«Bank BTB»nin Müşahidə şurasında dəyişiklik gözlənilir.
"DİA-AZ" xəbər verir ki, 04 avqust 2025-ci il tarixində Bank BTB-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
Bu barədə Bankın idarə heyətinin sədr müavini Zaur Yusifovun imzası ilə səhmdarlara ünvanlanan müraciətdə bildirilir.
Yığıncaqda müzakirə olunan yeganə məsələ Bank BTB ASC-nin Müşahidə Şurasının tərkibi haqqındadır.
Yığıncaq 04 avqust 2025-ci il sata 11-də Bankın Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov, 27 ünvanında yerləşən Baş ofisində keçiriləcək.
Qeyd edək ki, sözügedən bank Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur.