Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Eldar Mahmudovla Akif Çovdarovun tikinti dələduzu: - İlham Qasımov
Tarix: 28-09-2016, 08:16 | Çap et
Eldar Mahmudovla Akif Çovdarovun tikinti dələduzu:
Bir müddət əvvəl tanınmış iş adamı adı altında dələduzluqlar edən, Eldar Mahmudov və Akif Çovdarovun tikinti “ kralı” kimi ad qazanan, mərhum Rasim Musayevin krışalığı ilə insanlara maddi və mənəvi ziyanlar verən İlham Qasımov nəhayət ki, öz layiqli cəzasını alaraq həbs olundu.
El arasında Mahmudov və Çovdarovun tikinti dələduzu kimi tanınan İlham Qasımovu hamı yaxşı tanıyır. Bir çoxlarına onun adı dələduz iş adamı kimi bəllidir, kimisi qumar oyunlarından onunla tanışdır, kimisi onu Abdinova Asiman İlham qızının atası, bəziləri isə Qasımova Arifə Məhəmməd qızının və Qasımova Kəmalə Kamil qızının həyat yoldaşı kimi tanıyır. Söhbət minlərlə insanı evsiz-eşiksiz qoyan , “ iş adamı” adı altında pərdələnərək qanunsuzluqlar edən, hal hazırda isə layiqli cəzasını alaraq dəmir barmaqlıqlar arasında yatan İlham Qasımovdan gedir. Bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərovun “intiharı” ilə bağlı gündəmə gəlmişdi İlham Qasımov. Məzahir Cəfərov “Galaxy Palace” tikinti şirkətində çalışmışdı. Şirkətin rəhbəri isə İlham Qasımov idi. Mənim “intihar” sözünü dırnaqda yazmağım təsadüfi deyil. Heç kimə sirr deyil ki, Məzahirin “intiharı”na ya kimsə səy göstərmiş, ya da kimsə onu affekt vəziyyətinə salmışdı ki, o, bu addımı atsın. İntihar hadisəsindən əvvəl isə İlham Qasımov İbrahimovlarla məhkəmə çəkişmələrində olmuş, Sahib İbrahimovun 4 binasını ələ keçirmişdi.
Ən əsası isə budur ki, bu gün minlərlə insan İlham Qasımovun dələduzluğunun qurbanına çevrilib, həm evsiz – eşiksiz qalıb, həm pulunu itirib. İndi bu insanların bir çoxu artıq təqaüdçüdür, bəziləri isə dünyasını belə dəyişib. Amma əfsuslar olsun ki, İlham Qasımov və onun əlaltıları öz bəd əməllərindən əl çəkməyiblər. Mənbələrin verdiyi məlumata görə İlham Qasımov tərəfindən aldanılan, daha doğrusu, onun qurbanına çevrilənlər arasında Yasamal rayonunun sabiq DPS rəisi polkovnik Elxan Şixəliyev, polkovnik Rövşən Məhərrəmov, Daxili İşlər Nazirliyinin bəzi əməkdaşları, Nəsimi rayon məhkəməsinin hakimi, Fövqəladə Hallar Nazirliyinin üç əməkdaşı, prokurorluq orqanının üç əməkdaşı, xarici ölkələrin iş adamları, bir neçə türkiyəli investor, rusiyalı tanınmış iş adamları da var.
Yüzlərlə insanın mənzillərini təkrar satışa çıxaran İlham Qasımov aldadılmış ev sahiblərinə maddi və mənəvi dələduzluq etməkdən belə çəkinməmişdir. Əldə etdiyimiz məlumata görə, İlham Qasımov Hüseynova Kəmalə Həsən qızından 53.566 manat, Muradov Sahib Ağamusa oğlundan 76.800 manat pul alıb, ev almaq üçün alğs-satqı müqaviləsinə imza atmış, lakun sadə vətəndaşlara nə ev vermiş, nə də onların pullarını qaytarmışdır. İlham Qasımov Muradov Sahibə 14 aprel 2011-ci ildə müqavilə ilə satdığı evi,27 aprel 2012-ci ildə 117.900 manata Məmmədov Kamal Yüzbaşı oğluna satmış, ona da mənzilin tam ödənilməsi ilə bağlı maliyyə arayışı təqdim etmişdir. Həmin qanunsuz sənədlər kooperativin sədri vəzifəsini icra edən Davıdova Günay Salman qızına imzalatmışdır. Beləcə İlham Qasımov öz qulluq mövqeyindən istifadə edərək minlərlə insana qarşı təkrarən dələduzluq etmişdir. Hal hazırda İlham Qasımovun əməllərindən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, müxtəlif məhkəmələrə şikayətlər bitib – tükənmir.

Bu gün MTK “Real”ın təsisçisi və sədri İlham Qasımovun bacısı oğlu Cahangirli Sahil Nizami oğludur. Sahil Cahangirlinin səs yazısına əsasən məlum olur ki, o, dayısı İlham Qasımovun tapşırığı ilə sənədləri saxtalaşdırmış, dələduzluq yolu ilə əldə etdiyi pulları bankdan çıxararaq dayısı və MTK “Real”ın rəsmi rəhbəri İlham Qasımova təqdim edirmiş. O da bəllidir ki, vaxtilə “Sahil – D” şirkətinin sədri olmuş və müəmmalı şəkildə “intihar” etmiş Məzahir Cəfərov da bu üsulla pulları İlham Qasımova verirmiş. Maraqlıdır, görəsən Sahilin də sonu Məzahir kimi olmayacaq ki ?! Sahil Cahangirli dayısını qurban verəcək, ya qurban ediləcək?
Aldığımız məlumata görə MTK “ Real”da İlham Qasımovun ailə üzvlərinin də payı var. Belə ki, İlham Qasımovun qızı Abdiyeva Asiman 25 faiz səhmin, həyat yoldaşı Arifə Məhəmməd qızı Qasımova isə 19 faiz payın sahibidir. Həyat yoldaşının, qızının adı altında fəaliyyət göstərən MTK-da dələduzluq etmək isə ən azı... Deyilənə görə, İlham Qasımovun öz doğma oğlu Lətif Qasımov atasının dələduzluq əməllərinə görə utandığını bildirib. O, bacısı Abdiyeva Asimanın, anası Qasımova Arifəni də bu çirkaba bulaşmasını atasına bağışlaya bilmir.
***
...İlham Qasımovun aldadıb toruna saldığı insanlar arasında hüquq mühafizə orqanlarının əməkdaşları da var. Belə ki, aldadılmış hüquq mühafizə orqanı işçiləri illərlə İlham Qasımovdan nə verdikləri pulu geri ala bilmişdilər, nə də ev almağa müvəffəq olmuşlar. Buna səbəb isə İlham Qasımovun ən çox güvəndiyi adam - o vaxtlar xüsusi şöbənin rəisi vəzifəsində çalışmış mərhum Rasim Musayev olmuşdur. Rasim Musayevi hamı İlham Qasımovun “krışası” kimi tanıyırdı. İlham Qasımovun Kürdəxanı həbsxanasında qumar məclisləri açmasının, ayı on min dollar olan kamerada saxlanılmasının , narkotik maddələrdən istifadə etməsinin də öz özəl və maraqlı bir tarixçəsi var. Aldığımız məlumata görə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisi Ceyhun Həsənov da vaxtilə İlham Qasımovun dələduzluğuna qurban gedibmiş. Belə ki, altı otaqlı evə sahib olmaq arzusunda olan Ceyhun Həsənov İlham Qasımova 500.000 manat pul vermişdi. Kürdəxana həbsxanasında məskunlaşana qədər isə İlham Qasımov ona nə ev vermiş, nə də pulunu qaytarmışdı.
Bir məqamı qeyd edək ki, aldadılmış və evsiz-eşiksiz qalmış insanlar çarəsiz qalaraq xeyriyyəçi iş adamı Gülağa Qəmbərovdan kömək istəyiblər. O isə əlacsız qalan insanlara kömək məqsədi ilə bu işi araşdırmağı vəkilinə həvalə edib. Elə o vaxtdan İlham Qasımov iş adamının vəkilini təhdid və hədəyə başlayıb. Bu gün İlham Qasımov Kürdəxanı həbsxanasında oturub və bir çox məmurlara, hüquq mühafizə orqanı işçilərinə, tanınmış iş adamlarına hədə və şantaj mesajları göndərir. O, hamının adını Eldar Mahmudovla hallandıraraq, özünün sabiq MTN naziri ilə əlaqələrini ört-basdır etmək istəyir. Lakin unudur ki, Sahil-D Kompani MMC ərazisində yerləşən binanın birinci mərtəbəsində Eldar Mahmudovun oğlu Anar Mahmudovun adına hədiyyə etdiyi obyektdən hamı xəbərdardır. Təqaüdçü pulunu belə utanmadan mənimsəyən İlham Qasımovun vəkilləri isə mətbuat vasitəsilə onu az qala yazıq bir insan kimi qələmə verməyə çalışırlar.
Araşdırmalarına görə İlham Qasımov tez – tez Tiflisə və Minskə kazinolara üz tuturmuş. Pullarının çoxunu kazinolarda itirən İlham Qasımov bıçaq sümüyə dayananda tanınmış, məşhur və vəzifədə olan insanların adından istifadə edərək öz çirkin əməllərini gizlətməyə çalışırmış. Bu gün həbsdə olan İlham Qasımov dövlət məmurlarının, hüquq mühafizə orqanı işçilərinin, iş adamlarının adından öz çirkin niyyətlərini pərdələmək üçün istifadə edir.
Ən son olaraq, 2 sentyabr 2016-cı il tarixində əldə etdiyimiz məlumatlara görə respublikanın müxtəlif rayonlarında İlham Qasımova qarşı yazılan ittiham ərizələrinin sayı otuza yaxınlaşır. Ən çox şikayət ərizələri isə Binəqədi, Nərimanov, Nəsimi və Beyləqan rayonlarında cəmlənib.
Səkkiz epizoddan, on üç cilddən ibarət olan bu cinayət işi artıq Ağır Cinayətlər üzrə Respublika məhkəməsinə göndərilib.
Bundan başqa İlham Qasımovun həbsxanada da özünə gözəl şərait qurması, qumar məclisləri təşkil etməsi, iş görüşmələri aparması ilə bağlı maraqlı məlumatlar var. Ərəblərdə belə bir zərb – məsəl var: “ Qumarbaz olsan, qatil də ola bilərsən.” Türk atalar sözlərinə görə isə, “qumar oynayıb kişilikdən dəm vuranın qeyrəti qumar stolunun üstündə qalar”. Bunu bizlər yox, ərəblərlə türklərin ata-babaları deyir. Bizim bildiyimiz isə budur ki, dələduzluq yolu ilə minlərlə ailəni çarəsiz, göz yaşı içində qoyan İlham Qasımov belə bir xəbər yayıb ki, o özü həbsdən çıxmaq istəmir. İstəsə bu onun üçün uşaq oyunu kimi bir şeydir. Bu sözləri eşitdikdə bizdə belə bir təəssürat yaranır ki, İlham Qasımov və onun əlaltıları ədliyyə sisteminin ədalətinə şübhə ilə yanaşır, idarəetməyə isə əyri düşüncələri var.
Bu gün İlham Qasımov həbsdədir. Lakin onun ailə üzvlərindən ibarət olan əlaltıları- yəni həyat yoldaşları Arifə Qasımova və Kəmalə Qasımova, qızı Asiman Abdiyeva minlərlə insanın göz yaşı üzərində qurulmuş firavan həyatlarını yaşayırlar. Onlar elə zənn edirlər ki, qanunun gözü kordur və onları görmür. Amma qanunun gözü çox yaxşı görür. Bu səbəbdən də məhkəmənin qərarı ilə İlham Qasımovun qızı Asiman Abdiyevanın adına olan Şüvalandakı bağ evinə, 10 GB 010 dövlət nömrə nişanlı “ İnfiniti QX56” markalı , 90 SP 094 nişanlı “ Hyundai Sonata” markalı , 90 FS 895 dövlət nömrə nişanlı “ Mercury Cougur” markalı, 90 FS 879 dövlət nişanlı “ Opel Speedster” markalı avtomobillərinə, həmçinin həyat yoldaşı Qasımova( Abbasova) Kəmalə Kamil qızının adına Şüvalandakı bağ evi, Nəsimi rayonunda olan iki yaşayış binasındakı evlər, bir neçə xarici markalı maşınlara həbs qoyulmuşdur.
Təcrübə göstərir ki, İlham Qasımov səkkiz epizodda cəzalanaraq ən azı 15-20 il iş alacaqdır. Məhkəməyə təqdim ediləcək 30 cinayət işinin hər birinə görə cəmi-cümlətani bir il iş alsa onda deməli orta hesabla 45-50 il ərzində Kürdəxanı həbsxanasında qumarbazlıq peşəsinin incəliklərini öyrənməklə məşğul ola biləcək.
Lakin atalar yaxşı deyib: “ Qisas qiyamətə qalmaz”. Mərhum Məzahirin qisasını İlham Qasımovdan alan ləyaqətli, vicdanlı bir Azəri övladı İlham bəyə ip uzadıb deyəcək: “ İlyuşa, özünü as!”. Həm Məzahirin, həm də öz ailən qarşısında özünü alçaltma! Kişi kimi yaşamayıbsan, heç olmasa bu fani dünyanı kişi kimi tərk et.
("VIŞKA " qəzeti , 23 sentyabr 2016-cı il)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru