Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər .....                     Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? .....                     “Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” .....                     "Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" .....                     Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA .....                     Ulvira Qarayevaya vəzifə verildi .....                     Öldüyü deyilən müğənni SAĞ İMİŞ .....                     Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir .....                     Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması .....                     71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… .....                     Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü .....                     Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi .....                     Ermənistana yeni konstitusiya lazımdır .....                     Ermənistan qətiyyətli qərar verib: .....                     Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb .....                     Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq .....                     Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib .....                     Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! .....                     Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                 

Ramin Quluzadə bu qədər pulu hara yox edir?.. - İLGİNC
Tarix: 17-08-2019, 09:30 | Çap et
Ramin Quluzadə bu qədər pulu hara yox edir?..
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (mediada həm də supernazirlik kimi taqnınır - T) son illərdə özəl şirkətlərə qarşı yürütdüyü açıq inhisarçı davranışları ciddi etirazlara səbəb olmaqdadır. Belə ki, ölkə rəhbərliyinin sahibkarlığın dəstəklənməsi, özəl biznesin iqtisadiyyatın bütün sahələrində iştirakının genişləndirilməsini əsas prioritetlərdən biri elan etməsi, xüsusilə qeyri-neft sektorunda özəl sektorun dəstəklənməsi istiqamətində atılan addımlar sanki bu nazirliyə aid deyil.

Özəl sektor niyə sıxışdırılır?

NRYTN faktiki olaraq, İnternet və rabitə təminatı sahəsində bu siyasətin ziddinə olan fəaliyyəti ilə diqqəti cəlb edir: ötən ildən başlayaraq, yeni miniATS-lər quraşdırmaqla, bir çox ərazilərdə özəl provayderlərin əhaliyə internet təchizatı həyata keçirməsinin qarşısını alır. Belə ki, bu ATS-lərdə özəl provayderlərin öz avadanlıqlarını yerləşdirməsi üçün yer yoxdur. Bu isə ona gətirib çıxarır ki, belə ATS-lərin quraşdırıldığı ərazilərdə özəl provayderlərin müştəriləri məcburən NRYTN-ə məxsus “Aztelekom” və ya “Baktelekom”un xidmətindən istifadəyə keçirilirlər. Bu isə özəl provayderlərin fəaliyyətinin məhdudlaşmasına, gəlirlərinin kəskin azalmasına səbəb olur.

Özəl provayderlərin NRYTN-lə bağlı digər problemi yüksəkzolaqlı İnternet xidməti göstərməyə imkan verən kabel xətlərinin çəkilməsi üçün lazımi infrastrukturdan istifadəyə imkan verilməməsidir. Bununla bağlı “Yeni Müsavat”a danışan özəl provayder rəhbərləri ölkədə mövcud olan kabel-kanal quyularının hamısının dövləti təmsil edən NRYTN-in nəzarətində olduğunu deyirlər: “Bir neçə il əvvələ qədər özəl provayderlərin həmin ”kanalizasiya"lardan istifadəsində hər hansı problem yox idi. Lakin son illərdə həmin quyularla genişzolaqlı İnternet xəttinin çəkilməsi üçün nazirliyə etdiyimiz bütün müraciətlərə yox cavabı alırıq. Əsas da bu olur ki, guya quyularda əlavə xətlərin çəkilməsinə yer yoxdur. Bu, absurddur, çünki son illərə qədər kifayət həcmdə yeri olan quyuların tam dolması üçün gərək minlərlə kabel çəkiləydi. Nazirlik bunu qəsdən edir. Onlar deyirlər ki, xətti biz çəkək, siz bizə istifadə haqqı ödəyin. Hansı ki, bu haqqı ödəməklə təklif etdiyimiz xidmət haqqı elə yüksək olacaq ki, bizdən heç kim İnternet almayacaq. Nazirlik deyir ki, özəl provayderlər istəyirlərsə, özləri gedib yeni quyular çəksinlər. Onlar yaxşı bilirlər ki, bu, mümkünsüz bir məsələdir. Özəl provayderlərin heç birinin, hətta hamısının birlikdə elə bahalı infrastruktur qurmağa imkanı çatmaz".

Dövlət xidməti özəl sektorun haqlı tələbini müsbət cavablandırdı

Onu da qeyd edək ki, özəl provayderlərin bu məsələ ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciəti müsbət nəticə əldə olunması ilə sonuclanıb. “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün verdiyi məlumata görə, NRYTN-in kabel-kanal sistemi üzərində inhisarçılığının qarşısının alınması istiqamətində mühüm addım atılıb. Belə ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu məsələ ilə bağlıNRYTN üçün icrası məcburi olan qərar qəbul edib: “Səlahiyyətli dövlət qurumları nəhayət ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inhisarçılığının qarşısnı almaq məqsədilə konkret addımlar atmağa başlayıb.

Bu günlərdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti özəl provayderlərin, o cümlədən AzərConnect, AzerTelecom və digərlərinin “Baktelekom”a (Bakı Telefon Rabitəsi MMC) qarşı iddiasını araşdırıb.

Adı çəkilən qurumlar “Baktelekom” tərəfindən antiinhisar qanunvericiliyin tələblərinin pozulmasından, haqsız rəqabətə yol verilməsindən, kabel-kanal sistemindən istifadəyə məqsədyönlü olaraq şərait yaradılmamasından Antiinhisar Dövlət Xidmətinə müraciət ediblər.

Gizli deyil ki, uzun müddətdir NRYTRN heç bir özəl provayderi və operatoru dövlətə məxsus olan kabel-kanal sistemindən istifadəyə yaxın buraxmır. Nazirlik kabel-kanal sistemində sıxlıq olduğunu və bu səbədən xətlərin yalnız icarəyə verilə biləcəyini bildirirdi. Provayderlər isə bunun səmərəli olmadığnı (icarə haqlarının hədsiz yüksəkliyi, təhlükəsizlik baxımından məqəsədəuyğun olmaması) əsas gətirərək özəl xətlərin çəkilməsində israr edirdilər".

Mütəxəssisin sözlərinə görə, dövlətə məxsus olan bu resursdan istifadə ilə bağlı Qaydalar indiyədək hazırlanmayıb: “Nazirlik 3 il olardı ki özəl provayderlərdən daxil olan bütün müraciətlərə, texniki imkanın olmaması, kabel-kanal sistemində sıxlığın olmasını əsas gətirərək rədd cavabı verirdi.

Özəl provayderlər isə bunun qəsdən edildiyini, kabel-kanal sistemində imkanların mövcud olduğunu, rədd cavabının haqsız rəqabət məqsədilə, dövlət operatorları olan “Baktelekom”un və “Aztelekom”un bazarda üstünlük qazanmaq üçün edildiyini bildirirdilər. Onlar kabel-kanal sisteminə birgə baxış keçirilməsini, hətta imkanların olmadığı sahələrdə birgə investisiya yatırımı təklif edirdilər.

Kabel-kanal sistemi NRYTN tabeliyində olan “Baktelekom” və “Aztelekom” operatorlarına məxsusdur".

Beləliklə, cari ayın əvvəli Antiinhisar Dövlət Xidməti daxil olan müraciətləri araşdırararq , “Haqsız rəqabət haqqında” qanunun, “Telekommunikasiya haqqında” qanunun, antiinhisar qanunvericiliyin tələblərini əsas tutaraq NRYTN üçün icrası məcburi olan qərar qəbul edib. Qərarda Bakı şəhəri üzrə bəlli ərazilərdə kabel-kanal sisteminə ekspertiza-baxış keçirilməsi, şəraitin olduğu yerlərdə sistemdən istifadə üçün dərhal imkanların yaradılması, şəraitin olmadığı iddia olunan ərazilərdə isə bunun səbəbləri haqqında, kabel-kanal sisteminin gücü və mövcud durumu haqında Antiinhisar qurumuna əsaslandırılmış məlumat verilməsi tələb olunur: “Beləliklə, Antiinhisar Dövlət Xidməti 3 il ərzində özəllər üçün bağlı olan rabitə quyularının qapağının açılması haqqında qərar verib. Ümid edirəm, NRYTN tezliklə bunu icra edəcək, dövlət və özəl provayderlərin bu kabel-kanal sistemindən bərabər əsaslarla istifadəsi üçün qaydalar müəyyən edəcək və haqsız rəqabətə yol verməyəcək”.

Xatırladaq ki, bir müddət öncə Antiinhisar qurumu “Bakcell” şirkətinin də müraciəti əsasında NRYTN-nin antiinhisar qanunvericiliyin tələblərini pozmasını araşdırmış və “Bakcell”ə nömrə resursları (099 kodu) ayrılmasına dair NRYTN üçün icrası məcburi olan qərar qəbul edib.

“Aztelekom” və “Baktelekom”un gəlirləri azalır

Məlumdur ki, rabitə bütün dünyada ən gəlirli sahələrdən biridir. Azərbaycanda mobil rabitənin bir hissəsi istisna olmaqla, bütün ölkəni stasionar rabitə, İnternetlə təmin edən NRYTN isə gəlirsizlikdən qurtula bilməyib. Belə ki, qurumun açıqladığı maliyyə hesabatına görə, 2018-ci ildə bu nazirlik 216,162 milyon manat gəlir əldə edib. Bu gəlirin 177,292 milyon manatı birja əməliyyatlarından, 38,87 milyon manatı isə qeyri-birja əməliyyatları hesabına qazanılıb. Nazirliyin ötən ilki xərcləri gəlirlərini üstələməklə 216,302 milyon manat təşkil edib. Bu vəsaitlərin çox böyük hissəsi maliyyə yardımları və sair transfertlər üzrə xərclərin payına düşür - 212,658 milyon manat. Hesabatda bu xərclərin dəqiq istiqamətləri əksini tapmayıb. Ötən il NRYTN-in əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 2,725 milyon manat, sair əməliyyat xərcləri 649 min manat, amortizasiya xərcləri 161 min manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri isə 109 min manat təşkil edib. Beləliklə də qurumun xərcləri gəlirlərini 140 min manat üstələyib.

İnternet xidmətlərinin təqdimi kimi gəlirli bir sahədə inhisarçı mövqeyə malik NRYTN strukturları isə gəlirlərini artırmaq əvəzinə azaldırlar. Götürək “Bakı Telefon Rabitəsi” MMC-ni. Bu müəssisə Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir. Bu qədər geniş çeşidli xidmətlərin müqabilində əldə olunan mənfəət çox cüzi bir rəqəmi əhatə edir. Maliyyə hesabatından aydın olur ki, MMC 2018-ci ili cəmi 6 milyon 217 min manat xalis mənfəətlə başa vurub. Ötən il MMC-nin cəmi gəlirləri 63 milyon 291 min manat, cəmi xərcləri isə 57 milyon 74 min manat təşkil edib. Halbuki “Bakı Telefon Rabitəsi”nin gəlirləri 2016-cı ildə 68 milyon 816 min manat, 2017-ci ildə isə 67 milyon 945 min manat təşkil etmişdi. Bu isə o deməkdir ki, MMC-nin gəlirləri sürətlə azalır. Buna görədir ki, 2016-cı ili 9 milyon 731 min manat, 2017-ci ili isə 10 milyon 244 min manat xalis mənfəətlə başa vuran “Baktelekom” ötən il 6 milyon 217 min manatla kifayətlənib.

NRYTN-in digər inhisarçı qurumu olan “Aztelekom” MMC isə hazırda öz tabeliyində 57 yerli telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir. Belə geniş əhatəli xidmət şəbəkəsinə malik MMC 2018-ci ili 18 milyon 812 min manat mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, MMC 2017-ci ili 5 milyon 647 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, illik müqayisədə “Aztelekom”un xalis mənfəəti 3,3 dəfə artıb. Lakin müqayisəli təhlil göstərir ki, mənfəətin artması ümumi gəlirlərin artması hesabına deyil, xərclərin azalması hesabına baş verib. Yəni MMC-nin illik gəlirlərində ciddi azalma var. Belə ki, 2017-ci ildə “Aztelekom”un cəmi gəlirləri 89 milyon 438 min manat, cəmi xərcləri isə 83 milyon 791 min manat təşkil etmişdi.

Ötən il MMC-nin cəmi gəlirləri 7 milyon manatdan çox azalaraq 81 milyon 953 min manat, cəmi xərcləri isə 20 milyon manatdan çox azalmaqla 63 milyon 141 min manat təşkil edib.

Göründüyü kimi, NRYTN-in inhisarçı mövqedə olan hər iki qurumunda gəlirlərin azalması müşahidə olunmaqdadır. Bu isə qeyri-effektiv idarəetmənin göstəricisi kimi qiymətləndirilməlidir.

Onu da bildirək ki, 2016-cı ildə təsdiqlənmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya

texnologiyalarının inkişafına dair" Strateji Yol Xəritəsinə əsasən gələn il NRYTN ləğv edilərək yenidən formalaşmalı və müstəqil tənzimləyici qurum - Milli Telekommunikasiya Şurası yaradılmalıdır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər - AKTUAL
Bu gün, 06:01
Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? - “Kreml günahkar axtaracaq, kimsə cəzalandırılacaq”
Bu gün, 00:45
Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? - Erməni erməniyə qarşı
Bu gün, 00:41
“Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” - Afətdən ODLU-ALOVLU AÇIQLAMALAR
Bu gün, 00:38
"Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" - deputat
Bu gün, 00:33
Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA - Zatulin deyir ki...
Bu gün, 00:27
Ulvira Qarayevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 00:22
Öldüyü deyilən müğənni SAĞ İMİŞ - AÇIQLAMA
Dünən, 23:38
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
Dünən, 23:33
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
Dünən, 23:31
71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… – Bakıdan kritik qərar
Dünən, 18:33
Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü - FOTO
Dünən, 18:25
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
Dünən, 18:22
Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
Dünən, 17:00
Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Dünən, 16:54
Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
Dünən, 16:51
Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
Dünən, 16:45
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Dünən, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Dünən, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Dünən, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Dünən, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Dünən, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Dünən, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Dünən, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Dünən, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Dünən, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Dünən, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Dünən, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Dünən, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Dünən, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Dünən, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Dünən, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Dünən, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Dünən, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Dünən, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Dünən, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Dünən, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Dünən, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Dünən, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Dünən, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Dünən, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Dünən, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Dünən, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Dünən, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Dünən, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Dünən, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Dünən, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Dünən, 08:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru