BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA .....                     "Ocağım söndü" .....                     Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: .....                     Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı .....                     Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi .....                     Xankəndidən sonra vəziyyət DƏYİŞDİ .....                     İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib .....                     Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib .....                     Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana .....                     Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... .....                     Putin Bakıya onları göndərdi: yeni təklif var .....                     Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb .....                     Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu .....                     “Onlarla eyni verilişdə olmayacağam” .....                     “Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən .....                     Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib .....                     "Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." .....                     Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub .....                     "MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdirmi? .....                     Bakıda kuryerlər "Wolt"u boykot edir .....                     Paylaşıb biabır edəcəyəm .....                     Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı .....                     MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı .....                     Dilarə Kazımova Azərbaycan milli alətləri ilə klip çəkdirdi .....                     “Kubinka”da TƏHLÜKƏ .....                     Tələbələr etiraza qalxdı… .....                     Saakaşvili əfv edilməyəcək .....                     AZAL yeni onlayn xidmətini istifadəyə verib .....                     Prezident bu instituta yeni rektor təyin etdi .....                     Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT .....                     Bazarda 6, marketdə 15 manat… .....                     Rusiya-Azərbaycan problemləri konstruktiv şəkildə həll olunmalıdır .....                     Azərbaycanla sərhəd kəndin rəhbəri saxlanıldı .....                     Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR .....                     “Ekspertiza Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını araşdırır” .....                     Lavrov Ukrayna ilə sülh sazişində Moskvanın tələblərini açıqlayıb .....                     Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır .....                     Sumqayıtın səsi: PRoMete və Cəsur Nemətovdan nostalji duet .....                     Qarageni də Qalstanyanın aqibəti gözləyir: .....                     Bakı metrosunda HƏYƏCANLI ANLAR: .....                 

Fürsətkeş deputat xalqın başına gələn bəladan da divident qazanmaq istəyir - GƏLİŞMƏ
Tarix: 31-03-2020, 09:48 | Çap et
Fürsətkeş deputat xalqın başına gələn bəladan da divident qazanmaq istəyir
Koronavirus təhlükəsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq tətbiq edilən karantin rejiminə əsasən, martın 29-dan qeyri-müəyyən müddətə qədər market və digər ərzaq mağazaları və əczaxanalar istisna olmaqla, xidmət və ticarətlə məşğul olan bütün obyektlərin fəaliyyəti qadağan olunub. Buna uyğun olaraq hələlik ölkədə heç bir turizm obyekti, istirahət mərkəzi fəaliyyət göstərmir və mövcud qeyri-müəyyən vəziyyətə görə heç bir obyek sahibi reklamla məşğul olmur. Lakin nə qədər qəribə olsa da, bu günlərdə ölkə mediasında istrahət və turizm mərkəzlərindən birinin genişmiqyaslı reklamı həyata keçirilir.

Deputat obyektini koronavirusun hesabına reklam etməyə çalışır

Həmin xəbərlərə atılan başlıqlar da lap adamı təşvişə salır. Obyektlərin bağlandığı, koronavirusun tüğyan etdiyi bir vaxtda hansı xidmətdən, şəraitdən danışmaq olar? AzToday.az xəbər verir ki, reklam olunan obyekt isə adı ciddi qalmaqalda hallanan, həmin hadisədə Lerik rayonunun deputatı İqbal Məmmədovun oğlu Mirhəmid də daxil olmaqla, 5 nəfərin həbs olunduğu “Relax” İstirahət və Turizm Mərkəzidir.

Təbii ki, bu reklam da ölkədə tətbiq olunan karantin tədbirlərinin üzərindən aparıldığı üçün rəsmi şəkildə reklam kimi qəbul olunmaya bilər. Belə ki, koronavirus epidemiyasına görə xaricdən ölkəyə qayıdan minlərlə vətəndaşımızın məcburi karantinə yerləşdirilməsinə ehtiyac olduğu üçün deputat İqbal Məmmədov yaranmış fürsətdən maksimum yararlanaraq “qabağa düşmək” istəyib. Məlum olduğu kimi, ölkəyə qayıdan soydaşlarımızın bəzilərinin karantin şəraiti yaxşı olmadığı barədə xəbərlər yayılır və bunu bilən İ.Məmmədov malik olduğu statusdan istifadə etməklə vətəndaşları razı salmaq üçün müvafiq xidmətini təklif edib. Bu zaman onun məqsədini öz obyektini reklam etmək baxımından gələcəyə hesablanmış addımlardan biri kimi qiymətləndirməmək olmur.

Buna görə də xaricdən gələn vətəndaşları yerləşdirməyini reklam etməsi bir tərəfə, Lerik rayonunda yerləşən və onun nəzarətində olan “Relax” İstirahət və Turizm Mərkəzində karantinə alınmış vətəndaşların saxlanma şəraiti ilə bağlı hər hansı narazılıqları olmadığını elan etməyə imkan tapıb. Sual olunur: niyə narazılıq olmalıydı ki? Yayılan məlumatlar da sanki Ərəbistandan gələn turistlərin ölkəmiz haqqında xoş təəssüratlarına bənzər şəkildə təqdim edilir. Belə ki, xəbərlərdə Polşadan qayıdan bir qrup vətəndaşımızın “Relax” İstirahət və Turizm Mərkəzində yerləşdirilməsi, bütün ehtiyaclarının yüksək səviyyədə qarşılanması(???) və onların həkim nəzarətinə alınması xüsusi vurğulanır. Bu azmış kimi karantini “Relax”da keçirən vətəndaşlarımızın əhval-ruhiyyələrinin də yüksək olduğunu sübut etmək üçün onların İqbal Məmmədovun obyektini alqışladıları video da çəkib paylaşıblar. Xeyli xub. Amma…

16 avqust hadisəsi: kriminal olay, vergidən yayınma və əvəzolunmaz deputat

Amması odur ki, “Relax” İstirahət və Turizm Mərkəzinin adı ötən ildən xidməti və şəraiti yüksək olan istirahət mərkəzi kimi deyil, kriminal hadisənin baş verdiyi, vergidən yayınma hallarının qeydə alındığı məkan kimi daha çox hallanır. Bunun üçün ötən ilin avqustun 16-da Vergilər Nazirliyinin əməkdaşları və Lerikdəki “Relax”ın rəhbərliyi arasında toqquşmanı xatırlamaq bəlkə də kifayət edər. Ancaq onu da xatırladaq ki, bu olay ümumrespublika səviyyəli böyük qalmaqala çevrilmişdi. Belə ki, həmin hadisənin böyüməməsi üçün İ.Mənmmədovun özünü ora yetirməsi də köməyə çatmamışdı. Son nəticədə deputatın oğlu Mirhəmid Nərimanlı da həbs edilmişdi. Bu olay Azərbaycan kimi balaca ölkə üçün olduqca böyük hadisə idi və İ.Məmmədovun bu işin altından necə xəfifcə sıyrılıb çıxması hələ də təəccüb doğurur.

Sonradan yayılan rəsmi məlumatlara görə, nazirliyin əməkdaşları “Relax” İstirahət və Turizm Mərkəzinə “vergidən yayınma əsaslarına görə vergi yoxlaması aparmaq üçün” gediblərmiş. Bu zaman Vergilər Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istirahət mərkəzinin rəhbərliyi arasında qarşıdurma baş verib. Bunu sosial mediada yayılan videogörüntülər də təsdiq edib. O sübut materialında Mirhəmid Nərimanlı və İ.Məmmədovun qardaşı oğlu olduğu güman edilən Orxan Məmmədovun vergi əməkdaşları ilə qarşıdurması açıqca görünür. Üstəlik, özünü istirahət mərkəzinin vəzifəli şəxsləri kimi təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirmişlər. Məhz bu faktlara görə də deputat İ.Məmmədovun oğlu da daxil olmaqla 5 nəfər həbs edilmişdi.

İş bununla bitməmişdi. Yenə rəsmi məlumatda deyilirdi ki, “Relax” İstirahət və Turizm Mərkəzinin dövlət büdcəsinə ödədiyi vergilər kəskin azaldığına görə mərkəzin real vergi potensialını ölçmək məqsədilə ərazidə vergi yoxlamaları keçirilmiş və vergi pozuntuları aşkar edilmişdi. Aparılan vergi nəzarəti tədbirləri nəticəsində məlum olmuşdu ki, “Relax” vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidən yayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişdilər.

Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Belə ki, hələ o vaxt Vergilər Nazirliyinin rəsmi saytında göstərilirdi ki, hələ də Milli Məclisin deputatı İqbal Məmmədova aid olduğu iddia edilən “Relax” İstirahət və Turizm Mərkəzinin ərazisində yerləşən “Relax Resort and Spa Hotel”in (2018-ci ildə rəsmi qeydiyyatdan keçmiş) mərkəzin rəsmi təmsilçisi Nərimanlı Mirhəmid İqbal oğlu, “Relax Lerik”in (2017-ci ildə rəsmi qeydiyyatdan keçib) qanuni təmsilçisi isə İ.Məmmədovun qardaşı olduğu olduğu güman Məmmədov Çingiz Nəriman oğlu olub.

Amma bu qədər həngamədən sonra ölkdə növbədənkənar parlament seçkiləri ərəfəsində hansısa “gizli və güclü əl”in sayəsində Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı azadlığa buraxıldılar. İ.Məmmədovun oğlunun və qohumlarının azadlığa buraxılması ona da düşərli oldu və 9 fevral seçkilərində yenidən deputat seçildi.

Sonda onu xatırladaq ki, onsuz da Lerik rayonunda mənfi reputasiyaya malik olan İ.Məmmədovun nüfuzu 16 avqust hadisəsindən sonra yerlə-yeksan olsa da, yenidən 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən İqbal Məmmədovun seçkiqabağı kampaniyası da xeyli macəralarla dolu olub. Hətta düşdüyü gülünc vəziyyət və çıxardığı hoqqaların dərəcəsi elə yüksək olub ki, başımıza gələn koronavirus da onları yaddan çıxara bilməyib. Amma koronavirusun tüğyan etdiyi indiki vaxtda İqbal Məmmədovun fürsətkeşliyi gülüş yox, xalqın başına gələn bəladan da dividend qazanmaq istədiyi üçün ikrah hissi doğurur…
AzToday.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA - FOTOFAKT
Bu gün, 17:39
"Ocağım söndü" – Pünhanın atası məhkəmədə fəryad etdi
Bu gün, 17:36
Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: - Qlobal güclər bu regionu da yenidən dizayn etməyə çalışırlar
Bu gün, 17:30
Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı - TƏFƏRRÜAT
Bu gün, 17:28
Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi - Saakaşvili
Bu gün, 17:26
Xankəndidən sonra vəziyyət DƏYİŞDİ – Rusiya Azərbaycanla barışmağa ÇALIŞIR
Bu gün, 17:18
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib - Rusiya KİV
Bu gün, 17:12
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib - RƏSMİ SƏBƏB odur ki...
Bu gün, 17:11
Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi
Bu gün, 16:53
Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Bu gün, 16:48
Putin Bakıya onları göndərdi: yeni təklif var - FOTO
Bu gün, 16:44
Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Bu gün, 16:41
Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu - GƏLİŞMƏ
Bu gün, 16:30
“Onlarla eyni verilişdə olmayacağam” - Xalq artisti etiraz etdi
Bu gün, 16:28
“Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən -AZAD EDİLDİ
Bu gün, 16:26
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib - TASS
Bu gün, 16:23
"Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." - AKTUAL
Bu gün, 16:20
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub - FOTO
Bu gün, 16:14
"MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdirmi? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 16:12
Bakıda kuryerlər "Wolt"u boykot edir - FOTO
Bu gün, 16:07
Paylaşıb biabır edəcəyəm - Tanınmış bloger
Bu gün, 16:03
Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı
Bu gün, 15:58
MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı – MƏHKƏMƏ İŞİ
Bu gün, 15:57
Dilarə Kazımova Azərbaycan milli alətləri ilə klip çəkdirdi - VİDEO
Bu gün, 15:01
“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır
Bu gün, 14:51
Tələbələr etiraza qalxdı… - SABAH qruplarına onların qəbulu niyə ləğv edildi?
Bu gün, 14:46
Saakaşvili əfv edilməyəcək - RƏSMİ TİFLİS
Bu gün, 14:38
AZAL yeni onlayn xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 14:35
Prezident bu instituta yeni rektor təyin etdi - SƏRƏNCAM
Bu gün, 14:34
Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT - Raman Sədrəddinov haqsız yerə həbs olunduğunu iddia edir
Bu gün, 14:32
Bazarda 6, marketdə 15 manat… – Bakıda bu məhsul Rusiyaya görə baha satılır?
Bu gün, 14:20
Rusiya-Azərbaycan problemləri konstruktiv şəkildə həll olunmalıdır - Peskov
Bu gün, 14:14
Azərbaycanla sərhəd kəndin rəhbəri saxlanıldı - “Sputnik Ermənistan”
Bu gün, 14:12
Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
Bu gün, 14:00
“Ekspertiza Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını araşdırır” – Məhkəməyə verilən şair
Bu gün, 13:51
Lavrov Ukrayna ilə sülh sazişində Moskvanın tələblərini açıqlayıb
Bu gün, 13:48
Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır - KREML MEYMUNLUĞA "DAVAM" DEYİR...
Bu gün, 13:43
Sumqayıtın səsi: PRoMete və Cəsur Nemətovdan nostalji duet - VİDEO
Bu gün, 13:15
Qarageni də Qalstanyanın aqibəti gözləyir: - Hakimiyyət yaxın zamanda kilsəni ram edəcək
Bu gün, 13:07
Bakı metrosunda HƏYƏCANLI ANLAR: - Ana və övladları eskalatordan yıxıldılar
Bu gün, 13:04
Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir - Aleksandr Kurenkov kimdir?
Bu gün, 13:01
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:58
Sahibini gözləyən kreslolar - SİYAHI
Bu gün, 12:53
Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi - Mövsümi sahibkarlıq təhlükədədir
Bu gün, 12:49
“İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...” - ŞƏRH
Bu gün, 12:47
Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçıdan İTTİHAM
Bu gün, 12:37
Rusiyadan azərbaycanlılara total təzyiqlər: hava limanlarında dözülməz yoxlamalar - KREMLİN İSTERİK GEDİŞLƏRİ DAVAM EDİR...
Bu gün, 12:32
“İki il ərzində hər gün raket atsaq belə, o tükənməz” - İran generalı
Bu gün, 12:29
TƏBİB-in ad günü qalmaqalına görə işdən çıxardığı şöbə müdirinin yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:27
Pezeşkianın Xankəndi səfərini qısqananlara... - Rəsmi
Bu gün, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru