlətməzdi, saxlamazdı. Əvvəlcədən silah gizləyibsə, deməli, niyyəti varmış. Avanesyan güman ki, hansısa klanın, Ermənistandakı hansısa dairələrin öyrətdiyi, əlində açar kimi saxladığı şəxsdir. Azərbaycan hüquq-mühafizə orqanları bunu araşdıracaq və yəqin ki, Ermənistanla da bu istiqamətdə informasiya mübadiəsi aparacaq.

- Ermənistan bu hadisənin aydınlığa çıxmasında maraqlıdırmı?

- Avqustun 8-də Vaşinqtonda üçtərəfli görüşdə razılaşmalar əldə edilib, sülh sazişi paraflanıb. Bundan sonra baş verən proseslər onu göstərir ki, Ermənistan daxilində revanşist qüvvələr, xüsusilə də, hakimiyyətə Rusiya xətti ilə gəlmək istəyən, yaxud etnik-milli konfliktlər üzərindən özlərinə reytinq toplamaq istəyənlər uğursuzluğa düçar olublar. Ermənistan daxilində indi fərqli müzakirələr aparılır və ermənilərin xeyli hissəsi sülhdə maraqlı görünürlər. Belə məqamda revanşistlərin, Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələrin təxribat-terror cəhdləri istisna edilməməlidir. Ermənistanın hazırkı hakimiyyəti, Nikol Paşinyan hökuməti də anlamalıdır ki, bu cür hallar İrəvanın özünə ziyan vurur. Ona görə də, hesab edirəm ki, informasiya mübadiləsində maraqlı olacaqlar. Hər halda, yenə deyirəm, hüquq-mühafizə orqanları məsələni detallı araşdıracaq və cəmiyyət məlumatlandırılacaq.

- Ermənistan rəsmiləri tərəfindən son günlər sülh bəyanatları artıb. Eyni zamanda, Azərbaycanla, Türkiyə ilə sülhün əldə olunması istiqamətində addımları da görürük. Məsələn, Ermənistan hökuməti ölkəyə giriş-çıxışda pasportlara vurulan möhürdə dizayn dəyişikliyi edib, Ağrı dağının təsviri möhürlərdən götürülüb. Belə addımlar sülhə nə qədər yaxınlaşıldığını göstərir?

- Hesab edirəm ki, uzun illər davam edən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında olan düşmənçilikdən cəmiyyəti birdən-birə psixoloji cəhətdən daşındırmaq üçün effektiv variantlar çox azdır. Məncə, belə addımlar prosesləri sülh istiqamətinə yönləndirəcək, insanları sülh istiqamətində düşünməyə vadar edəcək. Sülh istiqamətində daha böyük və kəskin addımlar atmaq bəlkə də mümkündür, amma bunun Ermənistan daxilində nəticələri nə olacaq, hər halda Paşinyan hökuməti bunu hesablayır. Həm hakimiyyəti əldən verməmək, həm də planlaşdırılan sülhün əldə olunması üçün Paşinyan hakimiyyəti xırda addımlar atır.

Ümumiyyətlə isə düşünürəm ki, Cənubi Qafqazın fərqli yerə gəlməsi istiqamətində Azərbaycan təşəbbüsü öz üzərinə götürməlidir. Sülh sazişinin paraflanmasından sonra cənab Prezidentin “Əl Ərəbiyyə” telekanalına müsahibəsinə diqqətlə nəzər salmaq lazımdır. Prezident bildirdi ki, sülh sazişinin imzalanması artıq formal xarakter daşıyacaq. Yəni ki, biz artıq razılaşdırmış kimi görünürük. Bundan sonra Azərbaycan Cənubi Qafqazın birliyi istiqamətində düşünməlidir. Avropa Birliyinin mini modeli formasında Cənubi Qafqaz Birliyi gələcək üçün böyük perspektivlər vəd edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Bu gün, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Bu gün, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Bu gün, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Bu gün, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Bu gün, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Bu gün, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Bu gün, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Bu gün, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Bu gün, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Bu gün, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Bu gün, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Bu gün, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Bu gün, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Bu gün, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Bu gün, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Bu gün, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Bu gün, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03
İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00
Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19
Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16
"Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14
“Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12
“Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru