Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? .....                     “Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib .....                     DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib .....                     Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? .....                     Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur .....                     Bu, sanki Allaha rüşvət verməkdir .....                     Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi .....                     Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək .....                     Bakıda həbs edilən ruslar fərari imiş .....                     ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub .....                     Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər .....                     AYNA-nın növbəti OYUNU .....                     Telli Pənahqızı bu TV-nin rəhbəri oldu .....                     “Daşnaksütyun” Paşinyanın hədəfində: .....                     Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib .....                     Paşinyan Əbu-Dabidə: .....                     Güney Qafqazda Əbu-Dabi yelləri... .....                     Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi .....                     Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir .....                     Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib .....                     Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir .....                     “Polisləri görüb qışqırmağa başladım” .....                     Ermənistanda 7 nəfər terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılıb .....                     Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... .....                     Bəylər Əyyubov yenidən Prezidentin yanında .....                     Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib .....                     Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? .....                     Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib .....                     Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıdıb: Əliyev onu qəbul etməyib .....                     Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb .....                     Getdikcə azalan SƏNƏT SEVGİSİ .....                     “Hələ jurnalistikanın gələcəyi var” .....                     Mülayim şərq küləyi əsəcək .....                     Rusiyaya işləməyə gedən azərbaycanlı yoxa çıxdı .....                     Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır .....                     İş adı ilə apardılar, müharibəyə göndərdilər .....                     Moskva Paşinyanın yerinə “ağ atlı” oğlan axtarır .....                     “Məxsusi ana rolu yazılsa fikirləşərəm” .....                     "Təzə alınan soyuducu nə tez xarab oldu?" .....                     Rusiyadakı azərbaycanlı milyarderlərlə bağlı ŞOK: .....                 

“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 06:34 | Çap et

“Orada yaşayan ruslar və digər millətlər kimi azərbaycanlılar da Rusiyanın sahibi hesab olunmalı və ruslar qədər onların da haqq və hüquqları qorunmalıdır. Həm də ona görə ki, Rusiya Azərbaycan da daxil olmaqla, 15 respublikanın və 100-dən çox millətin birgə qurduğu və qoruduğu Sovet İttifaqının varisidir. Və həmin SSRİ-nin Hitler faşizmindən müdafiə olunması uğrunda 300 mindən çox azərbaycanlının qanı tökülüb...”
Moderator.az-a açıqlamasında Rusiya ilə münasibətlərimizin gələcəyi, orada yaşayan soydaşlarımızın gələcək taleyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu məsələlərdə rolu ilə bağlı mövqeyini bildirən Azad Vətən Partiyasının sədri Akif Nağı önəmli məsələlərə toxundu:
Rusiya ilə münasibətlərin gələcəyi və iqtisadi əlaqələr...
“Təbii ki, Rusiya ilə münasibətlərimizin gələcəyi hər birimizi narahat edir və maraqlandırır. Rusiya böyük bir qonşumuzdur və Azərbaycan üçün böyük bir bazardır. Neftimizin xeyli bir hissəsi xaricə Rusiya ərazisi vasitəsilə Novosibirsk neft kəməri ilə çıxarılır. Rusiyanın da marağı var ki, özünün ucuz neftini aşağı qiymətə Azərbaycana satsın. Yəni, arada ticari əlaqələr də var ki, həm Azərbaycan, həm də Rusiya qarşılıqlı şəkildə həmin ticari əlaqələrdən mənfəət götürürlər. Digər istiqamətlərdə də əməkdaşlıq münasibətləri mövcuddur və bu münasibətlərin nəyin bahasına olursa-olsun saxlanması həm Azərbaycanın, həm də Rusiyanın marağındadır. Hesab edirəm ki, bu iqtisadi maraqlar, ən azından, məcbur edəcək ki, Rusiya Azərbaycanla münasibətlərini düzəltsin və hər iki tərəf bunda maraqlı olduğundan, münasibətlər tədricən yaxşılaşacaqdır. Bununla belə, hər iki tərəf, ilk növbədə də Rusiya, baş verənlərdən özü üçün nəticə çıxarmalıdır.
Soydaşlarımızın taleyi...
Rusiyada yaşayan həmvətənlərimizin taleyi isə, əlbəttə ki, hər birimizi narahat edən bir məsələdir. Xaricdə yaşayan hansısa bir etnik azərbaycanlının hansısa bir ölkənin vətəndaşı olub-olmaması fərq etməz, onun vəziyyəti və ona olan təzyiqlər cəmiyyət olaraq da, dövlət olaraq da bizi narahat edəcək. Və İndən belə bu mövzuda Dövlət Diaspor Komitəsi üzərinə ağır işlər düşür.
Hesab edirəm ki, Dövlət Diaspor Komitəsi Rusiyadakı Azərbaycanlara qarşı bu təzyiqlərin qarşısını almaq üçün nə etmək lazım olduğunu göstərən kompleks bir proqram hazırlayıb ortaya qoymalıdır. Təəssüf edirəm ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Diaspor Komitəsinin səsini eşitməmişik... Özü də həmin hadisələr bu gün baş verməyib. Bildiyimə görə, ən azı son iki ildə Rusiyanın müxtəlif yerlərində Azərbaycanlara, xüsusilə diaspor fəallarına və diaspor rəhbərlərinə qarşı çox böyük təzyiqlər mövcuddur. Arxangelsk, Pyatiqorsk və Yaroslavldakı Azərbaycan diaspora rəhbərlərinə qarşı təzyiqlər olmuşdu. Yəni, bu cür hərəkətlər artıq son iki ildə baş verir. Haqsız yerə Azərbaycan diaspor fəalları həbs edilir. Son olaylar zamanı isə Moskva ətrafı diasporumuzun rəhbəri Elşən İbrahimovun həbsi heç bir ölçüyə sığmır. Bütün bunlara Diaspor Komitəsi kompleks şəkildə yanaşmalı, Rusiya hökuməti qarşısına məsələ qoymalıdır ki, bu cür təzyiqlərdən geri çəkilsinlər....
Azərbaycandakı Rus icması da yoxlanılmalıdır...
Əks halda hesab edirəm ki, əgər Azərbaycan diaspor təşkilatlarına təzyiqlər davam edəcəksə, eynilə mən istəyirəm ki, Azərbaycanda Rus icması deyilən bir qurum var və ona çox böyük, rahat şərait yaradılıb, - onların da fəaliyyəti yoxlanılsın. “Rus Evi”nin və “Sputnik- Azərbaycan”ın məlum “nümunə”lərindən dərs çıxarıb, on illərdir Milli Məclis kreslosunda əyləşmiş Mixail Zabelinin rəhbərlik etdiyi Rus icmasının da Azərbaycanda onlara yaradılan bu şəraitdən yararlanaraq nə ilə məşğul olmalarını yoxlamaq lazımdır...
Azərbaycanlılar da Rusiyanın sahibidir...
Bundan əlavə, Kremldə əyləşənlərin diqqətinə bir məqam da çatdırılmalıdır ki, Rusiyada yaşayan azərbaycanlıların böyük bir hissəsi Rusiya vətəndaşıdır. Və onlar kimi Rusiya vətəndaşı olmayanlar, yaxud müvəqqəti oturum hüququ olanlar, müvəqqəti yaşayış və iş icazələri olanlar da artıq Rusiyada yaşayan şəxslərdir və onlara qarşı da hər hansı ayrı-seçkiliyə yol verilməməlidir. Orada yaşayan ruslar və digər millətlər kimi azərbaycanlılar da Rusiyanın sahibi hesab olunmalı və ruslar qədər onların da haqq və hüquqları qorunmalıdır. Həm də ona görə ki, Rusiya Azərbaycan da daxil olmaqla, 15 respublikanın və 100-dən çox millətin birgə qurduğu və qoruduğu Sovet İttifaqının varisidir. Və həmin SSRİ-nin Hitler faşizmindən müdafiə olunması uğrunda 300 mindən çox azərbaycanlının qanı tökülüb...
Türk və müsəlman diasporaları ilə həmrəylik...
Onu da nəzərə almaq lazımdır ki, Rusiyadakı azərbaycanlılar digər türk və müsəlman kökənli diaspora təşkilatları ilə birgə fəaliyyət göstərərək, bir çox istiqamətlərdə daha çox təsir gücünə malik ola bilərlər. Bu baxımdan tatarlarla, qazaxlarla, qırğızlarla, özbəklərlə, taciklərlə və digər ölkələrin soydaşları ilə birgə həmrəyliyin daha da gücləndirilməsi vacibdir...
Hüquqlarımızın müdafiəsi və mübarizə ruhu...
Əvvəlki illər ərzində diaspor təşkilatlarımızın əsas fəaliyyəti Azərbaycanın təbliğatı üzərində qurulmuşdu. Biz dünyaya ölkəmizin gücünü, mədəniyyətini, tarixini, Qarabağla bağlı haqlarımızı tanıtdıq. Ancaq indi bir addım irəliləməliyik. İndi artıq vaxtıdır ki, oradakı soydaşlarımız öz hüquqlarını açıq şəkildə müdafiə etsinlər. Bunu Rusiya da başa düşməlidir. Bütün dünya miqrantların hüquqlarını müdafiə etmək üçün mübarizə apararkən, azərbaycanlılar da öz hüquqlarını müdafiə etməkdən çəkinməməlidir...
Düşünürəm ki, burada bir paralel də çəkə bilərik. Məsələn, ABŞ-da Donald Tramp miqrantlara qarşı sərt siyasətlər yürütdü. Lakin həmin miqrantlar birləşərək, sarsılmaz bir iradə ilə, öz haqlarını müdafiə edərək, Trampı xeyli dərəcədə geri çəkilməyə məcbur etdilər. Bu da Rusiyadakı soydaşlarımıza bir dərs olmalıdır. Onlar da hər zaman öz haqlarını müdafiə etməlidirlər, çünki onlar haqlıdırlar.
Son söz əvəzi:
Beləliklə, biz bütün bu məsələlərə ciddi yanaşmalı və Rusiya ilə əlaqələrimizdə həm iqtisadi, həm də insan hüquqları baxımından Azərbaycanın maraqlarını qorumağa davam etməliyik. DövlətDiaspor Komitəsinin daha fəal və təşkilatçı olmasına, soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində daha çox iş görülməsinə ehtiyac vardır...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? - Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT
Bu gün, 16:45
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib - FOTO
Bu gün, 16:36
DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib - TƏFƏRRÜAT
Bu gün, 16:30
Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
Bu gün, 16:28
Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur - Rubio
Bu gün, 16:14
Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
Bu gün, 16:13
Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 16:12
Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək - DİQQƏT!
Bu gün, 16:09
Bakıda həbs edilən ruslar fərari imiş
Bu gün, 16:04
ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub - AÇIQLAMA
Bu gün, 16:00
Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər - Rusiya XİN
Bu gün, 15:59
AYNA-nın növbəti OYUNU – Sürücüləri zinhara gətirən parklanma sistemi NİYƏ DƏYİŞMİR?
Bu gün, 15:57
Telli Pənahqızı bu TV-nin rəhbəri oldu - BUNDAN SONRA...
Bu gün, 15:55
“Daşnaksütyun” Paşinyanın hədəfində: - Bu təmizləmə yox, erməni xalqını xilasetmə cəhdidir
Bu gün, 15:52
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib
Bu gün, 15:49
Paşinyan Əbu-Dabidə: - Manukyanın evində axtarış aparılır
Bu gün, 15:48
Güney Qafqazda Əbu-Dabi yelləri... - GƏLİŞMƏ
Bu gün, 15:44
Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi - TƏFƏRRÜAT
Bu gün, 15:41
Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir - RƏY
Bu gün, 15:38
Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib
Bu gün, 15:23
Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir
Bu gün, 15:21
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
Bu gün, 14:18
Ermənistanda 7 nəfər terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılıb
Bu gün, 14:15
Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... - SÖZSÜZ Kİ...
Bu gün, 13:08
Bəylər Əyyubov yenidən Prezidentin yanında - FOTO
Bu gün, 13:05
Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib - KİV
Bu gün, 13:01
Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? - ŞƏRH
Bu gün, 12:55
Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib
Bu gün, 12:54
Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıdıb: Əliyev onu qəbul etməyib - “VÇK-OQPU”
Bu gün, 12:44
Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Bu gün, 12:41
Getdikcə azalan SƏNƏT SEVGİSİ - “Televizorda görürlər, elə bilirlər...”
Bu gün, 12:30
“Hələ jurnalistikanın gələcəyi var” - Yadigar Məmmədli
Bu gün, 12:25
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Rusiyaya işləməyə gedən azərbaycanlı yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:20
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
Bu gün, 12:17
İş adı ilə apardılar, müharibəyə göndərdilər – Goranboy sakininin şok taleyi
Bu gün, 12:15
Moskva Paşinyanın yerinə “ağ atlı” oğlan axtarır - Qara əbalı keşiş İŞƏ YARAMADI...
Bu gün, 12:10
“Məxsusi ana rolu yazılsa fikirləşərəm” - Şəfiqə Məmmədova niyə filmlərdə çəkilmir?
Bu gün, 12:07
"Təzə alınan soyuducu nə tez xarab oldu?" - AXI NİYƏ?
Bu gün, 12:04
Rusiyadakı azərbaycanlı milyarderlərlə bağlı ŞOK: -Kreml 12 il əvvəlki “silaha” əl atır?
Bu gün, 11:52
Bakı və İrəvan axır ki, bezdi və Kremlə qarşı birləşdi - “Hill”
Bu gün, 11:49
İranın Ermənistandakı səfirinin çərənləməsi heç bir məntiqə sığmır - İsrafil Kərimovun yazısı
Bu gün, 11:42
Həbsxanada “3 günlük görüş”də 12 yaşlı qıza necə təcavüz oluna bilərdi? -Hər kəsi dəhşətə gətirən fakt
Bu gün, 11:39
Zelenski Rusiyanı sərt cavab tədbirləri ilə hədələyib
Bu gün, 11:37
Azərbaycanda rus bölmələrinin bağlanması gündəmdə deyil - Nazir
Bu gün, 11:35
ƏMRULLAYEV RÜŞVƏTXORLARA `STAVKA` EDİR: Boğaza qədər çirkabın içində olsan da olar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:31
“Araz-Naxçıvan” yoldaşlıq görüşündə Türkiyə klubuna böyük hesabla qalib gəldi
Bu gün, 11:18
Paşinyan hakimiyyəti asanlıqla buraxmayacaq - ÇÜNKİ
Bu gün, 11:14
27 yaşlı coğrafiya müəllimi MÜƏMMALI şəkildə həyatını itirdi – SENSASİON FAKTLAR
Bu gün, 11:11
Nazirliyin 8,7 milyonluq tenderini bu şirkət uddu - DETALLAR
Bu gün, 11:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru