“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                 

Rəis məni təbrik elə, mən də rəis oldum… - Qəbələ polisi ilə bağlı ilginc iddia
Tarix: 17-09-2015, 15:09 | Çap et
Rəis məni təbrik elə, mən də rəis oldum…
Mətbuatda gedən məlumata görə 13 sentyabr axşam saatlarında Qəbələdə “VAZ 2107” markalı avtomobil sərnişinlə dolu mikroavtobusla toqquşub. Nəticədə hər iki avtomobildəki sərnişinlərin biri hadisə yerində keçinib, digərləri isə ağır yaralanıb və təcili Qəbələ Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların 3-nün vəziyyəti çox ağır olduğundan onları Bakıya gətiriblər. AzNews.az-a daxil olan məlumata görə, hadisənin baş verməsinə səbəb yol polislərinin onları təqib etməsi olub. Elə buna görə də, xəsarət alanların qohumları Qəbələ rayonunun yol polis bölməsinin rəisi Fariz Həsənov və onun müavini Aydın Heydərovla bağlı aidiyyəti qurumlara müraciət ediblər. Zərərçəkənlərin yaxını İldırım Səmədovun mətbuata verdiyi açıqlamaya görə, polislər qəzaya səbəb olandan sonra hadisə yerindən qaçıblar: “Dünən axşam qardaşım Əhmədyar Səmədov və onun yoldaşı Gülxarə Səmədova, bacım Çeşminaz Ağayeva və yoldaşı Cumar Ağayev toydan gələrkən bu hadisə baş verib. Belə ki, yol patrul xidmətinin əməkdaşları yaxınlaşıb, onları qovaraq “saxla” əmri verib. Ən pis hal odur ki, polislər onları dar körpüdə qovub. Onlar da saxlamaq istəyəndə çaşıblar. Çünki həmin körpüdən sonra enli yol gəlirmiş. Qardaşım da həmin enli yolda saxlamaq istəyəndə qəza baş verib. Maşın körpünün qırağında olan səkiyə dəyib və maşını “Qazel”in altına tullayıb. Hadisənin olmasına şərait yaradan Qəbələ Rayon yol polisi bölməsinin rəisi Fariz Həsənov və onun müavini Aydın Heydərov hadisə yerindən qaçıblar. Onların insanlığı belə olmayıb. Hadisəni törədiblər, amma yaralılara yardım göstərmədən hadisə yerindən qaçıblar. Ən böyük bədbəxtçilik budur. Artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişik”. İ.Səmədovun sözlərinə görə, xəsarət alanların vəziyyəti pisdir: “Hadisədən sonra xəsarət alanlar xəstəxanaya gətirilib. 1 saatdan sonra bacımın yoldaşı Cumar Ağayev keçindi. Qardaşım Əhmədyar Səmədov isə ciddi xəsarətlər alıb. Bacım Çeşminaz Ağayevanın qolu iki yerdən qırılıb, başı zədə alıb və çənə sümüyü qırılıb. Bacım Çeşminazı tərpətmək heç mümkün deyil. Qardaşımın yoldaşı Gülxarə Səmədovanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərdik. Belə ki, onun sifət və çənə sümükləri qırılıb arxaya gedib”. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mətbuata açıqlamasında bildirib ki, hadisənin baş verməsinə səbəb sürücünün avtomobili içkili halda idarə etməsi və yol hərəkəti qaydalarını kobud surətdə pozması olub: “Hadisənin baş verməsi polislərin onları təqib etməsi ilə bağlı deyil. Səbəb həmin sürücünün içkili halda avtomobili idarə etməsi, yol hərəkəti qanunlarını pozmasıdır. Avtomobilin sürücüsü polislərin saxla əmrinə tabe olmayaraq, hərəkətin əks istiqamətinə çıxaraq başqa avtomobillə toqquşub. Burada polislərin heç bir günahı yoxdur”. Orxan Mansurzadə qəzadan sonra polislərin hadisə yerindən qaçması barədə deyilənləri də əsassız sayır: “Qəza baş verdikdən sonra polislər hadisə yerinə təcili tibbi yardım maşınlarını və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar. Hətta xəsarət alanların xəstəxanaya yerləşdirilməsi prosesində də iştirak ediblər. Ona görə də, polislərin hadisə yerindən qaçmaları barədə deyilənlərin heç bir əsası yoxdur”. …Bu gün Qafqaznews.az-ın redaksiyasına Qəbələ RPŞ-nin rəisi Etibar Abduyev və Qəbələ DYPB-nin rəisi Fariz Həsənovla bağlı yeni məlumatlar daxil olub. Məlumatda bildirilir ki, baş vermiş hadisədən sonra RPŞ-nin rəisi Etibar Abduyev Fariz Həsənovu cəzalandırmaq əvəzinə onun müdafiəsinə qalxıb. Bütün bunlar Etibar Abduyevlə Fariz Həsənovun uzun illər dostluq münasibətlərindən irəli gəlir. İctimaiyyətə bəllidir ki, Etibar Abduyev vaxtı ilə ildırım sürəti ilə gəlib Qəbələ RPŞ-nin rəisi olub. Etibar Abduyev əslən Qəbələdəndir və uzun illər Abşeron RPŞ-nin sahə inspektoru vəzifəsində xidmət edib. O vaxtlar onun bir başa rəisi Abşeron RPŞ-nin xidmət üzrə rəis muavini və hazırda Bakı şəhərinin Nizami RPİ-nin rəisi Nofəl Məhərrəmov olub.

Nofəl Məhərrəmovun demək olar ki, Etibar Abduyevə antipatiyası olub. Səbəb isə … O vaxtlar Etibar Abduyev ona Qəbələdən kisələrdə göndərilən qoz-fındığı xidməti formada Təzə bazara aparıb satanda DİN-in 7- ci idarəsinin əməkdaşları tərəfindən fotosu çəkilib. Nofəl Məhərrəmovun xoşlamadığı digər şəxs isə Abşeron DYPB-nin baş inspektoru vəzifəsində xidmət edən Fariz Həsənov olub. Həmin vaxt ən çox şikayətlər Fariz Həsənovun yollardakı əməllərindən olardı. Sonra Nofəl Məhərrəmov polis rəisi təyin olundu və bir neçə il sonra Etibar Abduyev də ildırım sürəti ilə Qəbələ RPŞ-nin rəisi təyin olundu. İki rəisin maraqlı görüşü olub. Şahidlərin dediyinə görə, bu görüş DİN-də keçirilən kollegiya iclasında baş verib. Nofəl Məhərrəmova yaxınlaşan Etibar Abduyevin ilk sözü bu olub ki, rəis məni təbrik elə, mən də rəis oldum… Nofəl Məhərrəmov isə cavab verin ki, ayə, sən burda nə gəzirsən..? Etibar Abduyev isə bir daha bildirib ki, mən Qəbələ RPŞ-nin rəisi təyin olunmuşam. Nə isə.. indi isə qayıdaq sentyabırın 13-ü axşam saatlarında baş verən hadisəyə. Qəbələ rayonundan əldə etdiyimiz məlumata görə, Etibar Abduyev Fariz Həsənovu müdafiə edir. Niyə..? Deməli belə çıxır ki, Etibar Abduyevlə Fariz Həsənov Abşeron RPŞ-də xidmət edərkən ən çox şikayət daxil olan polis əməkdaşları siyahısında olduqları üçün, bu gün rəis öz işçisinin müdafiəsinə qalxıb. Bəlkə də, Fariz Həsənov Etibar Abduyevin biz bilmədiyimiz məcaralarının canlı şahididir..? Hansı macəraların..? Bu barədə növbəti yazıda.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru