Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq .....                     “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində .....                     İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb .....                     Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                     “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb .....                     “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” .....                     “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir .....                     Putindən İrana AÇIQ DƏSTƏK .....                     Əliuzun məmurların qandallanması .....                     Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? .....                     "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" .....                     Jurnalist Ağaddin Babayev vəfat edib .....                     EKSPERTLİK MƏRƏZİ... .....                     Rövşən Nəcəf təcili müdaxilə etməzsə... .....                     Oğluna güvənən direktorun yeni macəraları .....                     Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? .....                     Azərbaycana yay fəsli daxil olub .....                     İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? .....                     Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA .....                     "Diplom almaq çətinləşdirilməlidir" .....                     Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? .....                     Olmayan nəticəyə yatırılan milyonlar .....                     Neftçala təhsili kimə həvalə olunub? .....                     Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? .....                     Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? .....                     “Sağlığında özü mənə vəsiyyət etmişdi” .....                     Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı .....                     İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı .....                     İsraildən şok XƏBƏRDARLIQ .....                     Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib .....                     İnternetsiz İran: “Starlink” də kömək etməyəcək .....                     DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA .....                     "Şaurma və kolaya 20 lari verirsən... .....                     Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” .....                     İranda qaçaqmalçılıq və “Mossad” bazaları: .....                     Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir .....                     “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, .....                     Təhsildə etimad böhranı: .....                 

MTN generallarına xaricdən itlər gətirən şəxs kimdir? – ARAŞDIRMA
Tarix: 29-06-2016, 08:26 | Çap et
MTN generallarına xaricdən itlər gətirən şəxs kimdir?
Eldar Mahmudov və onun MTN-də yüksək vəzifə tutan əlaltılarının qeyri-adi hobbiləri barədə mətbuatda az dərc olunmayıb. Xüsusilə də, sabiq MTN generalı Mövlam Şıxəliyevin “çılğın” it həvəskarı olması barədə ölkə mətbuatından bu sətirlər diqqəti çəkir: “Sabiq MTN generalı Mövlam Şıxəliyev Novxanıdakı bağ massivində öz itləri üçün sözün həqiqi mənasında saray hesab ediləcək it damı inşa etdirib. Hansı ki, öz möhtəşəmliyi ilə göz oxşayan bu “damı” M.Şıxəliyevin köpək sevgisinin yaratdığı xarüqə də adlandırmaq olar. Mənbənin sözlərinə görə, aqlaylarla əhatələnən it damlarında sabiq general alman və Dağıstan sortu olan itlər saxlayır ki, bu itlərə göstərilən baxım uzun illərdir ki, dillər əzbəridir. Belə ki, sözügedən itlərin qidalanmasına, tibbi baxımına, təliminə fantastik dərəcədə pul xərcləyən M.Şıxəliyev, məlum “MTN işi”ndən sonra da bu xobbisindən əl çəkmiş deyil. Bu gün də Novxanıdakı villasına ara-sıra baş çəkən MTN generalı itləri ilə birlikdə zaman keçirmək ənənəsinə sadiqlik nümayiş etdirir” (bizimyol.info).

Bu günlərdə Qafqaznews.az və Legion.az saytlarında sabiq MTN polkovnik-leytenantı İlham Qasımzadə və onun sahibkar dostu “BSC Group”un rəhbəri İkram Mütəllimov tərəfdindən aldadıldığını və şərlənərək həbs olunduğunu iddia edən Kürdəxanı sakini Hacı Hənifə Həşimovun şikayəti dərc olunmuşdu. Şikayətin araşdırılması zamanı, İlham Qasımzadənin hələ bir il bundan əvvələ qədər Azərbaycan Milli Karate Federasiyasında 1-ci vitse-prezident olduğu və Beynəlxalq Bankda da yüksək vəzifə tutduğu müəyyən olunmuşdu. Bu barədə İ.Qasımzadənin özü də Qafqaznews.az-a açıqlamasında təsdiqləmişdi.

İyunun 28-də redaksiyamıza İlham Qasımzadə ilə bağlı daha maraqlı bir məlumat daxil oldu. Belə ki, əldə etdiyimiz məlumata görə, İlham Qasımzadə Namiq Abbasov dövrünün yetişdirdiyi kadrlardan olsa da, MTN-də rəhbərlik dəyişdiyi vaxtda belə, öz mövqeyini qoruyub saxlayıb və istər Mahmudovla, istər onun əhatəsindəki generallarla, istərsə də ABB rəhbəri Cahangir Hacıyevlə isti münasibətlər yaradıb. Legion.az-a məlumat verən mənbə bildirir ki, uzun illərdir it həvəskarı olan və hətta it həvəskarları üçün ictimai təşkilat yaradıb xaricdə əlaqələr quran İlham Qasımzadə Mahmudov-Hacıyev cütlüyünü də məhz bu hobbisi ilə özünə bağlayıb.

Mənbənin məlumatına görə, həm Badamdarda villası, həm də Kürdəxanıda iki hektara yaxın böyük bağları olan İlham Qasımzadə tez-tez bağında MTN “çətə”sinə qonaqlıq verib və it boğuşdurma tamaşaları təşkil edərək, onların “könlünü ovlayıb”. Məlumata görə, çılğın it həvəskarı olan sabiq MTN generalı Mövlam Şıxəliyev də bu mövzuda məhz İlham Qasımzadə ilə məsləhətləşib və xaricə səfərlər edərək “paroda” itlər gətirməsi üçün maliyyə buraxıb. Mənbə bildirir ki, ikisinin də it sevgisinə görə, onların arasında sıx dostluq yaranıb və hətta birlikdə it boğuşdurma “turnir”ləri təşkil edərək, imkanlı adamlar arasında “mərc”lər təşkil ediblər. Eyni zamanda, M.Şıxəliyev, A.Çovdarov və digər generallar üçün “şilləvuran”ların hazırlanmasında da böyük rolu olan şəxslərdən biri kimi, məhz İlham Qasımzadənin adı hallanır.

Maraqlıdır ki, müxtəlif internet saytlarında İlham Qasımzadə təkcə AMKF-nin vitse-prezidenti kimi yox, həm də “Qafqaz İt Cinsləri” İctimai Birliyinin sədri kimi təqdim olunur. Müxtəlif saytlarda hətta İlham Qasımzadənin beynəlxalq sərgilərə çoban itləri aparması barədə məlumatlar və bu şəxsin çoxsaylı fotoları dərc olunub. “Bu qədər təsadüf ola bilərmi?” sualı bizi vadar etdi ki, İlham Qasımzadənin özü ilə əlaqə saxlayaq. Lakin İ.Qasımzadə Legion.az-ın zənglərinə cavab vermədi. Araşdırmamız davam edir…

Xatırlatma: Hənifə Həşimovun Qafqaz Xəbər Agentliyinə yazdığı ərizəsində deyilir: “Mən sabiq MTN polkovnik-leytenantı, Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti və Beynəlxalq Bankın nümayəndəsi olan İlham Niyazi oğlu Qasımzadə və “Business Service Centre” şirkətinin rəhbəri İkram Mütəllimov tərəfindən aldadılmışam. 2002-ci ildə İlham Qasımzadə mənə bildirdi ki, oğlum Əlövsət Həşimov hərbi xidmətə gedib rütbə alsın, onu da MTN-ə düzəltdirməyə kömək edəcək. 2003-cü ildə mənə dedi ki, bu işin xərci var, yaxşı əlaqələri olan İkram Mütəllimov sənə kömək edə bilər. 2003-cü ilin oktyabrında İkram Mütəllimovla İlham Qasımzadənin vasitəçiliyi ilə görüşdük. Onlar Məhəmmədi bələdiyyəsindən uzunmüddətli icarə götürdüyüm 8 hektarlıq torpaq sahəsinin 2 hektarını istədilər. Onların şərtinə görə, mən 2 hektardan imtina etdim, İkram Mütəllimovun adına keçirildi”. H.Həşimovun sözlərinə görə, oğlu o müddətdə MTN-də müsahibəyə gedib-gəlirdi, İlham Qasımzadə isə deyirdi ki, əmri yaxınlarda veriləcək.

“Bir müddət sonra İlham Qasımzadə mənə dedi ki, sənin oğlun 9 yaşında Məşhəd və 11 yaşında Həcc ziyarətində olub (özümlə aparmışdım), ona görə müsahibədən keçməyib. İlham mənə dedi: “Fikir eləmə, 3-4 aydan sonra yenidən sənədləri toplayıb təqdim edərik, söz verdiyimiz kimi iş düzələr”.

2004-cü ildə müxtəlif bəhanələrlə və “dövlət məmurlarının sənin torpaqlarından xoşu gəlir” iddiası ilə məndən yenə də torpaq istədilər və imtina edəcəyim halda, ehtiyatda olan zabit kimi, oğlumu cəbhə bölgəsinə göndərməklə qorxuzdular. 4 hektarı da İkram4f8183 Mütəllimov öz oğlu Əhmədin adına keçirdi. Mən torpaqları geri tələb etdiyimdə, İlham dedi ki, darıxma, pul ver, oğlunu Sərhəd Xidmətində xarici əlaqələr şöbəsinə düzəldim. İlham Qasımzadə məndən ilin sonunda 22 min dollar aldı. Mən torpaqların hesabını soruşduqda, “İlham Qasımzadə mənə “cin ayrı, şeytan ayrı” deyə cavab verdi”, – deyə H.Həşimov vurğulayıb. O qeyd edib ki, bir müddət sonra, aldadıldığını anlayaraq, dəfələrlə İlham Qasımzadə və İkram Mütəllimovla görüşüb, torpağını və pulunu tələb etdi.

“Lakin mənə dedilər ki, hara gedirsən get, respublika əlimizdədir. Mən dəfələrlə hüquq mühafizə orqanlarına şikayət eləsəm də, İlham Qasımzadə və İkram Mütəllimov müxtəlif vasitələrlə mənim işimi uzadıblar. Hətta məni dəfələrlə şərləyib həbs etdirməyə də çalışıblar. Eyni zamanda, İlham Qasımzadə mənə müxtəlif vasitələrlə təzyiq göstərirdi, öldürməklə belə hədələyirdi. Bir dəfə İlham Qasımzadə üstümə tapança da çıxarıb. Mən bu süründürməçilikdən bezərək, Azərbaycan Prezidenti İlham Əliyev cənablarına məktub yazmışam. Amma bu məktublar kimlərsə tərəfindən “itirilib”.

Sonda mən təngə gələrək, 2006-cı il iyunun 29 və iyulun 25-də iki dəfə dövlət başçısının kortecinin qarşısına çıxmağa, dərdimi Cənab Prezidentə şəxsən bildirməyə çalışdım. Lakin heç bir günahım olmadan, MTN-çilər tərəfindən təxribatda günahlandırılmışam, Səbail rayon Məhkəməsinin hökmü ilə 221.2.1 və 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə həbs olunmuşam. 2009-cu il yanvar ayının 25-də azadlığa çıxdım, ondan sonra dəfələrlə bu işin sonuna çıxmağa, İlham Qasımzadədən şikayətlər verərək, ədalətə nail olmağa çalışmışam. Lakin heç bir nəticə hasil olunmayıb. Eldar Mahmudov MTN başçısı vəzifəsindən azad olunduqdan sonra, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsəm də, yenə də İlham Qasımzadə və İkram Mütəllimov barəsində tədbir görülməyib. Yazıb sizdən xahiş edirəm, məni aldadan bu şəxslərin ifşa olunmasında və haqlarımın bərpasında dəstək verəsiniz”, – deyə şikayətçi bildirib. 2003-cü ildə MTN başçısı Namiq Abbasov olub, lakin Eldar Mahmudovun nazir olduğu vaxtlarda da İlham Qasımzadənin cəmiyyətdə fəal çıxış etməsi, Karate Federasiyasında və Azərbaycan Beynəlxalq Bankında rəhbər vəzifələr tutması bir sıra suallar doğurdu. İyunun 20-də araşdırma zamanı, İlham Qasımzadənin özüylə əlaqə saxladıq.

İlham Qasımzadə daha Karate Federasiyasında çalışmadığını, “dövlət qulluğunda olduğunu” bildirdi. “O adam mənim qanımı içir, illərdir ailəmə də əziyyət verir. Dedikləri şər-böhtandır. Onunla bağlı dəfələrlə prokurorluq araşdırıb, məhkəmə keçirilib. Heç nə sübut edə bilməyib”, – deyə İ.Qasımzadə qeyd etdi.

“Axı onun sizinlə başqa nə problemi olub ki, belə düşmənlik etsin? Eyni kənddənsiniz, səbəbsiz yerə sizdən şikayət edir?” – deyə maraqlandıq. “Mən o vaxt ona “posrednik” olmuşam. Sadəcə xahiş edib, köməklik etmişəm”, -deyə İlham Qasımzadə bildirdi. İ.Qasımzadənin sözlərinə görə, Hənifə Həşimov torpaq satmaq istəyib, o da öz növbəsində onu İkram Mütəllimovla tanış edib. H.Həşimovun oğlunun MTN-ə işə düzəlməsi məsələsinə gəlincə isə… İlham Qasımzadə bizimlə birinci söhbətində kömək etməyə çalışdığını, amma alınmadığını bildirdi. Növbəti dəfə isə (özü yenidən bizə zəng etdiyində) bildirdi ki, bu məsələ Namiq Abbasovun vaxtında olub, o vaxtı kimisə tanışlıqlıa MTN-ə düzəltmək mümkün deyildi (Qafqaznews.az).

Legion.az olaraq, araşdırmanı davam etdirdik. Hənifə Həşimov bizə Məhəmmədi Bələdiyyəsinin ona 4 hektar torpaq ayrılması 2003-cü il 15 may tarixli qərarını və 2 hektar torpaq ayrılması barədə 5 noyabr 2003-cü il tarixli qərarını təqdim etdi. H.Həşimov 2005-ci il fevralın 17-də Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İkram Mütəllimovu ona məxsus mülkiyyəti qanunsuz zəbt etməkdə günahlandırıb. Hənifə Həşimov İkram Mütəllimovun məhkəməyə etiraz məktubun surətini də Legion.az saytına təqdim edib. “Mənimlə Hənifə Həşimov arasındakı şifahi razılaşmaya görə, o, üç hektar torpaq sahəsinin icarə hüququnu mənə satmalı idi. İki hektar torpağın arenda sənədlərini o dərhal mənim adıma rəsmiləşdirməli idi. Bir hektarın sənədləşdirilməsi isə bir müddət sonra olmalı idi. Şifahi razılaşmadan sonra isə Hənifə Həşimov məndən 5 min dollar aldı. O, ilk mərhələnin reallaşmasını təmin etdi. 2003-cü ilin 5 noyabrında mənim Məhəmmədi Bələdiyyəsi ilə müqaviləmə görə, bu torpaq sahəsi mənə icarəyə verildi. 2003-cü il noyabrın 11-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən mənə torpaqların müvəqqəti istifadəsinə dair şəhadətnamə verildi. Həmin gün mən Hənifə Həşimova 2 min dollar verdim. 2004-cü ildə isə isə Hənifə Həşimova 3 min dollar verdim”, – deyə İkram Mütəllimov məktubda qeyd edib.

Xatırladaq ki, Hənifə Həşimov torpaq mülkiyyətçisi deyil və torpaq sahəsindən müvəqqəti istifadə edən icarədar onu sata bilməzdi. Məhəmmədi Bələdiyyəsinin sədri Vaqif Məmmədov Legion.az-a bildirib: “Heç kim Bələdiyyə mülkiyyətini almaq hüququna malik deyil. Bu alqı-satqı ləğv olunmalıdır”. Biz dəfələrlə İkram Mütəllimovun da münasibətini öyrənməyə çalışdıq. Lakin İ.Mütəllimov zəngimizə cavab vermədi.

MTN generallarına xaricdən itlər gətirən şəxs kimdir?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05
Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48
Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21
Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
“Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00
Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55
İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52
İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50
Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46
İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00
"Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04
Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41
Azərbaycanda məşhur provayder ləğv olundu
Dünən, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Dünən, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Dünən, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Dünən, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Dünən, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Dünən, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Dünən, 17:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru