Əliyev onunla danışdı, İrəvana şad xəbər verildi .....                     YAP Ramiz Mehdiyevlə bağlı QƏRAR VERƏCƏK... .....                     Tramp poster yaydı: .....                     Xəritə yayıldı: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir .....                     Rüfət Həsənova SOCAR-da yeni vəzifələr verildi .....                     Ramiz Mehdiyevin bankının taleyi: Qaranlıqdır... .....                     Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətləri normallaşdırır .....                     "“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun.." .....                     Əflatun Amaşova yeni vəzifə verildi .....                     Azərbaycanlı "qanuni oğru" .....                     Məşhur general işdən azad edildi .....                     Feyziyev indi də Naxçıvanda ARANI QATMAQDADIR... .....                     Azərbaycanda banklar gəlir və zərərlərini açılqayıb .....                     Mehdiyevlərin bankı yalan məlumat yayıb: Gizlətməyə çalışırlar? .....                     “Ənvər Həsənov Fəxri Xiyabanda dəfn olunmayıbsa, ona qəbirüstü abidə qoyulmamalıdır?” .....                     Mehdiyevin həbsi: Evini kəşfiyyat qərargahına çevirib? .....                     Ermənistanda keşiş həbs olunub, .....                     "Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir" .....                     Naxçıvanda təhsil naziri ÖZÜNÜ PADŞAH HESAB EDİR... .....                     AÇG və "Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb .....                     AZƏRİQAZ-da Əmək Məcəlləsini HƏRLƏYƏN YOXDUR... .....                     Qaluzin çalışır ki... .....                     Ramiz Mehdiyevin öldürülməsinə imkan verməyin... .....                     İŞİD-ə qarşı ƏMƏLİYYAT: iki azərbaycanlı axtarışa verildi .....                     Rövşən Nəcəflə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ EDİLDİ .....                     Mehdiyevin AMEA-dakı UZANTILARI NƏ OLACAQ? .....                     Rusiyanın tez-tez Xəzər mövzusuna qayıtmasının bir səbəbi var... .....                     Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib .....                     Xalq artisti Ramiz Quliyev vəfat edib .....                     Sabunçuda Qarabağ Qazisinin GÜNÜNÜ QARA EDİBLƏR... .....                     33 yaşlı kişi 11 yaşlı qıza təcavüz etdi .....                     “Universitetə attestatla qəbul etdirəcəm” deyərək dələduzluq etdi .....                     “Blokda olan kartımdan pul oğurlayıblar” .....                     ATƏT rəhbəri Gürcüstandakı etiraz aksiyasına qatıldı .....                     On bir il əvvəl arvadını öldürdü, həbsdən çıxıb onunla münasibətlərindən şübhələndiyi kişini qətlə yetirdi .....                     "İzmir Restoran" qalmaqallı məhkəmə prosesində yenidən uduzdu .....                     Zaur Baxşəliyev efirdəki bu sözünə görə məhkəmədə ifadə verdi .....                     ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək .....                     “Zabrat Maşınqayırma Zavodu”nun nizamnamə kapitalından 1,8 milyon manat .....                     Kremldən idarə olunan revanşistlər nəyə nail ola biləcəklər .....                 

Limit qərarından sonra: Taksilər də “kölgə”yə çəkiləcək - BELƏ HARA GEDİRİK?
Tarix: Dünən, 17:56 | Çap et

Nazirlər Kabineti Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin sayına məhdudiyyət qoyub.

Yeni qərara əsasən, Bakı şəhərində bu icazələrin sayı 25 000-lə məhdudlaşdırılır. Bu addım avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, eyni zamanda şəhər nəqliyyatında sərnişin axınının tənzimlənməsi məqsədi daşıyır.

Qərara əsasən, icazə əlavələri yalnız mövcud qanunvericilik, o cümlədən “Lisenziyalar və icazələr haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlar və Rəqabət Məcəlləsinə uyğun şəkildə, növbəlilik prinsipi nəzərə alınmaqla təqdim olunacaq. Bildirilir ki, bu, icazələrin şəffaf və ədalətli şəkildə verilməsini təmin etməyə xidmət edir:

“Yeni məhdudiyyətlərin tətbiqi həm də bazarda rəqabəti tənzimləməyə, qeyri-rəsmi fəaliyyəti azaltmağa və şəhər nəqliyyatında idarəolunmanı artırmağa yönəlib”. Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək. Son illər Azərbaycanda taksi xidmətində əhəmiyyətli yeniliklər tətbiq olunub. Tələblərə əsasən, 2000-ci ildən əvvəl istehsal olunan avtomobillərin taksi fəaliyyəti göstərməsi tamamilə qadağan edilib.

Qanunvericiliyə görə, taksi kimi istifadə ediləcək nəqliyyat vasitələrinin yaşı maksimum 15 il ola bilər. Bundan başqa, taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyən şəxslər mütləq müvafiq dövlət imtahanından keçməlidirlər. Bu imtahan sürücülərə peşəkar fəaliyyət üçün icazə verən şəhadətnamənin alınması məqsədilə keçirilir.

Şəhadətnamə yalnız müəyyən edilən qaydalar əsasında verilir. Bakı şəhərində taksilərin sayına limit qoyularkən faktiki qeydiyyatda olan sakinlərin, yoxsa ümumi əhali sayının nəzərə alınacağı maraq doğurur. Çünki Bakıda faktiki əhalinin sayı qeydiyyatda olan əhalinin sayından çoxdur. Bu məqam da limit tətbiqi zamanı taksi çatışmazlığına səbəb ola bilər.

Məsələ geniş müzakirələrə səbəb olub və bir sıra suallar hələ də açıq qalır. Bu qərar qiymətlərə necə təsir edəcək ? Bu, həm də Rəqabət Məcəlləsinin pozulması demək deyilmi?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən iqtisadçı- ekspert Akif Nəsirli bildirib ki, bu məhdudiyyət bir neçə istiqamətdə təsir göstərə bilər:

“İcazələrin sayına limit qoyulması bazar təklifini azalda, bu isə tələb sabit qaldığı halda qiymətlərin artmasına gətirə bilər. Xüsusilə “Bolt”, “Uber”, “Maxim” kimi platformalar üzrə sürücü sayı azaldıqda, sifarişlər üçün rəqabət azalacaq, nəticədə sərnişinlər üçün gediş haqları arta bilər.

Digər tərəfdən, dövlətin məqsədi qeyri-leqal fəaliyyətin qarşısını almaq və keyfiyyətli xidmət standartlarını qorumaqdır, lakin bu, qısamüddətli dövrdə qiymət artımı riskini azalmır”.

Onun sözlərinə görə, bu qərar Rəqabət Məcəlləsinin ruhuna zidd ola bilər:

“Çünki bazara girişə inzibati məhdudiyyət qoyulması sərbəst rəqabətin qarşısını ala bilər. Əgər icazə sayı məhduddursa, yeni iştirakçılar bazara daxil ola bilməyəcək, bu isə monopol və ya oliqopol vəziyyət yarada bilər. Lakin hökumət qərarı “ictimai maraq” və “sərnişin təhlükəsizliyi” arqumenti ilə əsaslandırır, bu da qanunvericilikdə müəyyən istisna hallara daxildir”.

Ekspert qeyd edib ki, sürücülər üçün bir sıra çətinliklər yarana bilər:

“Yeni qaydalar qüvvəyə mindikdən sonra bəzi sürücülər icazə əldə edə bilməyəcəklər, bu da onların fəaliyyətini məhdudlaşdıra bilər. Əgər icazələr üçün növbə sistemi uzun çəkərsə və ya kvota dolarsa, bir çox sürücü qeyri-leqal fəaliyyətə yönəlmək riski ilə üzləşəcək. Bu halda həm vergi itkiləri, həm də idarəolunmaz “kölgə taksi bazarı” yarana bilər.

Yəni Nazirlər Kabinetinin qərarı nəqliyyat sektorunda keyfiyyətə nəzarəti artırmaq məqsədi daşısa da, bazarda rəqabətin azalması və qiymət artımı ehtimalı da diqqətdən kənarda qalmamalıdır. Hesab edirik ki, qərarın effektivliyi yalnız şəffaf icazə paylanması, rəqəmsal nəzarət mexanizmləri və alternativ ictimai nəqliyyatın gücləndirilməsi ilə təmin oluna bilər”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, məhdudiyyət o demək deyil ki, Bakı şəhərində 25 000 taksi sürücüsü olmalıdır:

“25 000 məhdudiyyət sürücülərə deyil, taksi kimi istismar olunan nəqliyyat vasitələrinə aiddir. Yəni bu, o demək deyil ki, Bakı şəhərində 25 000 taksi sürücüsü olmalıdır.

Qərar yalnız Bakı şəhəri üzrə tətbiq olunur, bu limitə Xırdalan, Abşeron, Sumqayıt və digər ətraf ərazilər daxil deyil. Sadəcə olaraq, il ərzində Bakı şəhərində 25 000 minik avtomobilinin taksi fəaliyyəti üçün istismarına icazə verilir”.

Onun sözlərinə görə, bir nəqliyyat vasitəsini bir neçə sürücü istismar edə bilər:

“Burada diqqət çəkən məqam odur ki, məhdudiyyət yalnız avtomobillərə aiddir, sürücülərə deyil. Bir nəqliyyat vasitəsini bir neçə sürücü istismar edə bilər.Müxtəlif saatlara görə rəqəm dəyişə bilər. Bu da o deməkdir ki, taksi sürücülərinin sayı 25 000-dən çox, hətta 50-100 min nəfər də ola bilər”.

Ekspert qeyd edib ki, qiymət artımı gözlənilmir:

“Bu qərardan sonra taksi sahəsində hər hansı kütləvi ixtisarlar və ya avtomobil sayının azaldılması prosesi gözlənilmir. Bu səbəbdən yaxın aylarda, ən azı ilin sonuna qədər taksi qiymətlərində kəskin artım baş verməyəcək. Qiymətlər əvvəlki qaydada sutkanın saatlarına, iqlim şəraitinə və tələbat səviyyəsinə uyğun olaraq dəyişməyə davam edəcək. Məlumdur ki, bayram və iş günlərində tələb az olduqda qiymətlər enə, hava şəraiti çətinləşdikdə, məsələn, qar yağan günlərdə isə arta bilər”.

Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, taksi sayına məhdudiyyət tıxacın və şəhərdəki sıxlığın qarşısını ala bilər:

“İnsanları şəxsi maşından və taksidən çox, ictimai nəqliyyata yönəltməliyik. Taksi sayı azaldıqda müəyyən çətinliklər yarana, qiymətlər bir qədər qalxa bilər. Amma məsələ qiymətin qalxıb-qalxmaması deyil, yəni qiymət qalxmasın deyə tıxacda qalmağın da mənası yoxdur. Əsas məqsəd şəhərdəki sıxlığı azaltmaq, tıxacların qarşısını almaqdır.

Dünyanın bir çox ölkələrinin paytaxtlarında və iri şəhərlərində orta hesabla hər 1000 nəfərə 1 taksi düşür”.

Ekspert qeyd edib ki, 3 milyon əhalisi olan bir şəhərdə təxminən 3 000 taksi fəaliyyət göstərir:

“Bizdə isə əhalisi 3 milyon olan Bakı şəhərində 75 000-ə yaxın taksi var. İndi isə qəbul edilən qərara əsasən bu say 25 000-ə endirilir və bu rəqəm belə hələ yüksək hesab olunur. Yəni məqsəd heç də insanların rahat gedib-gəlməsinə maneə yaratmaq deyil.

Amma unutmayaq ki, tıxac olan yerdə rahatlıqdan söhbət gedə bilməz. Əksinə, taksi sayı həddindən artıq çox olduqda şəhərdə sıxlıq yaranır. Məqsəd isə ictimai nəqliyyatın işini optimallaşdırmaq, avtobus zolaqlarını tam şəkildə tətbiq etmək, avtobusların sayını artırmaq və mikromobilliyi inkişaf etdirməkdir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyev onunla danışdı, İrəvana şad xəbər verildi – 33 il sonra təkrar başlayır
Bu gün, 12:24
YAP Ramiz Mehdiyevlə bağlı QƏRAR VERƏCƏK... - "MÜTLƏQ..."
Bu gün, 12:20
Tramp poster yaydı: - Tramp poster yaydı:Ermənistan və Azərbaycan arasında müharibə…
Bu gün, 12:15
Xəritə yayıldı: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Geqamyan
Bu gün, 12:13
Rüfət Həsənova SOCAR-da yeni vəzifələr verildi - ƏMR
Bu gün, 12:09
Ramiz Mehdiyevin bankının taleyi: Qaranlıqdır... - ŞƏRH
Bu gün, 12:08
Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətləri normallaşdırır - Görünəni budur ki...
Bu gün, 12:05
"“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun.." - Keçmiş icra başçı Ramiz Mehdiyevə SÖZ ATDI...
Bu gün, 11:59
Əflatun Amaşova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:57
Azərbaycanlı "qanuni oğru" HƏBS OLUNDU
Bu gün, 11:55
Məşhur general işdən azad edildi - ƏMR
Bu gün, 11:50
Feyziyev indi də Naxçıvanda ARANI QATMAQDADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:47
Azərbaycanda banklar gəlir və zərərlərini açılqayıb - SİYAHI
Bu gün, 11:32
Mehdiyevlərin bankı yalan məlumat yayıb: Gizlətməyə çalışırlar? - TƏFƏRRÜAT
Bu gün, 11:27
“Ənvər Həsənov Fəxri Xiyabanda dəfn olunmayıbsa, ona qəbirüstü abidə qoyulmamalıdır?” - Şeyx Əbdüldən ETİRAZ
Bu gün, 11:23
Mehdiyevin həbsi: Evini kəşfiyyat qərargahına çevirib? - Açıqlama
Bu gün, 11:20
Ermənistanda keşiş həbs olunub, II Qareginin qohumunun evində axtarış aparılıb
Bu gün, 11:17
"Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir" - Misir Mərdanov Ramiz Mehdiyevdən DANIŞDI
Bu gün, 11:07
Naxçıvanda təhsil naziri ÖZÜNÜ PADŞAH HESAB EDİR... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:04
AÇG və "Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
Bu gün, 10:59
AZƏRİQAZ-da Əmək Məcəlləsini HƏRLƏYƏN YOXDUR... - NARAZILIQ VAR...
Bu gün, 10:58
Qaluzin çalışır ki... - AKTUAL
Bu gün, 10:52
Ramiz Mehdiyevin öldürülməsinə imkan verməyin... - Hüquqşünasdan ÇAĞIRIŞ
Bu gün, 10:44
İŞİD-ə qarşı ƏMƏLİYYAT: iki azərbaycanlı axtarışa verildi - DETALLAR
Bu gün, 10:41
Rövşən Nəcəflə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ EDİLDİ - "Onları bu yaşda kim işə qəbul edəcək?"
Bu gün, 10:36
Mehdiyevin AMEA-dakı UZANTILARI NƏ OLACAQ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:27
Rusiyanın tez-tez Xəzər mövzusuna qayıtmasının bir səbəbi var... - o da...
Bu gün, 10:19
Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib - KİV
Bu gün, 10:16
Xalq artisti Ramiz Quliyev vəfat edib
Bu gün, 10:15
Sabunçuda Qarabağ Qazisinin GÜNÜNÜ QARA EDİBLƏR... - "Bəlkə Sabunçuda başqa qanunlar var..."
Bu gün, 10:13
33 yaşlı kişi 11 yaşlı qıza təcavüz etdi - Gəncədəki dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 09:55
“Universitetə attestatla qəbul etdirəcəm” deyərək dələduzluq etdi - QƏRAR
Bu gün, 09:52
“Blokda olan kartımdan pul oğurlayıblar” - BU NƏDİ BELƏ?
Bu gün, 09:51
ATƏT rəhbəri Gürcüstandakı etiraz aksiyasına qatıldı - "Onların demokratiya, söz azadlığı və fundamental insan haqları hüququ var..."
Bu gün, 09:49
On bir il əvvəl arvadını öldürdü, həbsdən çıxıb onunla münasibətlərindən şübhələndiyi kişini qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:47
"İzmir Restoran" qalmaqallı məhkəmə prosesində yenidən uduzdu
Bu gün, 09:42
Zaur Baxşəliyev efirdəki bu sözünə görə məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 09:34
ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək - Hərbi ekspert
Bu gün, 09:30
“Zabrat Maşınqayırma Zavodu”nun nizamnamə kapitalından 1,8 milyon manat - GERİ GÖTÜRÜLÜR
Bu gün, 09:24
Kremldən idarə olunan revanşistlər nəyə nail ola biləcəklər - GƏLİŞMƏ
Bu gün, 09:18
Ramiz Mehdiyev özü ilə HANSI MƏMURU APARACAQ? - AKTUAL
Bu gün, 09:07
Fuad Nəcəfli ilə Vasif Talıbovun FƏRQİ NƏ OLDU Kİ:" `Onlara vətən xaini de, işə xitam verdirək...` - NAXÇIVAN DÜZƏLMİR Kİ, DÜZƏLMİR...
Bu gün, 09:04
Daha bir bankın taleyi SUAL ALTINDADIR - Rəqəmlər başqadır, amma...
Bu gün, 08:57
Rəsmi Bakı bir daha öz böyüklüyünü dünyaya nümayiş etdirdi - Yeni Dehli bunu necə qiymətləndirəcək?
Bu gün, 08:50
Tramp bu gün FTB direktoru ilə mətbuat konfransı keçirəcək
Bu gün, 08:48
Türkiyədə qərar: Azərbaycanlılar hansı üstünlüklər qazandı? - ARAŞDIRMA
Bu gün, 08:02
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kim olacaq? - Deyilənə görə...
Bu gün, 07:59
Daha bir tarixi ev MƏMUR HƏDƏFİNDƏ - Yasamalda ÖZBAŞINALIQ
Bu gün, 07:49
Agentlik iş təklif etsə də... - GİLEY
Bu gün, 07:45
Əliyev-Putin görüşünün izi ilə: Moskva vəziyyətlə barışıbmı? - İNCƏLƏMƏ
Bu gün, 07:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru