Atasından sonra hamilə arvadını da döyərək .....                     Ramiz Mehdiyevin kölgəsindəkilər də qandallanacaq .....                     Elmira Axundovadan “ağsaqqal”ının həbsinə reaksiya .....                     General işdən çıxma səbəbini açıqladı .....                     İrəvanda “payız savaşı” başladı .....                     Ramiz Mehdiyevə yaxın olan başçılar: ONLAR NƏ OLACAQ? .....                     “Ramiz Mehdiyev Azərbaycanda FETO rolunu oynayan şəxsdir” .....                     Ramiz Mehdiyevin qızı atasının durumundan danışdı .....                     Azadlıq meydanı parada hazırlaşır .....                     Razi Nurullayev Sərdar Cəlaloğlunu TƏHQİR ETDİ .....                     Anar Tağıyevin sevimli şirkəti: İcra başçısı hər il "Təmir-İnşaat"a yol təmir etdirir .....                     Ramiz Mehdiyevin ailə klinikası olan “German Hospital”da QANUN POZUNTULARI .....                     Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib .....                     “Tıq-Tıq xanım”-ın sinəsini, dodaqlarını şişirdirlər, “Cırtdan”-ı mütrif edirlər, ayıbdır axı” .....                     Eşqi Bağırovun işdən çıxarılması xəbəri yayıldı .....                     Dünyanın ən güclü pasportları: Azərbaycan siyahıda var? .....                     Hərbi Prokurorluqda YENİ TƏYİNAT .....                     Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib .....                     `Oksigen`də həssas pasiyentlərə ƏSƏBİ MÜNASİBƏT... .....                     Ramiz Mehdiyevin bu əmlakları əlindən alınır .....                     Putin Şaraanın qələbəsindən danışdı .....                     Dilarə Kazımova ərəb dünyasında .....                     Rusiyanın yenidən prosesə qoşulmaq cəhdi uğursuz olacaq .....                     Azərbaycan bu il 23 ölkədən 6,4 milyardlıq qızıl alıb .....                     Yeni rektorun təqdimat törəni nəzərdə tutulub .....                     Ramiz Mehdiyevə elektron qandal vurulub? .....                     Doğum gününü qeyd edən qız "Jurnalistlərin binası"nın 13-cü mərtəbəsindən düşdü .....                     Keçmiş PA şefi telefona cavab verdi: KİMDİR DANIŞAN?.. .....                     Moskva Bakı ilə sıx əməkdaşlıqda maraqlıdır .....                     "Ramiz Mehdiyevə ən ağır cəza verilməlidir" .....                     Elina Valtonen Bakıdakı danışıqları uğurlu adlandırıb .....                     Ramiz Mehdiyev nələr törədib? .....                     AMEA-nın CİNAYƏT İŞİ: Ramiz Mehdiyevin işləri üzrə məhkəmələr başlayır .....                     Britaniya Polşa səmasını nəzarətdə saxlayacaq .....                     Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib .....                     Qalstyanın Türkiyəyə səfəri qadağan edildi .....                     “Premium Bank”ın 3-cü rübdə mənfəəti azalıb .....                     Çiskinli yağış yağacağı ehtimalı var .....                     "5-ci kolon" çökdürülür: “Kardinal” sıradan ÇIXARILDI .....                     Xarici şirkətin filialı 23 milyon manatlıq tenderin .....                 

Rəsmi Bakı bir daha öz böyüklüyünü dünyaya nümayiş etdirdi - Yeni Dehli bunu necə qiymətləndirəcək?
Tarix: Bu gün, 08:50 | Çap et

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) hazırkı sədri olan Azərbaycan Hindistanın 2026-cı ildə foruma ev sahibliyi etmək xahişini dəstəkləyib. Son on ildə foruma ənənəvi olaraq Çin sədrlik edir. “Economic Times”ın öyrəndiyi kimi, Bakı hazırkı sədr kimi Hindistan üçün bir ilk olan foruma ev sahibliyi etmək istəyində bu ölkəni dəstəkləməyə razılaşıb.

Hindistan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Hindistan Dünya İşləri Şurasının (ICWA) himayəsi altında foruma ev sahibliyi edəcək.

AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.

Hazırda 28 üzvü olan AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş “Almatı Aktı”dır. Müşavirənin inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. AQEM-in əsas qərar qəbul etmə orqanları Dövlət və Hökumət Başçılarının Şurası və Xarici İşlər Nazirləri Şurasıdır.

AQEM Nazirlər Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə 2024-2026-cı illər üzrə Müşavirəyə sədrlik ölkəmizə keçib. AQEM-ə sədrlik çərçivəsində AQEM-in Biznes Şurasına və Gənclər Şurasına sədrliyin də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Yada salaq ki, ötən ay Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini yenidən blokladığı haqda xəbər yayılmışdı.

Bildirilirdi ki, Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın guya rəsmi Dehlinin Azərbaycanın ŞƏT-ə üzvlüyünü əngəlləmədiyi haqda açıqlama vermişdi. Mənbələrin fikrincə, Hindistanın bu addımı Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay ruhu”na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.

Azərbaycan çoxtərəfli diplomatiya prinsiplərinə sadiq qalaraq Hindistanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamələrin qəbuluna mane olmayıb və bu prinsipi pozmayıb. Amma XİN vəd vermişdi ki, Dehlinin bu ucuz və düşmənçi mövqeyinə cavab olaraq bundan sonra Hindistanın təqdim etdiyi qətnamələrə eyni yanaşma olmayacaq. Amma belə görünür ki, diplomatik düşərgələrdə hansısa qarşılıqlı təmaslar var.

Hindistan 44 günlük müharibədən sonra Ermənistana raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə sursat və artilleriya mərmilərini idxal etdiyi üçün Bakı ilə münasibətləri korlayıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün Pakistanla qardaşlıq münasibətləri hər şeydən üstündür. Bəs Bakının bu jestini necə qiymətləndirmək olar, pərdəarxası hansısa danışıqlar ehtimalı varmı?

Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, son illər ərzində Azərbaycanın beynəlxalq siyasi müstəvidə atdığı addımlar ona böyük uğur qazandırıb: “Diplomatiyamızın uğurları getdikcə daha da böyüyür. Baxın, bu gün Azərbaycan dünyanın iki nəhəngi - ABŞ və Çinlə hansı münasibətlər qurub və onları necə inkişaf etdirir? Avropa İttifaqı 44 günlük müharibə və bir günlük antiterror əməliyyatından sonra başda Fransa olmaqla, Azərbaycana qarşı basqılar etməyə qalxsa da, sonda Azərbaycan diplomatiyasının uğurları qarşısında geriyə addım atmaq məcburiyyətində qaldı. Bu gün Azərbaycanın Hindistanla münasibətlərində müsbət hər hansı məqamlar qeydə alınırsa, bu o deməkdir ki, Azərbaycan özünün xarici siyasət strategiyasına sadiqdir və o, hər bir ölkə ilə normal, sağlam əməkdaşlığa söykənən münasibətlər qurmaq yolundadır. Hindistanla Azərbaycan arasında yaranmış gərginliyin kökləri bəllidir. Ortada qardaş Pakistan amili var. Ancaq bu o demək deyil ki, biz Hindistanla düşmən münasibətdə qalmalı və onu davam etdirməliyik. Dünyanın düzəni indi əsaslı şəkildə dəyişir. Yaxın Şərqdə ABŞ başda olmaqla, sülhün yaradılması istiqamətində dünya gücləri tərəfindən atılan addımlar dünya düzəninin dəyişməsinin bir nümunəsidir. Yeni reallıqlar dövlətləri münaqişələrə, düşmənçiliyə deyil, sülhə, əməkdaşlığa çağırır. Azərbaycan da məhz bu prizmadan çıxış edir. Əgər biz otuz il torpaqlarımızı işğal altında saxlayan Ermənistanla sülhə gələ biliriksə, nədən Hindistanla sağlam münasibətlər yaratmaq haqqında düşünməyək? Odur ki, bu yolda atdığımız addımları müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu gün iqtisadiyyatı üstün sürətlə inkişaf edən Asiya qitəsinin sayılı dövlətlərindən biri olan Hindistanla münasibətlərin normallaşdırılması hər iki tərəfə fayda gətirəcək”.

Milli Məclisin deputatı Azər Badamov Azərbaycanın bir daha böyüklük nümayiş etdirdiyini önə çəkdi: “Dövlətlərin böyüklüyü, nüfuzu və sözün gücü onun ərazisi və əhalisi ilə ölçülmür. O dövlətlər güclüdür ki, onun güclü və uzaqgörən diplomatik siyasəti var. Bu baxımdan dünya siyasətində Azərbaycan Prezident İlham Əliyevin liderliyi sayəsində əhali və ərazicə bizdən dəfələrlə böyük dövlətlərdən daha böyük görünür. O cümlədən bu gün Azərbaycan dünyanın siyasi kursunun müəyyən edilməsində iştirak edən və istiqamət vermək imkanında olan dövlətə çevrilib. Həm də yürütdüyümüz beynəlxalq siyasət heç kimin diktəsi ilə müəyyən olunmur və heç kimə qarşı deyil. Bu baxımdan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) hazırkı sədri olan Azərbaycan Hindistanın 2026-cı ildə foruma ev sahibliyi etmək xahişini dəstəkləməsi də böyüklüyümüzdür. Həm də bir misal var, "yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir". Hindistan Çinin irəli sürdüyü ŞƏT+ formatına ölkəmizin üzvlüyünə qəbul olunmasını blokladı. Amma Azərbaycan AQEM-lə bağlı özünün jesti ilə Hindistanı utandırır. Bəli, bizim heç kimdən qisas almaq və ya kin çəkmək fikrimiz yoxdur. Azərbaycan qarşılıqlı hörmət və fayda əsasında bütün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə hər zaman hazırdır. Həm də kimlərinsə maraqlarına görə dostları ilə münasibətlərini dayandırmağı heç vaxt düşünmür. Ölkəmiz hətta bir-biri ilə düşmən ölkələrlə də dostluq və əməkdaşlıq etməklə barışın əldə olunmasına töhfələr verir. Hindistan Pakistanla dostluğumuza görə ölkəmizin ŞƏT+ formatına üzv olmağını dayandırmamalı idi. Əksinə, bu quruma üzv olmağımızdan istifadə edərək Pakistanla münasibətlərinin normallaşdılması üçün ölkəmizin səylərindən istifadə etməli idi. Onda Hindistanın doğru siyasət yürütdüyünü görərdik. Amma Hindistanın ölkəmizə qarşı etdiyi hərəkətə təəssüf edirik və bu əmələ görə adekvat cavab yox, onları düşündürən jest edirik. Bu bizim beynəlxalq siyasətdə əsas üstünlüyümüzdür".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atasından sonra hamilə arvadını da döyərək - Uşağının ölümünə səbəb olubmuş...
Bu gün, 18:02
Ramiz Mehdiyevin kölgəsindəkilər də qandallanacaq - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:58
Elmira Axundovadan “ağsaqqal”ının həbsinə reaksiya - "Təşəkkür edirəm"
Bu gün, 17:40
General işdən çıxma səbəbini açıqladı - "Artıq işləyə bilmirəm"
Bu gün, 17:36
İrəvanda “payız savaşı” başladı - NƏ BAŞ VERİR?
Bu gün, 17:25
Ramiz Mehdiyevə yaxın olan başçılar: ONLAR NƏ OLACAQ? - TƏLAŞ İÇİNDƏDİRLƏR...
Bu gün, 17:21
“Ramiz Mehdiyev Azərbaycanda FETO rolunu oynayan şəxsdir” -XEYRƏDDİN QOCA
Bu gün, 17:12
Ramiz Mehdiyevin qızı atasının durumundan danışdı - "Siz nə haqla məni narahat edirsiniz?"
Bu gün, 17:06
Azadlıq meydanı parada hazırlaşır - FOTO
Bu gün, 17:01
Razi Nurullayev Sərdar Cəlaloğlunu TƏHQİR ETDİ - "Siyasi meyit"
Bu gün, 16:56
Anar Tağıyevin sevimli şirkəti: İcra başçısı hər il "Təmir-İnşaat"a yol təmir etdirir - AXI NİYƏ?
Bu gün, 16:48
Ramiz Mehdiyevin ailə klinikası olan “German Hospital”da QANUN POZUNTULARI - TƏFƏRRÜAT
Bu gün, 16:38
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
Bu gün, 16:36
“Tıq-Tıq xanım”-ın sinəsini, dodaqlarını şişirdirlər, “Cırtdan”-ı mütrif edirlər, ayıbdır axı” - ETİRAZ
Bu gün, 16:35
Eşqi Bağırovun işdən çıxarılması xəbəri yayıldı - Elnur Əliyev yenə qalib gəldi?
Bu gün, 16:31
Dünyanın ən güclü pasportları: Azərbaycan siyahıda var? - ARAŞDIRMA
Bu gün, 16:24
Hərbi Prokurorluqda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:22
Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib - YENİLƏNDİ
Bu gün, 16:20
`Oksigen`də həssas pasiyentlərə ƏSƏBİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ...
Bu gün, 16:15
Ramiz Mehdiyevin bu əmlakları əlindən alınır - SİYAHI
Bu gün, 15:56
Putin Şaraanın qələbəsindən danışdı
Bu gün, 15:54
Dilarə Kazımova ərəb dünyasında – məşhur jurnal ‘Tez gəl’i bəyəndi
Bu gün, 15:48
Rusiyanın yenidən prosesə qoşulmaq cəhdi uğursuz olacaq - “Qatar gedib”
Bu gün, 15:42
Azərbaycan bu il 23 ölkədən 6,4 milyardlıq qızıl alıb – Tam siyahı
Bu gün, 15:41
Yeni rektorun təqdimat törəni nəzərdə tutulub
Bu gün, 15:33
Ramiz Mehdiyevə elektron qandal vurulub? - AÇIQLAMA
Bu gün, 15:28
Doğum gününü qeyd edən qız "Jurnalistlərin binası"nın 13-cü mərtəbəsindən düşdü - TƏFƏRRÜAT
Bu gün, 15:25
Keçmiş PA şefi telefona cavab verdi: KİMDİR DANIŞAN?.. - SƏS YAZISI
Bu gün, 15:21
Moskva Bakı ilə sıx əməkdaşlıqda maraqlıdır - Rusiya XİN
Bu gün, 15:17
"Ramiz Mehdiyevə ən ağır cəza verilməlidir" - keçmiş icra başçısı Mehdiyevi İFŞA ETDİ
Bu gün, 15:11
Elina Valtonen Bakıdakı danışıqları uğurlu adlandırıb
Bu gün, 15:08
Ramiz Mehdiyev nələr törədib? - GƏLİŞMƏ
Bu gün, 15:01
AMEA-nın CİNAYƏT İŞİ: Ramiz Mehdiyevin işləri üzrə məhkəmələr başlayır - TƏFƏRRÜAT
Bu gün, 14:53
Britaniya Polşa səmasını nəzarətdə saxlayacaq
Bu gün, 14:46
Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib
Bu gün, 14:44
Qalstyanın Türkiyəyə səfəri qadağan edildi - “Hraparak”
Bu gün, 13:07
“Premium Bank”ın 3-cü rübdə mənfəəti azalıb
Bu gün, 13:06
Çiskinli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:04
"5-ci kolon" çökdürülür: “Kardinal” sıradan ÇIXARILDI - BUNDAN SONRA...
Bu gün, 12:58
Xarici şirkətin filialı 23 milyon manatlıq tenderin - QALİBİ SEÇİLDİ
Bu gün, 12:54
İmişlidə marketdə BİABIRÇILIQ: şokoladlardan qurd çıxdı - FOTO
Bu gün, 12:52
“Bu, 60-70-ci illərin primitiv dezinfeksiya üsullarıdır!” - AQTA-ya ETİRAZ!
Bu gün, 12:50
“Namiqə “Qaraçuxur” təxəllüsünü mən vermişəm, çıxıb efirdə dedi ki, kasetyazanlar...” - məşhurlara təxəllüs verən ŞİRZAD
Bu gün, 12:38
"Mehdiyevə belə ağır ittiham verilibsə, qulbeçələr də üzə çıxacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:35
Sülhü unudun, müharibə bu qədər davam edəcək - Ukraynanın müttəfiqindən sensasion iddia
Bu gün, 12:32
Ramiz Mehdiyev bu cinayətləri tək törətməyib! - Adlar AÇIQLANDI
Bu gün, 12:29
Əliyev onunla danışdı, İrəvana şad xəbər verildi – 33 il sonra təkrar başlayır
Bu gün, 12:24
YAP Ramiz Mehdiyevlə bağlı QƏRAR VERƏCƏK... - "MÜTLƏQ..."
Bu gün, 12:20
Tramp poster yaydı: - Tramp poster yaydı:Ermənistan və Azərbaycan arasında müharibə…
Bu gün, 12:15
Xəritə yayıldı: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Geqamyan
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru