Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Azərbaycan Universitetində növbəti tələbə qiyamı gözlənilir - ETİRAZ VAR
Tarix: 3-12-2015, 13:01 | Çap et
Azərbaycan Universitetində növbəti tələbə qiyamı gözlənilir
Məlum olduğu kimi bu ilin əvvəllərindən Azərbaycan Universitetinə (AU) yeni rektor seçilib. AU-nun Elmi Şurasının qərarı ilə bu vəzifəyə Fərid Əhmədov təyinat alıb. Bu xüsusda mətbuata verilən açıqlamalarda qeyd olunmuşdu ki, 35 yaşlı yeni rektor Oksford Universitetinin məzunudur. Azərbaycan Universitetinə rektor təyin olunmazdan əvvəl F. Əhmədov ADA Universitetində müəllim kimi fəaliyyət göstərib. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından birində təhsil almış və doktorluq dissertasiyasını müdafiə etmiş gənc azərbaycanlı alimin Azərbaycan Universitetinə rəhbərliyə gətirilməsi həqiqətən də fərəh doğurucu bir haldır. Gözləmək olardı ki, bu təyinat Azərbaycan Universitetinin fəaliyyətinə sözün əsil mənasında yeni nəfəs gətirəcək. Lakin əldə etdiyimiz məlumatlardan bu qənaətə gəlmək olur ki, bu gün Fərid Əhmədovun rektor kimi fəaliyyəti, ən azından onun rəhbərlik etdiyi universitetin daxilində heç də birmənalı qarşılanmır. Bu xüsusda “Bizim Dövr”ün elektron ünvanına daxil olan bir məktubda yeni rektorun tətbiq etdiyi bəzi yeniliklərin AU-nun pedaqoji heyəti tərəfindən ciddi narazılıqlarla qarşılandığı bildirilir. Qeyd edək ki, məktubda bu etirazların ilk növbədə müəllimlərin əmək haqqlarının ödəniş sistemində həyata keçirimiş bəzi dəyişikliklərlə bağlı olduğu vurğulanır. Azərbaycan Universitetinin professor-müəllim heyəti əmək haqqlarının verilməsində tətbiq olunan yeni ödəniş sisteminə etiraz edirlər. Onların sözlərinə görə, şikayətlərinin məzmunu hal-hazırda çalışdıqları özəl ali təhsil müəssisəsi olan Azərbaycan Universitetində əmək haqqlarının ödənilməsinə qarşı olan münasibətlə bağlıdır. Belə ki, şikayətçi müəllimlər bu ali təhsil müəssisəsində əvəzçiliklə yarım ştat vəzifəsində pedoqoji fəaliyyətlə məşğul olurlar. Özlərinin etiraf etdikləri kimi, əvvəlki illərdə həmişə yüksək səviyyədə bir ziyalı kimi əməkləri qiymətləndirilibdir. Amma bu ildən etibarən əmək fəaliyyətlərinin qarşılığında müəyyənləşdirilmiş əmək haqqı sistemi qanunvericiliklə müəyyənləşdirilmiş əmək normalarına zidd olaraq tətbiq edilməkdədir. Belə ki, müəllimlərə təyin olunan əmək haqqının ödəniş forması, əmək qanunvericiliyində elmi-pedoqoji fəaliyyətlə məşğul olan vətəndaşlar üçün nəzərdə tutulmayan sadələşdirilmiş vergi ödəyicisi kimi məcburi şəkildə tətbiq edilir. Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatda deyilir: “Biz əmək haqqlarının yeni ödəniş sisteminə etiraz etdikdə, universitetin rektoru Fərid Əhmədov deyir ki, biz sizin burada fəaliyyət göstərməyinizi və bunun qarşılığında əmək haqqının ödənilməsini, özəl müəssisə olduğumuz üçün bizim maraqlarımız çərçivəsində, xidmət kimi qiymətləndiririk. Bunun qanunsuz bir hal olduğunu qeyd etdiyimizdə isə - “biz heç kimi məcburi saxlamırıq xoşunuz gəlmirsə gedə bilərsiniz”, deyə cavablandırır. Qeyd edək ki, professor-müəllim heyyətinin tərkibində bu günə kimi əmək müqaviləsiz işləyənlər var. Dərslərin sentyabr ayının 15 dən başlamasına baxmayaraq, bəzi müəllimlərlə əmək müqavilələri noyabr ayının ortalarından bağlanmışdır. Onların müqavilələri qəsdən gecikdirilir ki, müəllim başqa yerdə iş tapa bilməsin və nəticə etibarı ilə xidməti müqavilə ilə razılaşsın. Bu cür bağlanmış müqavilə birmənalı şəkildə sahibkarlıq fəaliyyətini əks etdirir və vaxtında ödənişin olmamasına görə cərimə ilə nəticələnir. Maraqlı məqamlardan biri də odur ki, müəllimə ayrılan dərs yükü illik təqdim olunmağına baxmayaraq sonradan, bağlanmış müqavilələrə müəllimlərin razılığı olmadan əlavə və dəyişiklik edilərək, bir semestr üçün 29 yanvar 2016-cı ilə kimi bağlanmışdır. Ali məktəbdə bu fəaliyyət növü doktorantura və dissertantura pilləsində təhsil alan və pedaqoji fəaliyyətlə məşğul olan tədqiqatçılar üçün daha ağırdır. Belə ki, xidməti müqavilə sahibkarlıq fəaliyyəti sayıldığından, müəllimin əmək funksiyaları DSMF-nin portalında sahibkarlıq fəaliyyəti kimi əks olunur və pedaqoji staj sayılmır. Bu isə, tədqiqatçılara gələcəkdə alimlik dərəcəsi almaqda problem yaradır. Çünki, Prezident Yanında Ali Attestasiya Komissiyası doktorant və dissertantların pedaqoji fəaliyyətlə məşğul olma kriteriyalarını mütləq surətdə vacib sayır və tələb edir.” Beləliklə də Azərbaycan Universitetinin professor-müəllim heyəti hesab edirlər ki, əmək münasibətlərinin bu normalar çərçivəsində tənzimlənməsi onlar üçün məqsədə

uyğun deyil. Eyni zamanda da şikayətçilər yeni ödəniş sisteminin universitet rəhbərliyi tərəfindən qərəzli olaraq düşünülmüş şəkildə tətbiq edildiyini vurğulayırlar: “Biz hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul olmuruq ki, dövlətin müəyyənləşdirdiyi vergi ödəmələrindən, o cümlədən 14 % gəlir vergisi, 3% sosial vergi və 2 % həmkarlar ittifaqına olan ödəmələrdən yayınaraq, cəmi 4 % sadələşdirilmiş vergi ödəyək. Bu ödəmə sisteminin tətbiqinə dünyanın sivil ölkələrinin təcrübəsində belə rast gəlmək mümkünsüzdür. Bu ödəmə sistemində pedaqoji fəaliyyət stajı əks olunmur. Müəllimləri sakitləşdirmək üçün ilk öncələr mühasibatdan vergilərin onlar tərəfindən ödəniləcəyi vəd edilsə də, sonradan bu vədin arxasından qaçılmışdır. Bu yanaşma dövlətimizə və xalqımızın iradəsinə ziddir və bizlər belə vəziyyətlə heç zaman razılaşa bilmərik. Çünki bu sistemin tətbiq olunması dövlət büdcəsindən vergi ödəyicisi kimi hüquqi şəxs olaraq yayınmaq və öz mənafeylərini üstün tutmaq deməkdir. Hesab edirik ki, Fərid Əhmədovun bu qərarı müasir Azərbaycan təhsil sisteminin inkişafına xələl gətirmək niyyəti ilə düşünülmüş qərəzli və qeyri-peşəkar idarəçilik metodudur.”
Digər tərəfdən isə, bizimdovr.az-a təqdim olunan açıqlamalarda Azərbaycan Universitetində bu gün tələbələrin də bir sıra problemlərlə üz-üzə qaldıqları vurğulanır: “ Bu gün Azərbaycan Universitetinin tələbələrindən digər müəssisələrdə keçirilməsi nəzərdə tutulan təcrübədə iştirak etmək üçün əsassız şəkildə 360 (üç yüz altmış) manat və buraxılış imtahanında iştirak etməyə icazənin rektor tərəfindən verilməsi üçün də 500 (beş yüz) manat ödəmələri tələb olunur.
Bu tələb universitetin rektorunun şəxsən qəbulunda və görüşlərində onun özü tərəfindən, həmçinin bu məsələ ilə bağlı Tədris şöbəsinə müraciət edərkən şöbə müdiri Ədalət Əliyev və digər əməkdaşlar tərəfindən irəli sürülür.” Tələbələr isə iddia edirlər ki, bu tələb qanuna ziddir. Belə ki, onlar təcrübədə və dövlət imtahanında iştirak üçün əslində bütün kreditləri təhsil haqqı formasında IV kusun əvvəlində ödəmişlər. Əvvəlki illərdə bu cür tələblərə rast gəlinməyib və bu yenilik yalnız bu ildən tətbiq olunub: “Bu tələb tamamilə əsassız iddiadır. Belə halların olması bir başa rektor Fərid Əhmədovun şəxsi maraqlarına xidmət edir.”
Sonda belə bir məqamı da vurğulamaq istərdik ki, Azərbaycan Universitetinin rəhbərliyi ilə bağlı redaksiyamıza daxil olan məlumatlar sadəcə bu yazıda təqdim etdiyimiz açıqlamalarla məhdudlaşmır. Həm də digər açıqlamalarda irəli sürülən ittihamlar bəzi məqamlarda öz ağırlığına görə heç də artıq təqdim olunmuş faktlardan geri qalmır. Sadəcə olaraq, həmin məlumatların daha çox araşdırmaya ehtiyacı olduğundan, onları artıq növbəti saylarımızdan birində oxucularımıza təqdim edəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru