Ucar sakinlərinin KORONAVİRUS QORXUSU... - NARAZILIQ...
Tarix: 4-04-2020, 09:37 | Çap et
 Dünyanın bir çox ölkələrini ağuşuna alan "koronovirus" bəlası təkcə paytaxtda deyil, bölgələrimizə də ayaq açıb. Ölkədə virusa yoluxanların sayı durmadan artır. Bəs görəsən, rayonlarda insanlar qoyulan qaydalara necə əməl edirlər? Bu suala cavab tapmaq üçün ölkənin ucqar rayonlarından biri olan Qax rayonunun mərkəzinə yollandıq. Görünən mənzərə heç də ürəkaçan deyildi. İnsanların əksəriyyəti küçədə maskasız və məqsədsiz dolaşırdı. Əsas arqumentləri də o olurdu ki, evdə görəcəkləri bir iş yoxdur, darıxdıqları üçün küçəyə çıxırlar. Apteklərdə də ki, maska tapa bilmədiklərindən, maskasız dolaşmaq məcburiyyətindədirlər.
Rayon sakini Əlövsət Məmmədov deyir ki, neçə müddətdir apteklərdə maska yoxdur: "Neçə gündür dalbadal rayon mərkəzindəki aptekləri dolaşıram, maska soruşuram, deyirlər, yoxdur. Əsasən günün çoxunu evdə qalmağa çalışıram. Amma dükana, aptekə getməyə ehtiyac yaranır, evdən çıxıram. Maska taxmaq, həm özümü, həm də ətrafdakıları qorumaq istəyirəm. Amma nə maska var, nə də spirt".
Bu problem rayon sakini Roza Məmmədovanı da narahat edib: "Dəfələrlə aptekə maska üçün gəlmişəm. Çalışıram küçəyə az çıxım, çıxanda da maskasız olduğum üçün qorxuram. Evdə azyaşlı uşaqlar var. Onlara yoluxa bilər. Neçə dəfə müraciət eləmişəm, deyirlər yoxdur. Ona görə də məcburam ağzımı şalla bağlayım. Başqa əlacımız yoxdur".
Evdə oturmaqdan sıxılan, bunun üçün də arabir rayon mərkəzini dolaşmağa çıxan Hacı Kərimov isə virusun oralara gedib çıxacağına o qədər də inanmır. Lakin yumorla deyir ki, "biz maska tapana qədər, virus Qaxı bir dəfə dövrə vurub qayıdacaq".
"Karantindən qabaq tədarük görülməli, apteklər zəruri qoruyucu vasitələrlə doldurulmalı idi. Başa düşürük ki, virus bizi qəfil yaxalayıb, qabaqcadan hazırlığımız olmayıb. Amma belə vəziyyətdə adamları da "maskasız küçəyə çıxma" deyib məcbur eləmək düz deyil", - deyə Kərimov bildirib. Rayon sakini Zülfiyyə Məmmədova isə "koronovirusun dərmanı" sayılan zəncəfilin qiymətinin qalxmasından narazıdır. "Zəncəfil immun sisteminin gücləndirilməsi üçün əvəzsiz vasitədir. Di gəl, bəzi işbazlar bu fürsətdən yaralanmaq istəyirlər. Zəncəfilin, sarımsağın qiymətini qaldırıblar. Heç cür anlamıram, qazanmaq istəyirsənsə, bir az ucuz sat, çox sat, sən də qazan, camaat da öz immun sistemini möhkəmləndirsin ki, bu xəstəliklə mübarizə apara bilək", - Məmmədova deyib.
Söylənilən şikayətləri nəzərə alaraq rayonda yerləşən apteklərə baş çəkdik. Təəssüf ki, apteklərdə qoruyucu vasitələrin bitdiyini söylədilər.
"İndi heç paytaxtdakı apteklərdə maska, əlcək, spirt tapılmır, ucqar rayonda necə tapılsın?! Həftədə bir dəfə rayon apteklərinə mal gəlir, o da gələn kimi qurtarır", - deyə apteklərdən birinin satıcısı bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır - KREML MEYMUNLUĞA "DAVAM" DEYİR...
Bu gün, 13:43 |
|
|
|
• Sumqayıtın səsi: PRoMete və Cəsur Nemətovdan nostalji duet - VİDEO
Bu gün, 13:15 |
|
|
|
• Qarageni də Qalstanyanın aqibəti gözləyir: - Hakimiyyət yaxın zamanda kilsəni ram edəcək
Bu gün, 13:07 |
|
|
|
• Bakı metrosunda HƏYƏCANLI ANLAR: - Ana və övladları eskalatordan yıxıldılar
Bu gün, 13:04 |
|
|
|
• Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir - Aleksandr Kurenkov kimdir?
Bu gün, 13:01 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:58 |
|
|
|
• Sahibini gözləyən kreslolar - SİYAHI
Bu gün, 12:53 |
|
|
|
• Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi - Mövsümi sahibkarlıq təhlükədədir
Bu gün, 12:49 |
|
|
|
• “İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...” - ŞƏRH
Bu gün, 12:47 |
|
|
|
• Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçıdan İTTİHAM
Bu gün, 12:37 |
|
|
|
• Rusiyadan azərbaycanlılara total təzyiqlər: hava limanlarında dözülməz yoxlamalar - KREMLİN İSTERİK GEDİŞLƏRİ DAVAM EDİR...
Bu gün, 12:32 |
|
|
|
• “İki il ərzində hər gün raket atsaq belə, o tükənməz” - İran generalı
Bu gün, 12:29 |
|
|
|
• TƏBİB-in ad günü qalmaqalına görə işdən çıxardığı şöbə müdirinin yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:27 |
|
|
|
• Pezeşkianın Xankəndi səfərini qısqananlara... - Rəsmi
Bu gün, 12:22 |
|
|
|
• Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir - NAZİRİN NƏZƏRİNƏ
Bu gün, 12:19 |
|
|
|
• Arzu LAĞA QOYDU: - “Haradan oldun, dünya şöhrətli aktrisa?!”
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan prokurorluğu müxalifət liderlərinin toxunulmazlığının ləğvini istəyir
Bu gün, 12:04 |
|
|
|
• "Ermənistan dövlətini uçuruma aparırlar" - partiya sədri
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• Natiq Cəfərlinin atası dünyasını dəyişib
Bu gün, 11:52 |
|
|
|
• “İran-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələr var” - Əfşar Süleymani
Bu gün, 11:49 |
|
|
|
• Son dövrlərdə körpələrə qoyulan qəribə adlar - Əsğər, Dua, Koroğlu, Nənəş, Binəli, Dağlar.....
Bu gün, 11:47 |
|
|
|
• İlham İsmayıl və onun oğlu İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:45 |
|
|
|
• Kremlin İrəvanla bağlı “B” planı: -300 min erməni niyə göndərilir?
Bu gün, 11:37 |
|
|
|
• Rusiyadakı Azərbaycan diasporundan xəyanətkar çağırış - BU NƏDİ BELƏ?
Bu gün, 11:32 |
|
|
|
• Paytaxt Xankəndiyə köçürülə bilər - AÇIQLAMA
Bu gün, 11:30 |
|
|
|
• Sülh müqaviləsi: İrəvan prosesi niyə ləngidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:12 |
|
|
|
• “Rusiyadakı soydaşlarımızın tədricən Azərbaycana qaytarılmasının önü açılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:02 |
|
|
|
• Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI... - "Bizi qul yerinə qoyublar..."
Bu gün, 10:59 |
|
|
|
• Vladimir Solovyovun “psixoloji travması”: - “Səviyyəsi plintusdan aşağıdır”
Bu gün, 10:56 |
|
|
|
• İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavab - KİV
Bu gün, 10:54 |
|
|
|
• Rusiya ilə gərginlik belə bitəcək – Sabiq nazirdən diqqətçəkən PROQNOZ
Bu gün, 10:51 |
|
|
|
• ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur - FOTO
Bu gün, 10:48 |
|
|
|
• Təbii problem: Süni məsuliyyətsizlik - NƏ ETMƏLİ?
Bu gün, 10:46 |
|
|
|
• Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb
Bu gün, 10:42 |
|
|
|
• Rusiyada daha bir azərbaycanlı TUTULDU: 20 il əvvəlki qətlə görə - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Paşinyan Qaltsanyan və Acapaxyanla bağlı katolikosu hədəfə aldı - NƏ BAŞ VERİR?
Bu gün, 10:35 |
|
|
|
• SEPAH Azərbaycana qarşı növbəti çirkin təbliğata əl atdı - Aşura böhtanı, erməni mediası və Tehran oyunları
Bu gün, 10:34 |
|
|
|
• Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı? - SƏBƏB
Bu gün, 10:31 |
|
|
|
• “Xəzər axşamı”nda Mətanəti o əvəz edəcək
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Dəniz və Liman Agentliyi İKT avadanlıqları və aksesuarların alınmasına 270 min xərcləyəcək
Bu gün, 10:24 |
|
|
|
• İrəvanda gözlənilməz qərar: Moskva Ankara ilə əvəzləndi – Dəhliz detalı
Bu gün, 10:14 |
|
|
|
• Rusiya mediası Bakıya “gizlədilən gərginliyi” xatırladır: - Sergey Markovdan sərt təhlil
Bu gün, 10:02 |
|
|
|
• Bakı Limanına yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:00 |
|
|
|
• Fuad Nəcəflini YEZİDƏ BƏNZƏTDİLƏR... - ÇÜNKİ...
Bu gün, 09:48 |
|
|
|
• “Sədərək”dəki icarədarlar narahatdır - “Hər şeyi itirə bilərik”
Bu gün, 09:40 |
|
|
|
• Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini HƏDƏLƏDİ - DETALLAR
Bu gün, 09:38 |
|
|
|
• Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 09:14 |
|
|
|
• Ev sahibi olmaq istəyənlərin nəzərinə: İki yol var, amma… - GƏLİŞMƏ
Bu gün, 09:06 |
|
|
|
|