Dövlət sirkindəki canavarlar "Görüş" restoranına hücum edərsə... - Sirklə restoranın torpaq qalmaqalı...
Tarix: 30-06-2015, 14:33 | Çap et
 “Görüş” restoranı Bakı Dövlət Sirkinin ərazisini necə zəbt edib? ...Belə bir iddia ilə çıxış edən, Bakı Dövlət Sirkində çalışan və hələki adının çəkilməsini istəməyən işçilərdən biri “Təzadlar”a göndərdiyi məktubunda maraqlı hadisələrdən bəhs edib... Şikayətçinin yazdığına görə, Bakı Dövlət Sirkinin fəaliyyəti neçə illərdir ki, məhdudlaşdırılıb, ərazisi zəbt olunub, sirkin havalandırma sistemi buradakı “Görüş” adlı restoranın kabab tüstüsündən iflic vəziyyətdədir: “...Biz neçə gün əvvəl xəbər tutduq ki, qəzetinizdə bu barədə bizim üçün olduqca vacib olan ciddi bir məsələyə toxunmusunuz. Bəli, dəfələrlə bu restoranın sahibinə deyilib ki, Sirkin ərazisi texniki sənədlərə görə zəbt olunub, biz təcrid vəziyyətdəyik... Hətta mən şəxsən xatırlayıram ki, əvvəlki direktorumuz Maqbet Bünyatov bu məsələnin üstünə ciddi şəkildə getdi, “Görüş” restoranının, səhv etmirəmsə, Vaqif adlı sahibi ilə bağlanmış müqaviləni pozmaq istədi, Vaqif adlı həmin şəxs direktoru az qala hədələtdi, üstünə “Səlib yürüşü” etdi, sonda direktorumuzu işdən şıxardılar...

“Sirkə körpə balalarımız gəlir, burada restorandan qalxan kabab tüstüsü ətrafa yayılır, uşaqlar isə qışqırıb valideynlərindən kabab tələb edirlər”
Axı belə də haqsızlıq olar? Sirkə körpə balalarımız gəlir, burada restorandan qalxan kabab tüstüsü ətrafa yayılır, uşaqlar isə qışqırıb valideynlərindən kabab tələb edirlər. Bu səbəbdən də son illər sirkə gələn uşaqların sayı azalıb, çünki valideynlər kabab istəyən uşaqlarının öhdəsindən gələ bilmirlər. Ən dəhşətlisi, biz iki il əvvəl buraya canavarlar gətirmişdik... Bir aydan çox müddətə bu heyvanlar ipə-sapa yatmadılar. Butün günü ulayır, əti yemirdilər. Onlara qulluq edən zootexnik bizə dedi ki, heyvanlar dəli olub, təcili başı çıxan həkim çağırmalıyıq. Sonra birdən bir nəfər təsadüfən, yazığı gəlib əlindəki buterboradın arasındakı lüləkababı boz canavarlara atdı, onlar tələskən halda yedilər və səslərini kəsdilər.
“Yazıq canavarlar burnunu havaya tutub ulayır, dişlərini qıcayırdılar, burunlarını kabab tüstüsü gələn tərəfə tutub zingildəyir, qəribə səs çıxarırdılar...”
Məlum oldu ki, “Görüş” restoranından gələn kabab iyi canavarların qəfəsinin istiqamətindədir. Yazıq canavarlar burnunu havaya tutub ulayır, dişlərini qıcayırdılar, burunlarını kabab tüstüsü gələn tərəfə tutub zingildəyir, qəribə səs çıxarırdılar. Biz qəfəsin yerini dəyişdik, bəla sovuşdu... Amma mənbə hələ də buradadır, “Görüş” restoranı ərazimizi zəbt edib. Sizdən xahiş edirik, Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Əmlak Komitəsinə rəsmi sorğu göndərin, görəcəksiniz ki, bu restoran icarə müqaviləsi əsasında fəaliyyət göstərir, ərazini isə müqavilədən xeyli çox sahədə zəbt edib... Vaqif adlı şəxs (sonradan öyrəndik ki, Mərhum Prezident, görkəmli dövlət xadimi Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilmiş, lakin Prezidentin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Vaqif Şıxəliyevdən söhbət gedir) buranı özəlləşdirmək istəyib, amma imkan verməyiblər... Hörmətli “Təzadlar”, sizə inanırıq, Bakı Dövlət Sirkinin rəhbərliyinə də rəsmi sorğu göndərin, müqaviləni tələb edin. Onda hər şey üzə çıxacaq”. Şikayət ərizəsi ilə bağlı adı çəkilən ünvanlara- Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Əmlak Komitəsinə və Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadəyə rəsmi sorğu göndərildi... Qanunvericiliyin tələblərinə görə, qısa vaxtda alacağımız rəsmi cavablarla bağlı oxucuları məlumatlandıracağıq. Həmçinin şikayətdə adı çəkilən Vaqif Şıxəliyevlə də telefon əlaqəsi yaratmağa çalışdıq. Lakin V.Şıxəliyevə çox yaxın olan şəxslərdən biri onun mobil telefonunu bizə verməkdən imtina etdi... Bu isə o demək idi ki, üzdə V.Şıxəliyevi canı-dildən dəstəkləyən adını çəkmək istəmədiyimiz həmin şəxs, əslində, hansısa səbəb və ya maraqlarına görəsə onun ziyanına işləyir, mövqeyini öyrənməyimizə mane olur, bununla da daha bir qalmaqala son verilməsini istəmir... Deməli, kimlərəsə, belə bir qalmaqal lazımdır... Mövzuya mütləq qayıdacağıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08 |
|
|
|
| • “Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
| • Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33 |
|
|
|
| • Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12 |
|
|
|
| • Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04 |
|
|
|
| • Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56 |
|
|
|
| • 26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40 |
|
|
|
| • Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
| • Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00 |
|
|
|
| • Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33 |
|
|
|
| • Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22 |
|
|
|
| • İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20 |
|
|
|
| • Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17 |
|
|
|
| • YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08 |
|
|
|
| • 83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00 |
|
|
|
| • ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57 |
|
|
|
| • " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56 |
|
|
|
| • Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34 |
|
|
|
| • Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24 |
|
|
|
| • Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22 |
|
|
|
| • Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08 |
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
|