Azərbaycandan 16 sığorta şirkətindən biri – “Qala Sığorta” ASC səhmdarını gizlədir.
"DİA-AZ" Yurd.Media-ya istinadən xəbər verir ki, şirkətin illik idarəetmə hesabatlarında səhmlərin sahib olan fiziki və hüquqi şəxs(lər) barədə məlumat verilməyib.
Təxminən 5 il bundan əvvələ qədər isə “Qala Sığorta” 100 % “AzRe Təkrarsığorta” ASC-yə məxsus idi. Şirkət 2015-ci ildə “American Insurance Group”a məxsus “Çartis-Azərbaycan” sığorta şirkətinin bazasında – onun səhmlərinin əldə edilməsi ilə yaradılmışdı.
“AzRe Təkrarsığorta” həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 50%-nə nəzarət edir.