Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti (VÖEN: 1000418451) açıq müsabiqə elan edib.
"DİA-AZ" xəbər verir ki, müsabiqə “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının Tikintisinin Davamı (III mərhələ)” işlərinin satın alınmasını əhatə edir.
Satınalmanın ehtimal olunan qiyməti 27 milyon 170 min 541 manat 94 qəpikdir.
Müsabiqənin dərc olunma tarixi 15.09.2025 saat 13:50-dir. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 27.10.2025 saat 14:00-a təyin edilib.
Satınalma ilə bağlı əlaqələndirici şəxs – baş mühəndis Asif Əmirəhmədovdur. Əlaqə üçün email: [email protected], telefon: +994 12 493 03 18.
İddiaçılar təkliflərini 27.10.2025-ə qədər Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A ünvanına təqdim edə bilərlər.