Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı .....                     Tehranın Zəngəzur XOFU .....                     Muzdlular ölkəni tərk edirlər, amma... .....                     Paşinyanın arvadı və qızları şərab toqquşdurur .....                     Azərbaycanda metro işçiləri nə qədər qazanır? .....                     Simonyan Ter-Petrosyanı sərt tənqid etdi .....                     Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... .....                     DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib .....                     "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" .....                     Rusiya sülh danışıqlarına maraq göstərmir .....                     "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" .....                     Ter-Petrosyan Qaregini dəstəklədi .....                     Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR .....                     Aydın Abbasov oğluna Türkiyədə toy etdi .....                     Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... .....                     "Rüşvət verən valideyn HƏBS olunmalıdır .....                     Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                     Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF .....                     Paşinyanın kilsə ilə savaşı... .....                     Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir .....                     Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər .....                     "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                     Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' .....                     Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib .....                     “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” .....                     Mask Trampa qarşı müharibəni uduzdu: .....                     Türkeşin qızından Baxçalıya sərt təpki: .....                     Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı .....                     "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" .....                     Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın .....                     Orta məktəblərdə erkən nikahın zərərləri barədə .....                     Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu .....                     Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… .....                     Paşinyandan gözlənilməz addım: .....                     Şərq küləyi əsəcək .....                     Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək .....                     Qızıl üzüklü müəllimə QALMAQALI... .....                 

"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 10:01 | Çap et

Nəzir qutularına yığılan pulların hansı təyinat üzrə xərcləndiyi haqda şəffaf və doğru məlumat almaq mümkün olmur. Bu haqda vaxtaşırı müzakirələr getsə də, nəticə olmur. Aidiyyəti qurumlar, şəxslər hesabat verməkdən yayınırlar.

Jurnalistlər dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinə (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciətlər edirlər, hər iki qurumun rəhbərlərindən, məscidlərin axundlarından bu haqda soruşurlar, amma hər dəfə sualdan yayınılır. Bu da cəmiyyətdə nəzir qutularına yığılan vəsaitin kimlər tərəfindənsə mənimsənildiyi, müəyyən şəxslərin cibinə getdiyi fikrini formalaşdırır.

Bir sözlə, nəzir qutularına nəzarətin hansı qurumun – QMİ-nin, yoxsa Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nəzarətində olduğuna dair hələ də birmənalı rəy yoxdur.
Eyni zamanda yalnız məscid və başqa ibadət yerlərində deyil, ziyarətgahlarda, bəzi müqəddəs hesab edilən şəxslərin məzarlarında, türbələrin də nəzir qutuları var. Orda da böyük məbləğdə vəsait yığıldığı məlumdur. Amma sonradan o pulların taleyi necə olur, hara xərclənir, bilinmir. Bu sahədə şəffaflıq təmin edilmir.

Məsələ qanunvericiliklə necə tənzimlənir? Nəzirlərin hesabatı media vasitəsi ilə cəmiyyətə açıqlanmalıdır?

Globalinfo.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, nəzir qutuları konkret icmalara məxsusdur. Onun sözlərinə görə, həmin icmalar vasitəsilə vəsaitin məscidin ehtiyacları üçün xərclənməsi təmin olunur:

“Prinsip etibarilə, insanların məscidlərə dəstək verməsi, inancına uyğun yardım etməsi normal haldır. Burada əsas mübahisə doğuran məsələ isə toplanan vəsaitin hara xərclənməsidir. Bu vəsait ilk növbədə məscidin kommunal və digər amortizasiya xərclərinə, sonra ehtiyacı olan insanlara sərf olunmalıdır.
Çünki məqsəd – məscidi ayaqda tutmaq, inanclı insanlar üçün ibadət yerini qorumaqdır. Bu məsələdə cəmiyyətdə bir qədər şişirdilmiş təsəvvürlər var. Sanki burada yığılan vəsaitlər başqa məqsədlərlə istifadə olunur. Ola bilsin ki, bəzi yerlərdə bu cür hallar var, lakin əsas problem bu vəsaitlərin məsciddən kənarda – ziyarətgah və digər yerlərdə yığılmasıdır. Bu isə məntiqi baxımdan izah oluna biləcək bir hal deyil”.

F.Mustafanın fikrincə, nəzir ziyarətgahlarda yox, məhz məscidlərdə toplanmalıdır:

“Məscid dövlət tərəfindən inanclı insanlar üçün tanınan rəsmi bir ibadət müəssisəsidir və insanlar burada ibadət edirlər. Ziyarətgahlar isə tarixən mövcud olmuş, qanunvericiliyin tanıdığı dini məkanlardır. Amma bu yerlərdə nəzir vermək üçün heç bir məcburiyyət yoxdur. İnsanlar sadəcə bilgisizlikdən və bir çox hallarda mövhumatdan irəli gələrək bu vəsaiti ödəyirlər. Əgər bir insan bilgisizdirsə, mövhumata inanırsa və vəsaiti varsa, bu pullar da hansısa formada onlardan alınacaq. Bunun qarşısını isə yalnız maarifləndirmə ilə almaq mümkündür. Bu qutulara kimlər vəsait salır? Adətən Allahdan bir şeyi istəyən, amma bunu birbaşa deyil, hansısa ziyarətgah və ya piri vasitəçi hesab edən insanlar. Ona görə də prinsip etibarilə, məsciddən kənarda “məscidə dəstək qutuları”nın yerləşdirilməsi doğru deyil”.

Deputat deyib ki, bu qutuların adlandırılması da dəyişməlidir:

“Nəzir qutusu” ifadəsi əslində doğru səslənmir. Əvəzində “ibadət yerinə dəstək qutusu” kimi adlandırıla bilər. Ziyarətgahlar xüsusi ibadət yeri deyil. Din baxımından hansısa ziyarətgahda ibadət etmək anlayışı yoxdur. Məscid – namaz və ya dua kimi dini ritualın yerinə yetirildiyi yerdir.

Ziyarətgahların bir qismi isə sırf mövhumat və xurafatla bağlı anlayışlardan irəli gəlir. Bu cür yerlərin stimullaşdırılmasının heç bir məntiqi əsası yoxdur. Biz daha çox məscidlərə dəstək vermək niyyətində olan insanların ianələrini qəbul etməliyik. Bu vəsaitlər nəzir yox, ianə formatında təqdim olunmalıdır. Məqsəd – məscidlərin xərclərini qarşılamaq, onların cari təmirini və fəaliyyətini təmin etmək olmalıdır. Bu baxımdan müəyyən ziddiyyətli məqamlar mövcuddur. Qanunvericilik bu məsələləri müəyyən qədər tənzimləsə də, biz artıq bu yanaşmalara yeni baxış gətirməliyik”.

Fazil Mustafanın fikrincə, ianə mexanizmi yalnız məscidlər üçün keçərli olmalıdır:

“Digər yerlər – tarixi və dini abidələr əgər dövlətin himayəsindədirsə, onların saxlanılması da dövlət tərəfindən həyata keçirilməlidir. Dövlət bir çox dini və mənəvi dəyərləri əsas götürərək abidələrin təmirinə vəsait ayırır. Kifayət qədər ziyarətgah və məscid dövlət tərəfindən maliyyələşdirilir. Bu baxımdan, toplanan vəsaitlərin hara xərclənməsi nəzarət altında olmalıdır. Burada qeyri-qanuni yolla din adı altında yığılan xüms və digər vəsaitlər də nəzərdə tutulmalıdır. Çünki bu vəsaitlər bəzən başqa ölkələrə yönləndirilir və bu, Azərbaycanın strateji maraqlarına zidd fəaliyyətlərin stimullaşdırılmasına gətirib çıxarır. Ona görə də bu məsələlər yenidən təhlil olunmalıdır. Yeni interpretasiyaya ehtiyac duyulur. Bu məsələlər dəqiqləşdirilməli və ianələrin hansı formada tənzimlənməsinin uyğun olduğu müəyyənləşdirilməlidir. Nəticə etibarilə, məsələ geniş müzakirə edilməli, mütəxəssislərin, ekspertlərin və sahəyə maraqlı şəxslərin fikirləri nəzərə alınmalı, ortaq bir yanaşma formalaşdırılmalıdır. Əks halda bu, hər zaman şübhə doğuran bir mövzu olaraq qalacaq. “Nəzir hara və necə xərclənir” sualı isə dindarların özündə də narahatlıq yaradacaq və onların nüfuzuna təsir göstərəcək”.

İqtisadçı Natiq Cəfərli bildirib ki, nəzir vermək könüllüdür.

Onun sözlərinə görə, dövlətin bu məsələdə rolu yoxdur:

“Məsələn, vergi və gömrük rüsumunu dövlət bizə məcburi təyin edir. Lakin nəzir vermək məcburi deyil. Bu, vətəndaşın özündən asılıdır. Adam əgər yaxşı işlər görmək istəyirsə, uşaq evinə, qocalar evinə və sair yardım etsin. Bunu tənzimləmək mümkün deyil”.

Natiq Cəfərli deyib ki, nəzir vermək qanunla qadağan edilsə belə insanlar gizlin şəkildə bunu həyata keçirəcəklər:

“Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar. Dünyanın bir çox ölkələrində də bununla bağlı uzun mübahisələr olub. Məsələn, bəzi ölkələrdə kilsə vergisi mövcuddur. Kilsənin təhsilə yığdığı vəsaitdən xərclədiyi məbləğlər var. Qeyd edim ki, İrlandiyada təhsilin böyük qismini kilsə qarşılayır. Çünki onlar kilsədə pul toplayırlar. Bizdə belə bir mexanizmin yaradılma ənənəsi yoxdur. Dövlət bura necə müdaxilə etsin? Desə nəzir verməyin, bu, inanclı insanların inancına toxuna bilər. Dini məkanlara vergimi tətbiq etsin? Toplanan vəsaitə nəzarət edib onlardan vergimi toplasın? Bu da ayrı problem yaradacaq. Burada maarifləndirmə əsasdır. Vətəndaş nəziri niyə verdiyini anlasa, o zaman başqa cür davranmış olacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Bu gün, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Bu gün, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Bu gün, 12:28
Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Bu gün, 12:01
Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Bu gün, 11:58
Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Bu gün, 11:55
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Bu gün, 11:52
"Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Bu gün, 11:06
Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Bu gün, 10:59
"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Bu gün, 10:01
Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Bu gün, 09:57
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Bu gün, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Bu gün, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Bu gün, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Bu gün, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Bu gün, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Bu gün, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Bu gün, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Bu gün, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Bu gün, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Bu gün, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Bu gün, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Bu gün, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Dünən, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
Dünən, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
Dünən, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
Dünən, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
Dünən, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
Dünən, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
Dünən, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
Dünən, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
Dünən, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
Dünən, 12:14
Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
Dünən, 12:13
Şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03
Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
Dünən, 12:01
Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
Dünən, 12:00
“Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
Dünən, 11:40
Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
Dünən, 11:30
"Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
Dünən, 11:14
Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
Dünən, 11:11
“ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq
Dünən, 11:10
“Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” - Qazaryan
Dünən, 11:07
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli - Görünəni odur ki...
Dünən, 11:05
“Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır
Dünən, 11:02
Yeni Roma Papası Azərbaycan üçün dua edib
Dünən, 11:02
Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma... - GƏLİŞMƏ
Dünən, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru