Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Rüfət Aslanlının "koronavirus"una yoluxmuş bank sisteminə "peyvənd" tapılacaqmı..? - İTTİHAM
Tarix: 10-03-2020, 08:45 | Çap et
Rüfət Aslanlının "koronavirus"una yoluxmuş bank sisteminə "peyvənd" tapılacaqmı..?
Dünyanın 100-dən çox ölkəsinin mənşəyi və yayılma arealı barədə çoxsaylı suallar yaradan müəmma - koronavirusla savaşdığı bir vaxtda bəşəriyyətin başının üzərini daha qlobal və dağıdıcı təsirə malik böhran almaqdadır. "OPEK üstəgəl" formatında baş tutan sonuncu sammitdə Rusiyanın yersiz dikbaşlığından sonra ipi Vaşinqtonun əlində olan Səudiyyə Ərəbistanının Moskvanın acığına gündəlik neft hasilatının 12 milyon barel artıracağı ilə hədələməsindən bir neçə saat sonra birjalarda neftin qiyməti 1991-ci ildə Sovetlər birliyi çökəndən bu yana ilk dəfə misligörünməmiş düşüş yaşadı və bütün bədbin proqnozları belə alt-üst edərək bareli 31 dollara çatdı. Azərbaycan kimi iqtisadiyyatı hələ də əsasən neftdən asılı ölkələr üçün bu xəbər gerçəkdən şok effekti yaradıb və bu azmış kimi qiymətlərin daha da ucuzlaşaraq 20 dollar həddində tərəddüd edəcəyi barədə proqnozlar təkcə hökumətləri deyil, sadə vətəndaşları da xəyal qırıqlığına uğratmağa başlayıb.

Əlbəttə, heç də hər şeyin sonu deyil və xoşbəxtlikdən Azərbaycanın 50 milyard dollardan artıq təhlükəsizlik yastığı var və hökumət diribaş tərpənərək böhranın dağıdıcı təsirlərini minimuma endirəcək önləyici tədbirlərə əl atsa ən azından yaxın aylar və hətta qarşıdakı 1-2 il ərzində iqtisadiyyatımızda ürküdücü qısaqapanma yaşanmaya bilər. Amma bir məsələ yəqinləşib ki, vəziyyət heç də ürəkaçan olmayacaq və xüsusən də bu böhranın ən ağır zərbəsi son dərəcə kövrək olan bank sisteminə dəyəcək. O bank sisteminə ki, hələ 4-5 il əvvəldən koronavirusdan betər mərəzə yoluxdurulub və bu günədək ölkənin bank-maliyyə sisteminin başbilənləri bu bəlanın "peyvənd"ini tapmaqda aciz qalıb.

Məsələ burasındadır ki, macərapərsət Rüfət Aslanlı kimi bir təsadüfi adamın 10 mart 2016-cı il tarixli Sərəncamla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilməsindən sonra qlobal maliyyə böhranının sarsıdıcı zərbəsi ilə üzləşmiş bank sistemini bürümüş mənşəyi naməlum epidemiya-virus son bir neçə ildə Azərbaycanın bankçılığının onurğa sütununu qırdı. Nəticədə bir neçə bank bağlandı, əmanətçilər və banklar misligörünməmiş zərərə düşdü, nüfuzlu bankirlər müflisləşdirildi, hətta bir çoxları şərlənərək sıradan çıxarıldı. Elə bir acınacaqlı mənzərə hakim olmağa başladı ki, sanki Rüfət Aslanlı bu sistemi canlandırmaq deyil, məhv etmək üçün göndərilib.

Artıq 2 ilə yaxındır ki, bank sistemi üzərində Rüfət Aslanlı adlı qara bulud yoxdur, amma onun bitib tükənməyən ehtirası və hikkəsinin öldürücü təsiri hələ də hiss olunmaqdadır. Onun bank sisteminin üzərinə qara bulud kimi çökməsi səbəbindən vəziyyət daha da ağırlaşanda ölkə başçısı məcbur qalıb onu işdən qovsa da bu günədək MBNP birinci və sonuncu rəhbərinin "aslan" gedişi hələ də bank sisteminin başı üzərində Domokl qılıncı kimi öz etkisini - təsirini saxlamaqdadır.

Təəssüflə qeyd edilməlidir ki, Rüfət Aslanlı təkcə bank sistemini məhvərindən oynatmadı, həm də ölkənin bank və maliyyə sisteminin ən nüfuzlu rəhbərlərinə qarşı şantajçı-böhtançı addımlar atmaqdan da çəkinmədi. Amma sonda haqq-ədalət məkrə və yalana qalib gəldi, ölkə başçısı bütövlükdə Rüfət Aslanlının adını ləkələdiyi MBNP adlı mənhus qurumu yerli dibli ləığv edərək onun bir çox səlahiyyətlərini Mərkəzi Banka verdi. Bununla dövlət başçısı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova etibar etdiyini, Rüfət Aslanlının nə yuvanın quşu olduğunu təfərrüatı ilə bildiyini isbatlamış oldu.

Bu gün ölkənin bank-maliyyə sistemi növbəti dəfə ağır imtahan qarşısındadır. İndi hamını bir sual düşündürür, 3 cü devalvasiya olacaqmı, yoxsa növbəti qlobal maliyyə böhranı bir vaxtlar Hesablama Palatasının sədri ikən Milli Məclisdə Heydər Əsədovun dediyi kimi, bu böhran da sadəcə Azərbaycan iqtisadiyyatına sürtünüb keçəcək? Hər halda bu ritorik suala birmənalı cavab tapmaq mümkün deyil. Amma ölkənin bank-maliyyə sisteminin başında dayanan Elman Rüstəmov-Samir Şərifov tandeminin peşəkarlığına, antiböhran kansepsiyası ilə silahlanaraq maksimal rezistentlik immuntetinə sahiblənmələrinə arxalanaraq ümid etmək olar ki, Azərbaycan iqtisadiyyatı bu zərbəni də ağır bədəllər ödəmədən dəf edə biləcək. Əgər ölkənin bank-maliyyə sisteminə cavabdeh olan şəxslər bu sınaqdan da üzüağ çıxmağı bacarsa, o zaman əminliklə iddia etmək olar ki, tezliklə Rüfət Aslanlının vurduğu yaraları sağaltmaq və ölkə iqtisadiyyatını qeyri-neft sektoruna kökləmək mümkün olacaq. Bizlərə sadəcə gözləmək və atılacaq antiböhran addımlarını izləmək qalır.

Yeri gəlmişkən, hökumətə bəzi antiböhran tədbirlərini də biz göstərək. Qeyri-rəsmi məlumatlara görə, Rüfət Aslanlı MBNP rəhbəri olduğu dönəmdə torbasını tikdiyi və gedər-gəlməzə göndərdiyi bankların aktivlərinin özününkiləşdirməsi və digər çirkli bank əməliyyatları hesabına astronomik məbləğlərlə ifadə olunan kapitala sahiblənib. Onun maşın kolleksiyaları və dəbdəbəli daşınmaz əmlakları (oxuculara təqdim olunan aşağıdakı videoda onun təkcə İstanbulda dəyəri 30 milyon dollar olan dəbdəbəli mülklərindən biri göstərilir) barədə mediada zaman-zaman yazılıb və heç şübhəsiz vergi orqanlarımız da, digər hüquq mühafizə orqanları da onun hansı varidata sahib olduğunu aşağı-yuxarı bilməmiş deyillər. Ona görə də ilkin olaraq Rüfət Aslanlının sərvətini günah keçşisi kimi qlobal maliyyə böhranının qarşısına çıxarmaqla iqtisadiyyatımızı təlatümlərdən qorumağı sınaqdan keçirmək heç də pis olmazdı...
//moderator.az//











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Bu gün, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru