Əliyev-Paşinyan görüşü "vasitəçilik oyunu"nu yenə pozdu: .....                     Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə .....                     Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi .....                     130 dollara ChatGPT planı satıldı .....                     Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib .....                     İrəvanda çağırış: .....                     Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər .....                     Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri .....                     Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ .....                     “Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” .....                     Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib .....                     İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? .....                     Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı .....                     Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? .....                     “Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib .....                     DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib .....                     Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? .....                     Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur .....                     Bu, sanki Allaha rüşvət verməkdir .....                     Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi .....                     Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək .....                     Bakıda həbs edilən ruslar fərari imiş .....                     ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub .....                     Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər .....                     AYNA-nın növbəti OYUNU .....                     Telli Pənahqızı bu TV-nin rəhbəri oldu .....                     “Daşnaksütyun” Paşinyanın hədəfində: .....                     Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib .....                     Paşinyan Əbu-Dabidə: .....                     Güney Qafqazda Əbu-Dabi yelləri... .....                     Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi .....                     Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir .....                     Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib .....                     Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir .....                     “Polisləri görüb qışqırmağa başladım” .....                     Ermənistanda 7 nəfər terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılıb .....                     Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... .....                     Bəylər Əyyubov yenidən Prezidentin yanında .....                     Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib .....                     Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? .....                 

İranın Ermənistandakı səfirinin çərənləməsi heç bir məntiqə sığmır - İsrafil Kərimovun yazısı
Tarix: Bu gün, 11:42 | Çap et

İyulun 3-4-də Azərbaycanın Xankəndi şəhərində tarixə yeni bir səhifə yazıldı. Böyük Zəfərin, sarsılmaz iradənin və qürurlu qayıdışın timsalına çevrilmiş bu şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Bu təkcə diplomatik bir hadisə deyil, həm də tarixi ədalətin zəfəridir, milli suverenliyin möhtəşəm təntənəsidir.
ECO Zirvə toplantısında 13 ölkənin dövlət və hökumət başçısının iştirakı toplantının əhəmiyyətini bir daha sübut edir. Bu Zirvə görüşü göstərir ki, Qarabağ artıq münaqişə deyil, möhtəşəm dirçəlişin və sülhün məkanıdır.

İlk növbədə qeyd etmək lazımdır ki, 1964-cü ildə yaradılan və 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı kimi fəaliyyətini genişləndirən qurum beynəlxalq səviyyədə böyük nüfuza malikdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən ECO-nun Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və İran da daxil olmaqla 10 üzvü var.
Xankəndi şəhərində keçirilən bu mühüm Zirvə görüşündə İƏT-nın üzv dövlətləri rəhbərləri, o cümlədən İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian da iştirak etmişdi. Yükək təşkilatçılıqla seçilən bu beynəlxalq toplantı böyük uğurla başa çatmış, iştirakçı dövlət başçılarının imzaladıqları yekun sənəd qəbul edilib.
Zirvə görüşünün uğurları dost və qardaş dövlətləri sevindirsə də düşmənlərimiz və onların dəyirmanına su tökməklə məşğul olan bəzi siyasətçilər tərəfindən məfi çalarlarda ictimaiyyətə çatdırılır. İlk növbədə bu tədbirin Xankəndidə keçirilməsi Ermənistanda ciddi narahatçılıq və qıcıq yaradıb, onların dostları isə növbəti dəfə öz iç üzlərini göstəriblər.
Zirvə toplantısından bir neçə gün sonra Ermənilərə xüsusi sevgisi ilə tanınan, İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı sərsəm iddiaları Azərbaycanda ciddi narazılıq yaratmışdır. Öz diplomatik səlahiyyətlətini aşmaqla, təmsil etdiyi ölkə rəhbərinin imzaladığı sənədi şübhə altına alması çox təəccüb doğurur.

Qeyd edilməlidir ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib. sənədlərdən də göründüyü kimi Xankəndi Kommünikesinin qəbul olunması zamanı İran tərəfinin bu sənədə qeyd-şərt qoyması həqiqətə uyğun deyil və bu üzdəniraq səfirin iddiaları real vəziyyəti əks etdirmir.
Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən dərhal reaksiya verilərək rəsmi məlumat yayımlanıb, İran səfirinin iddialarının qəbuledilməz olduğu vurğulanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, "İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb.

Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir".
Məlumatda xüsusi olaraq vurğulanıb ki, İran səfirinin Ermənistanın "Armenpress" agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil. Beləliklə siyasi avantyuristlərin layiqli cavabı verilib.

Məsələ ilə bağlı qeyd etmək yerinə düşər ki, İran İslam Respublikasının Ermənistandakı səfiri birinci dəfə deyil ki, Azərbaycana qarşı düşmən mövqedən çıxış edir, ölkəmizin uğurlarına kölgə salan, siyasətini qınıyan bəyanat və müsahibələr verir, bu zaman öz ölkəsinin rəsmi mövqeyini nəzərə almır. Belə ki, 2024-cü ilin iyulunda bildirib ki, "Qərbi Azərbaycan" – İran İslam Respublikasının bir əyalətinin adıdır. Bu adın başqa bir coğrafi bölgəyə, xüsusilə də hər hansı formada ərazi iddialarını ehtiva edəcək şəkildə tətbiqi yolverilməzdir.

Daha sonra isə növbəti dəfə sayıqlayaraq "Azadlıq" radiosuna müsahibəsində guya vaxtilə Qarabağda yaşamış ermənilərin "hüququları"nın pozulduğunu iddia edib. Hətta Mehdi Sübhani utanıb-qızarmadan bu "məsələ"ni yara adlandırıb və həmin yaranın sağalmasına ehtiyac olduğunu bildirib. O, daha sonra vurğulayıb ki, guya erməni əsilli şəxslər Qarabağı könüllü tərk eməyiblər.

Bəs görəsən, "müsəlmançılıq"dan ağızdolusu danışan Mehdi Sübhani 300 minə yaxın azərbaycanlının geri qaytarılması və onların təhlükəsizliyinin təmini ilə bağlı niyə bir dəfə də olsun açıqlama verməyib? Görəsən o, adi bir "müsəlman" kimi hayların ərazilərimizi 30 il işğal altında saxlamalarına, soydaşlarımıza zülmlər etmələrinə, soyqırımları törətmələrinə, məscidləri viran qoymalarına, hətta həmin məkanlarda donuz saxlamalarına niyə göz yumub? Şübhəsiz, Ermənistana olan "tükənməz sevgi"si onun imanını da əlindən alıb. Bütün bunlar isə Mehdi Sübhanidə nə hüquqi, nə dini, nə də mənəvi dəyər anlayışlarının olmamasının təsdiqidir. Bu da onun ermənidən betər erməni olmasından irəli gəlir.

Belə olan təqdirdə ağayi Sübhaninin çərənləməsi heç bir məntiqə sığmır. Görünür, ermənipərəstliyi əsl həqiqəti dilə gətirməyə ona imkan vermir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyev-Paşinyan görüşü "vasitəçilik oyunu"nu yenə pozdu: - Qafqaz Rusiya, ABŞ və Avropa Birliyinin maraqlarına "girov" düşmədi
Bu gün, 21:11
Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə REAKSİYA
Bu gün, 18:00
Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi
Bu gün, 17:57
130 dollara ChatGPT planı satıldı - Dietoloqu hansı cəza gözləyir?
Bu gün, 17:55
Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib - AÇIQLAMA
Bu gün, 17:51
İrəvanda çağırış: - Daşnaksütyunu terror təşkilatı etməyin vaxtıdır
Bu gün, 17:48
Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər
Bu gün, 17:44
Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri - İNCƏLƏMƏ
Bu gün, 17:27
Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ - Hücum zamanı...
Bu gün, 17:23
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
Bu gün, 17:18
Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib - TƏFƏRRÜAT
Bu gün, 17:13
İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? - AKTUAL
Bu gün, 17:00
Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı
Bu gün, 16:55
Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? - Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT
Bu gün, 16:45
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib - FOTO
Bu gün, 16:36
DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib - TƏFƏRRÜAT
Bu gün, 16:30
Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
Bu gün, 16:28
Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur - Rubio
Bu gün, 16:14
Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
Bu gün, 16:13
Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 16:12
Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək - DİQQƏT!
Bu gün, 16:09
Bakıda həbs edilən ruslar fərari imiş
Bu gün, 16:04
ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub - AÇIQLAMA
Bu gün, 16:00
Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər - Rusiya XİN
Bu gün, 15:59
AYNA-nın növbəti OYUNU – Sürücüləri zinhara gətirən parklanma sistemi NİYƏ DƏYİŞMİR?
Bu gün, 15:57
Telli Pənahqızı bu TV-nin rəhbəri oldu - BUNDAN SONRA...
Bu gün, 15:55
“Daşnaksütyun” Paşinyanın hədəfində: - Bu təmizləmə yox, erməni xalqını xilasetmə cəhdidir
Bu gün, 15:52
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib
Bu gün, 15:49
Paşinyan Əbu-Dabidə: - Manukyanın evində axtarış aparılır
Bu gün, 15:48
Güney Qafqazda Əbu-Dabi yelləri... - GƏLİŞMƏ
Bu gün, 15:44
Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi - TƏFƏRRÜAT
Bu gün, 15:41
Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir - RƏY
Bu gün, 15:38
Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib
Bu gün, 15:23
Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir
Bu gün, 15:21
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
Bu gün, 14:18
Ermənistanda 7 nəfər terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılıb
Bu gün, 14:15
Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... - SÖZSÜZ Kİ...
Bu gün, 13:08
Bəylər Əyyubov yenidən Prezidentin yanında - FOTO
Bu gün, 13:05
Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib - KİV
Bu gün, 13:01
Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? - ŞƏRH
Bu gün, 12:55
Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib
Bu gün, 12:54
Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıdıb: Əliyev onu qəbul etməyib - “VÇK-OQPU”
Bu gün, 12:44
Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Bu gün, 12:41
Getdikcə azalan SƏNƏT SEVGİSİ - “Televizorda görürlər, elə bilirlər...”
Bu gün, 12:30
“Hələ jurnalistikanın gələcəyi var” - Yadigar Məmmədli
Bu gün, 12:25
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Rusiyaya işləməyə gedən azərbaycanlı yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:20
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
Bu gün, 12:17
İş adı ilə apardılar, müharibəyə göndərdilər – Goranboy sakininin şok taleyi
Bu gün, 12:15
Moskva Paşinyanın yerinə “ağ atlı” oğlan axtarır - Qara əbalı keşiş İŞƏ YARAMADI...
Bu gün, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru