В«Kimə nə lazımdırsa vaxtında çatır, narahatlığımız yoxdurВ» - Dövlət Əyar Palatasında nə baş verir?
Tarix: 16-09-2016, 09:15 | Çap et
 Bu gün həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında satışa çıxarılan qızıl-zinət əşyalarının böyük əksəriyyəti ya saxtadır, ya da onların əyarı düzgün qeyd olunmayıb. Halbuki qüvvədə olan qanunvericiliyə görə, ölkənin əmtəə bazarında olan qızıllar Adil Əhmədovun sədri olduğu Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (Dövlət Əyar Palatası) tərəfindən damğalanmalıdır. Yəni satışda olan qızılların üzərində mütləq Dövlət Əyar Palatasının nişanı olmalıdır. Lakin hazırda satışda olan qızıl-zinət əşyalarının təxminən, 60 faizdən çoxunun üzərində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin nişanı olmadığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, məhz bu, onu sübut edir ki, ölkədə çoxlu miqdarda saxta qızıl var: В«Qeyd edim ki, qızıl alarkən alıcılar çox vaxt malın üzərindəki əyara və sertifikatına baxır. Lakin bu heç də həmişə qızılın təmiz olduğuna zəmanət vermir. Saxta qızılların satışı ilə bağlı hallar isə xüsusilə qızıl əldə, lombardda və ya bazarda satıldığından daha da artır. Bunun nəticəsində istehlakçıların kütləvi aldanması baş verir. Yəni bu gün istər zərgərlərin, istərsə də qızıl ticarətilə məşğul olan şəxslərin böyük əksəriyyəti vətəndaşları aldadır, onlara müxtəlif yollarla kələk gəlirlər. Onu da nəzərinizə çatdırım ki, qızıl geri qaytarılmayan mallar siyahısında olduğundan, onu alan vətəndaş qızılı aldısa, qaytara bilməz. Ona görə də alıcıların aldanmamaq üçün qızıl almazdan öncə onu mütəxəssisə göstərib yoxlatdırması məsləhətdir. Həmçinin, istehlakçı zinət əşyası alarkən satıcıdan malın sertifikatını, haradan alınması barədə və qiyməti haqqında sənədi tələb etməlidirВ». Məsələnin qanuni tərəfi ilə bağlı ətraflı məlumat verən mənbə bildirir ki, В«Qiymətli metallar və qiymətli daslar haqqındaВ» Qanunun 10.3-cü bəndinə əsasən, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daslardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır: В«Həmin qanunun 20.3-cü bəndinə əsasən, dövlət əyar damğalarını saxtalaşdırmağa, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk edilmiş zərgərlik və digər məişət məmulatlarının satışına görə İnzibati Xətalar və Cinayət Məcəllələri ilə müəyyən edilmiş qaydada məsuliyyət yaranır. Lakin buna baxmayaraq, bu gün ölkəyə xaricdən qızıl gətirənlər, eyni zamanda daxili bazarda qızıl ticarəti ilə məşğul olanlar öz bildiklərini edirlər. Məsələnin maraqlı tərəfi isə ondadır ki, Adil Əhmədovun sədri olduğu Dövlət Əyar Palatası həmin işbazlara nəzarət edə bilmir. Bu isə uzun illərdir ki, palata sədri vəzifəsində əyləşən Adil Əhmədovun üzərinə düşən işin öhdəsindən gələ bilmədiyini, onun qızıl ticarətilə məşğul olan şəxslərə nəzarət edə bilmədiyini deməyə əsas verir. Deyilənlərə görə, qızıl alverilə məşğul olanlar onlara irad tutulduğu təqdirdə onlar В«Kimə nə lazımdırsa vaxtında çatır. Odur ki, narahatlığımız yoxdurВ», deyə yenə də öz bildiklərini edirlər. Buradan da belə görünür ki, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin sədri Adil Əhmədov yerində sayırВ». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Bu gün, 23:36 |
|
|
|
• Fateh Altaylı həbs olundu - SƏBƏB
Bu gün, 23:33 |
|
|
|
• “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Bu gün, 18:00 |
|
|
|
• Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Bu gün, 17:56 |
|
|
|
• “ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Bu gün, 17:41 |
|
|
|
• Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Bu gün, 17:38 |
|
|
|
• Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Bu gün, 17:34 |
|
|
|
• Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 17:25 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:19 |
|
|
|
• Mərkəzi Bankda yeni təyinat - ƏMR
Bu gün, 17:15 |
|
|
|
• İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Bu gün, 17:08 |
|
|
|
• Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Bu gün, 17:01 |
|
|
|
• Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Bu gün, 16:59 |
|
|
|
• Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Bu gün, 16:57 |
|
|
|
• Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Bu gün, 16:04 |
|
|
|
• 72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Bu gün, 15:51 |
|
|
|
• “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Bu gün, 15:47 |
|
|
|
• Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Bu gün, 15:45 |
|
|
|
• "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Bu gün, 15:42 |
|
|
|
• Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Bu gün, 15:37 |
|
|
|
• “Forfinance” BOKT-a lisenziya verilib
Bu gün, 15:26 |
|
|
|
• Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Bu gün, 15:24 |
|
|
|
• Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Bu gün, 15:19 |
|
|
|
• Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:15 |
|
|
|
• Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00 |
|
|
|
• Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49 |
|
|
|
• Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43 |
|
|
|
• Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36 |
|
|
|
• İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29 |
|
|
|
• Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26 |
|
|
|
• ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15 |
|
|
|
• Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14 |
|
|
|
• Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10 |
|
|
|
• Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55 |
|
|
|
• Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53 |
|
|
|
• Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38 |
|
|
|
• Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34 |
|
|
|
• “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27 |
|
|
|
• İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23 |
|
|
|
• Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09 |
|
|
|
• Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06 |
|
|
|
• “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03 |
|
|
|
• “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01 |
|
|
|
• “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59 |
|
|
|
• Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53 |
|
|
|
• Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52 |
|
|
|
• Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17 |
|
|
|
• "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15 |
|
|
|
|