“Azəri-Çıraq-Günəşli”neft-qaz yataqları bloku (AÇG) və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 1 oktyabr 2025-ci il tarixinədək buradan 665,1 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 497,7 milyard kubmetr qaz hasil edilib.
Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə AÇG-dən 613,6 milyon ton neft, 240 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 51,5 milyon tona yaxın kondensat, 257,7 milyard kubmetr qaz hasil edilib.
"Bu dövrdə 663 milyon ton neft, 185,7 milyard kubmetr qaz ixraca nəql edilib", - məlumatda qeyd olunub.