Hərbi jurnalist Gülbəniz Arifqızı uzun sürən onkoloji xəstəlikdən vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Qeyd edək ki, Gülbəniz Arifqızı 1961-ci ildə Horadiz şəhərində anadan olub. 1982-1987 -ci illərdə Inşaat Mühəndisləri İnstitunun bitirən Gülbəniz Arifqıqızı təyinatla Azərbaycan Dövlət Baş Layihə Inistitunun 2- ci emalatxanasında mühəndis işləmiş. 1992 ci ilin əvvəlindən "Ordu" qəzetində, sonra isə "Ədalət" qəzetində işləmişdir.
"Müharibənin yollari ürəyimdən keçir" və "Əsirlikdə qalan kəndim" kitabları çap edilib. 1997-ci ildən ABŞ-da yaşayan Gülbəniz Arifqızı Azərbaycan Amerika Qadınlar Cəmiyyətini yaradıb.