Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

“Yol qəzalarının əsas baiskarlarından biri də "Hell", "Yaguar", "Red Bull"dur...” - İLGİNC İDDİA
Tarix: 2-09-2016, 09:04 | Çap et
“Yol qəzalarının əsas baiskarlarından biri də "Hell", "Yaguar", "Red Bull"dur...”
“Tərkibində spirt olan 3 energetik içkinin gücü yarım litr spirtli içki qədər təsirediciliyə qadirdir. Azərbaycanda bu içkidən istifadə edənlər gündən-günə artır və çox təəssüf ki, artan siyahıda avtobus və taksi sürücüləri də var. Mən deyərdim ki, yol qəzalarının əsas baiskarı spirt tərkibli energetik içkilərdir. Gənclər və azyaşlılar arasında da bu içkinin alüdəçiləri gündən-günə çoxalır. Ən narahatedici məqam odur ki, adı enerji içkisi olsa da, orqanizmin gücünü alan bu qidalar gənclər arasında narkomaniyaya da yol açır. Ona görə də aidiyyatı qurumlar bu içkilərin ölkəyə kütləvi idxalını durduran, kütləvi qəbulunun qarşısını alan qərarlar verməlidir”.
Bu fikri Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov Hurriyyet.org-a açıqlamasında bildirib.

Bəzi Avropa ölkələrində qadağan olunub

Birlik sədrinin sözlərinə görə, bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması daha məqsədəuyğundur: “Bu içkilərin əksər Avropa dövlətlərində qəbulu qadağandır. İsveçdə, Fransada, Almaniyada demək olar ki, yalnız apteklərdə satılır. Norveçdə, Danimarkada tamam qadağan olunub. Onu ilk dəfə amerikalılar Vyetnam müharibəsində öz əsgərlərinə veriblər ki, ruhlandırıcı, yuxuqaçırma təsirinə malikdir, amma bu təsirin əks təsiri də orqanizmdə özünü heç də çox yubatmır. Bizim ölkəmizə əsasən Polşadan idxal edilir. Bu içkilər Avstriyada da çox istehsal olunur”.

Rusiyada tələbələri öldürdü

Birlik sədri onu da vurğuladı ki, bu içkilərlə bağlı Rusiya mətbuatında mübahisəli müzakirələr açılır: “Rusiyada da bu içkilərin ölkəyə idxalının qadağan olunması zaman-zaman dartışılır, orqanizmi zərrə-zərrə öldürdüyü yazılır. Rusiyada imtahana hazırlaşan gənclər yuxularını qaçırmaq üçün energetik içkilərdən istifadə etdiklərinə görə, tələbələr arasında ölüm halları baş vermişdi. Bizdə isə reklamı gündən-günə genişlənir”.

“Hell” cəhənnəmə göndərir, bəs yol polisi hara baxır?

Dövlət Məmmədovun sözlərinə görə, əsasən heyvan adları qoyulan enerji içkiləri elə reklam edilir ki, sanki o içkini qəbul edənlər həmin heyvanlara bənzəyir, güclənir, cəsarətlənir: “Bu içkilər kifayət qədər də reklam olunur. Məsələn, mağazaların vitrinlərinə yapışdırılır. “Hell” ingilscədən tərcümədə “cəhənnəm” deməkdir. Bankanın üz tərəfində də şeytanın simvolu var. Yəni belə anlaşılır ki, bu içkini qəbul edən cəhənnəmlik olur, şeytan da ona baxıb gülür. Bunu içənlər başa düşmür ki, qəbul etdiklərinin tərkibi nədən ibarətdir. Hətta mən son vaxtlar diqqət etmişəm, avtobus sürücüləri arasında energetik içki qəbul edənlər artıb, özü də əksəriyyəti tərkibində spirt olanları qəbul edirlər. Minlərlə insan həyatını bu sürücülərə etibar edir, onlarsa belə məsuliyyətsizliyə yol verirlər. Bir sürücüyə irad bildirdim ki, bilirsən əlində içdiyin nədir, deyir, hamı içir, mən də içirəm. İzahat verəndən sonra ki, bunun nə ziyanı var, deyir xəbəri yoxdur. Taksi sürücüləri, avtomobil idarə edənlər tərkibi spirtli olan energetik içkilər qəbul edib, sükan arxasında otururlar. Yol polisi hara baxır? Yol qəzalarının baş verməsində başlıca səbəblərdən biri də bu içkilərdir”.

Səhiyyə orqanları, millət vəkilləri susdurulub?

Birlik sədri hesab edir ki, bu içkini mütəmadi qəbul edənlərin zehni işləmir, beyinlərində kütlük, heysizlik, hərəkətsizlik, yaddaşsızlıq yaradır. Ona görə də səhiyyə orqanları bu barədə geniş məlumat verməli, bu məsələ millət vəkilləri tərəfindən parlamentdə müzakirəyə çıxarılmalı, müvafiq qanunlar qəbil edilməlidir: “Təzyiqli xəstələrin, ürəyi xəstə olanların bu içkini qəbul etməsi onların ölümü ilə nəticələnə bilər. Niyə səhiyyə orqanları bu barədə məlumat vermirlər? Bəlkə bu içkinin biznesini təşkil edənlər onları susdurular?! Bu haqda respublikanın baş pediatrı öz sözünü deməlidir. Uşaqların sağlamlığını energetik işkilərə qurban vermək olmaz. Əgər biz uşaqlarımızı sağlam görmək istəyiriksə, bilməliyik ki, bu araqdan və siqaretdən çox dəhşətlidir. 18 yaşınadək uşaqlara, yaşlılara, qan təzyiqi yüksək olan, ürəyi zəif olan insanlara, hamilə qadınlara energetik içki içmək olmaz. Bu həm də kişi və qadınlarda sonsuzluq yaradır, hətta bəzən narkomaniyaya yol bu içkilərdən keçir”.

Həkim rəyi: “Tonuslaşdırıcı təsiri olduğu üçün orqanizmin enerjisini alır”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bizə Sanitariya və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevlə əlaqə saxlamaq tövsiyə edildi. Qurumun qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Hurriyyet.org-a bildirdi ki, energetik içkilərlə bağlı onlara da müraciət edənlər az olmur və bu içkinin enerji dəyəri, xeyri, ziyanı barədə soruşulur: “Öncə onu deyim ki, energetik içkinin tərkibində şəkər yoxdursa, heç bir enerji dəyəri yoxdur. Ona görə o energetik içki adlanır ki, bu içkinin tonuslaşdırıcı təsiri var. Məsələn, tərkibində kofein var, kofein də yuxusuzluq yaradır. Yəni bu içkilər orqanizmin öz enerji ehtiyatını yığır, tənzimləyir, tonuslaşdırır, amma kənardan heç bir enerji gətirmir. Belə içkilərə bu xüsusiyyəti tərkibində olan kofein, taurin və sair bu kimi tonuslaşdırıcılar verir”.

Əvvəl oyanıqlıq yaradır, sonra əzginləşdirir...

Şöbə müdiri dedi ki, energetik içkilər alkoqollu və alkoqolsuz olur və hər iki tip içkini azyaşlıların, məktəbyaşlı uşaqların qəbul etməsi zərərlidir: “Bunu pediatorlar daha yaxşı izah edə bilər. Xüsusən hiperaktiv, enerjili uşaqlarda bu içkilər oyanıqlıq yaradır, sonradan isə əzginləşdirir. Əlbəttə, bunu normal içki hesab etmək olmaz. Daha çox dərman kimi təsiri var. Dünyada içki məhsulu kimi insanların qidasına daxil olub, amma sərinləşdirici kimi yox, tonuslaşdırıcıdır”.

“Satışına qadağa üçün qanunverici akt olmalıdır”

İ.Abdullayev dedi ki, bu içkinin Azərbaycanda satışına qadağa ilə bağlı qanunverici akt olmadığı üçün, səhiyyə qurumları yalnız tövsiyə xarakterli göstəriş verə bilər: “Hər ölkənin daxili qanunvericiliyinə uyğun satışı var. Rusiya Federasiyasının Dövlət Dumasında da bu cür içkilərə qadağa qoyulması və sair məsələlər qaldırılır, amma qanunverici akt halına salınması hələ yoxdur. Millət vəkili və ya adi vətəndaş öz fikirlərini izah edirsə, bu qanun deyil. Biz də dövlət orqanı olaraq qanunu tənzimləyirik. Bu içkilərlə bağlı Azərbaycanda Rusiyanın “QOST”u dövlət standartı kimi alkoqollu və qeyri-alkoqollu içki kimi qeydiyyata götürülüb və hər ikisi tonuslaşdırıcıdır. Standarlaşdırma Komitəsi tərəfindən razılaşdırılıb və ondan sonra Ədliyyə Naziriyində qeydiyyatdan keçirilib”.
Səhiyyə sözçüsü dedi ki, spirt tərkibli energetik içkilərdə 7,8 faizə qədər spirt varsa, bu alkoqollu içkilər siyahısına daxildir: “Mənfi təsirlərdən biri də uzun müdət qalması üçün tərkibinə vurulan qoruyuculardır. Bu qoruyucuların da orqanizmə zərərli təsirləri var, qara ciyər toxumasına, böyrəyə va sair. Xüsusən gənclərə, uşaqlara təsir edə bilər. Bu içkilərə gənclərin çox üz tutması ola bilsin, tərkibindəki spirtə asılılıqdan irəli gəlir. Asılılıq beyində kütləşmə yaradır və kənardan informasiya qəbulunu çətinləşdirir. Ona görə də belə içklərə alüdəçilik qətiyyən yolverilməzdir”.

Deputatdan əndrabadi təklif: “Qiyməti qaldırılsın”

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev isə bu içkilərin qəbulunun, satışının qadağasını yox, qiymətinin qaldırılmasını təklif edir: “Qadağa, inzibati müdaxilə heç nəyi dəyişməyəcək. Əksinə, satış şəbəkəsini azaltmaq və qiymətləri qaldırmaqla zərərli içkidən istifadə edənlərin sayını azaltmaq olar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru