Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                     Bəşər Əsədin əmisi oğlu saxlanılıb .....                     Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” .....                     Pirallahıdan Allahın da xəbəri yoxdur... .....                     İranın vuran əlini “sındırdılar” .....                     Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı .....                     ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                     Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi .....                     Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI .....                     Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı .....                     Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını .....                     Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... .....                     Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI .....                     Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq .....                 

“Bağçada tərbiyəçi qızımı döyüb, amma kamera yazısını gizlədirlər” - ŞİKAYƏT
Tarix: 20-09-2016, 08:11 | Çap et
“Bağçada tərbiyəçi qızımı döyüb, amma kamera yazısını gizlədirlər”
Bundan əvvəl Qafqaz Xəbər Agentiyinin nəzdindəki Qafqaznews.az, Kavkaznews.az saytlarında əsassız yerə işdən çıxarılan bağça tərbiyəçisi ilə bağlı yazılar dərc olunmuşdu. Həmin yazılarda Bakının 38 saylı Uşaq Bağçası-Körpələr Evindəki işindən çıxarılmış tərbiyəçi Aynur Mahmudovanın və övladı həmin bağçada tərbiyə alan valideynlərin, eləcə də 38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribovanın və Bakı ŞİH nümayəndələrinin mövqeyi işıqlandırılmışdı.

Qafqaz Xəbər Agentliyinin əməkdaşları məsələni araşdıraraq, bu problemin həllinə çalışıblar.

A.Mahmudova da öz növbəsində, 2016-cı il aprelin 7-də Yasamal Rayon Məhkəməsinə müraciət edərək, işinə bərpası tələbi ilə iddia qaldırmışdı. İyulun 4-də isə Aynur Mahmudova Qafqaz Xəbər Agentliyinə müraciət edərək bildirmişdi ki, Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə onun işə qayıtmasıyla bağlı qərar qəbul edib.

Bu günlərdə isə öyrəndik ki, 38 Uşaq Bağçası-Körpələr Evinin direktoru Sədaqət Qəribova bu qətnamə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Sözügedən mübahisədə və məhkəmə çəkişməsində Aynur Mahmudovanı müdafiə edənlərdən biri də, Aytən Hüseynova adlı valideyn olmuşdu.

Sentyabrın 19-da Qafqaz Xəbər Agentliyinə müraciət edən Aytən Hüseynova bildirdi ki, onun övladı bağçada zorakılıq və təzyiqlərlə üzləşir. “Biz valideynlər ümid edirdik ki, Aynur Mahmudova ilə Sədaqət Qəribova arasında barışıq olacaq, Aynur xanım yenidən iş yerinə qayıdacaq. Bakı Şəhər İcra Hakimiyyətindən də bizi arxayın etmişdilər. Lakin belə olmadı. Hətta bizim şikayətlərdən sonra işdən çıxarılmış tibb bacısını yenidən ora qaytardılar və dedilər ki, “balıq başdan iylənər”. Yaxşı, onda bu “balığın başı” ilə məsələni niyə həll etmirlər? Bakı Şəhər İcra Hakimiyyətinin gücü çatmır ki, bağçadakı özbaşınalığa, qanunsuzluğa son qoysun? Sədaqət Qəribova mənimlə düşmən kəsilib, hətta “Açıq qapı” günlərində belə bağçaya girə bilmirəm. Orda nə baş verir, xəbərimiz olmur. Rus dili bilməyən bir tərbiyəçini Aynur xanımın yerinə qoyublar, o da uşaqlara “İdi, papa prişla za toboy” deyir, dərdi-səri uşaqları tez yatırıb, o biri qruplardakı tərbiyəçilərlə danışmaqdır. Özünün məktəbdə oxuyan qızını bağçaya gətirir, o isə qızımı cımcıqlayıb”, – deyə A.Hüseynova bildirdi.

Onun sözlərinə görə, Elnarə müəllimə adlı tərbiyəçi dəmir xətkeşlə uşaqları vurur, cımcıqlayır və üstlərinə qışqırır.

“Ötən həftə, sentyabrın 8-də Elnarə müəllimə qızım Fatiməni dəmir xətkeşlə döyüb. Sentyabrın 9-da getdim onun yanına, dedi elə şey olmayıb. Tələb etdim ki, mənə kamera yazısını göstərsin. Dedi ki, Sədaqət xanım qoymur, ona deyərəm. Sonra bayram günləri oldu. Sentyabrın 14-də getdim, dedilər ki, kamera yazısı beş gündən sonra silinir. Ən ucuz kameranın belə yaddaşı bir ay olur. Necə ola bilər bu? Əgər bu bağçada övladlarımızın təhlükəsizliyi qorunmursa, biz onları Sədaqət Qəribovaya necə etibar edə bilərik? Bakı Şəhər İcra Hakimiyyətində Teymur müəllimə müraciət elədim, sonra çağırdılar məni. Orda tanımadığım bir valideyn də gəlmişdi. Onun uşağı Aynur Mahmudovanın qrupunda olmayıb. Amma nədənsə, həmin valideyn mənə qarşı dərhal söz hücumuna keçdi ki, “Aynur Mahmudova ora qayıtmayacaq”. Mən məəttəl qaldım, axı bura qızımın döyülməsinə görə gəlmişəm… Deməli, bunların dərdi elə mənim Aynur Mahmudovanı müdafiə etməyim imiş. Bakı Şəhər İcra Hakimiyyəti də bir tədbir görmədi. Yasamal RPİ-nin 27-ci polis bölməsinə müraciət etmişəm. Ümid edirəm, onlar bu məsələni obyektiv araşdıracaqlar. Kamera yazısını məndən gizlədirlər, əminəm ki, kamera yazısı üzə çıxsa, çox əməllərin üstü açılacaq.

Sədaqət Qəribova bağçanı şəxsi mülkü kimi idarə edir, tibbi arayış olmadan uşaq götürür. Biri nəsə deyəndə də Sədaqət Qəribova cavab verir ki, “xoşuna gəlmirsə, uşağı burdan çıxar”.

Mən övladımı dövlətin bağçasına qoymuşam. Kim işini görə bilmirsə, o çıxıb getsin”, – deyə valideyn əlavə etdi. Digər valideynlər Günel Abbasova və Yaqut Abdullayeva da 38 saylı Uşaq Bağçasında uşaqların dəmir xətkeşlə döyülməsi, eləcə də tərbiyəçinin rus bölməsinə uyğunsuzluğa ilə bağlı şikayətlərini Qafqaznews.az-a bildirdilər. Biz adıkeçən tərbiyəçi Elnarə müəllimə (soyadını öyrənə bilmədik – red.) ilə də əlaqə saxladıq.

“Dəmir xətkeşlə uşaqları vurmaq düzgün deyil və mən də bunu etməmişəm. Mən bağçaya uşaq gətirmirəm. Sizin redaksiyaya gəlib, sizinlə görüşəcəyəm”, – deyə tərbiyəçi bildirdi.

“Valideynlər sizin rus dilini yaxşı bilmədiyinizi də deyirlər”, – deyə qeyd etdi. “Dedim axı, sizin redaksiyaya gəlib, sizinlə danışacağam”, – deyən tərbiyəçi dəstəyi asdı. Biz bağça direktoru Sədaqət Qəribovaya da zəng etdik. Özümüzü təqdim etdikdə əlaqə itdi və sonra S.Qəribovaya zəng çatmadı. Yazı sayta gedərkən, S.Qəribova özü bizə zəng edərək, az əvvəl telefonunun enerjisinin bitdiyini bildirdi.

“O qadın məni şərləyir. Aynur Mahmudovadan Apellyasiya şikayəti vermişik deyə, bizə qarşı təxribat aparmağa çalışır. Kamera yazısının yaddaşı beş gündür… Elnarə müəllimə rus dilini də bilir, uşaqlarla da yaxşı davranır. Onun qızını qucaqda gəzdirir ki, anası bir bəhanə eləməsin. Öz qızını bağçaya gətirməsi də yalandır. Mən özüm nəzarət edirəm, heç kim bağçaya uşaq gətirmir. Valideynlərə də bağçaya girmək qadağandır. Haqqımda əsassız iddialar yaymaqdansa, sübut eləsinlər. Araşdırma olub, amma onların dedikləri sübuta yetirilməyib”, – Qafqaznews.az əməkdaşının suallarını cavablayan S.Qəribova vurğuladı.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

“Bağçada tərbiyəçi qızımı döyüb, amma kamera yazısını gizlədirlər”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Dünən, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Dünən, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Dünən, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Dünən, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Dünən, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Dünən, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Dünən, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Dünən, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Dünən, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Dünən, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Dünən, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Dünən, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Dünən, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Dünən, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Dünən, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Dünən, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru