"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." .....                     “Sinəsini açana Xalq artisti adı verirlər” .....                     SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... .....                     “Atam öz əcəli ilə ölməyib, intihar edib” .....                     Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... .....                     Yusif İmanovdan qalmaqallı açıqlama: .....                     Süleyman Mikayılov səyyar görüş keçirdi .....                     “Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır .....                     İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir .....                     Çörəyin qiyməti ucuzlaşır? .....                     Bəzi apteklərdəki əczaçılarla market satıcılarıın bilik səviyyəsində fərq yoxdur .....                     Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... .....                     Ağdam Sənaye Parkında yeni şirkət .....                     AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib .....                     Məsud Pezeşkiana hücumlar .....                     15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı .....                     Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: .....                     "DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." .....                     Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi .....                     Putinin danışan dilindən sərt açıqlamalar .....                     “JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR .....                     ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB .....                     Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir .....                     Qalmaqallı imtahanda .....                     Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu .....                     Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? .....                     Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır .....                     “Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu .....                     Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib .....                     Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə .....                     3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır .....                     Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon .....                     85 yaşlı direktor aylardır ki, işı çıxmır .....                     "Oğullarım əcnəbi xanımla ailə qurublar" .....                     "Danone" ləğv olunur .....                     "Rusiya Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, amma..." .....                     Türkiyə təkcə özünün yox... regionun da ŞƏKLİNİ DƏYİŞİR... .....                     Havanın yağmursuz olacağı gözlənilir .....                 

Liderlərin beş saatlıq görüşünün nəticəsi: sülh prosesində irəliyə daha bir addım - ŞƏRH
Tarix: Bu gün, 11:24 | Çap et

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi şəhərində görüş keçirilib. Görüşdə Ermənistan və Azərbaycan nümayəndə heyətləri də iştirak ediblər. Beş saat davam edən danışıqlarla bağlı verilən ilk məlumata görə, Əliyevin Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib. Bildirilib ki, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.

Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

Görüşün yekunları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi açıqlamasında deyilir: “10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb”.

“Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər”, - məlumatda qeyd olunub.

Əbu-Dabi danışıqlarını AYNA.AZ-a müsahibəsində şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy xatırladıb ki, bu görüş bu il liderlər arasında keçirilən ikinci görüşdür:

- Birinci görüş Albaniyada olmuşdu, amma orada daha çox qısa müddətli görüş idi, müəyyən jestlərlə yadda qalmışdı. İndiki görüş isə əvvəldən planlaşdırılan, geniş spektrli görüş idi. Nümayəndə heyətinə baxsaq görərik ki, geniş məsələlər müzakirə olunub. Hər iki tərəfdən əsas şəxslər görüşdə təmsil olundu. Görüşdə sərhədlərin delimitasiyası, nəqliyyat-kommumikasiyalar, Zəngəzur dəhlizi məsələsi, texniki məsələlər, sülh sazişi mətni kimi məsələlər müzakirə olunub, liderlər hər sahə ilə bağlı nümayəndələrinə tapşırıqlar veriblər. Azərbaycan tərəfindən XİN başçısının, Prezidentin köməkçisinin, Baş nazirin müavininin iştirakı, Ermənistan tərəfindən isə Baş nazirin müavininin, Təhlükəsizlik Şurasının katibinin və XİN başçısının iştirakı aydınlaşdırır ki, delimitasiya, kommunikasiya və sülh sazişi mətninin ətrafında geniş müzakirələr olub. Ən maraqlı məsələ isə odur ki, görüşdə Azərbaycan tərəfindən Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov, Ermənistan tərəfindən isə Ermənistanın Türkiyə ilə normallaşma prosesi ilə bağlı danışıqlardakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan iştirak edirdi. Bu, görüşlə bağlı görünənlərdir. Məsələn, erməni mediası Paşinyanın BƏƏ-yə 20 nəfərlik nümayəndə heyəti ilə getdiyindən bəhs edirdi. Yəqin ki, Azərbaycan tərəfi də o sayda ciddi bir komanda ilə gedib.

Görüşün beş saat çəkməsi ciddi müzakirələrin aparıldığını göstərir. Nəzərə almaq lazımdır ki, arada vasitəçi yox idi. Hətta tərcümə problemi də olmayıb, tərəflər rus və ingilis dillərində danışıblar. Beş saat az müddət deyil və çox ciddi müzakirələrin olduğunu bildirmək lazımdır.

- Görüşün BƏƏ-də keçirilməsi yeni platforma sayılır. Niyə məhz Əbu-Dabi?

- Bu görüşlə bağlı iki məsələ önəmlidir: birincisi, görüşün özünün keçirilməsi, ikincisi, BƏƏ-də keçirilməsi. Mart ayından bəri Ermənistan tərəfi sülh sazişini imzalamağa hazır olduğunu, bundan Azərbaycanın qaçdığını bəyan edir. Hətta buna görə Azərbaycan tərəfinə Qərb dairələrindən təzyiqlər edilirdi. Təzyiqləri ortadan qaldırmaq üçün belə bir görüşün, müzakirələrin keçirilməsi önənmli idi. İkincisi, prosesdə ABŞ tərəfinin fəallaşdığını görürük və bu fəallaşma içərisində dolayı yolla Vaşinqtonun təsirləri var.

Azərbaycan üçün də, Ermənistan üçün də BƏƏ önəmli ölkədir. BƏƏ ilə Azərbaycan arasında iqtisadi layihələr, investisiya sazişləri mövcuddur. Ermənistanla da BƏƏ arasında münasibətlər kifayət qədər normaldır. Hər iki ölkə ilə normal münasibətləri olan bir ölkədə liderlərin vasitəçisiz danışıqlar aparması özlüyündə müsbət məqam sayılmalıdır.

- Rəsmi açıqlamada nələrin müzakirə olunduğu açıqlanıb. Maraqlıdır, beş saatlıq müzakirədə ictimaiyyətə açıqlanmayan razılaşmalar olubmu?

- Anlaşılan odur ki, tərəflər bir çox məsələdə ortaq məxrəcə gələ biliblər. Bu görüşdən sonra onun şahidi ola bilərik ki, Azərbaycanın Ermənistan işğalı altında qalan 4 kəndinin qaytarılması, problemin hansısa formada həlli məsələsi gündəmə gələcək. Sərhədlərin delimitasiya və demarkasiyası prosesində yavaşlama vardı ki, bu kəndlərin qaytarılması ilə proses sürətlənə bilər.

Digər tərəfdən, açıqlamalardan belə anlaşılır ki, Zəngəzur dəhlizi ilə bağlı tərəflər siyasi hissəni həll edib, texniki məsələlərə keçməyə başlayıblar. Bu müzakirələrdə texniki məsələlərə baxılıb və tapşırıqlar verilib. Dəhlizə nəzarət, təhlükəsizliyin təmin olunması ətrafında müzakirələr gedir.

Sülh sazişi layihəsinə gəlincə, layihə demək olar ki, razılaşdırılıb və bu hələ bir müddət əvvəl elan edilib. Sadəcə Azərbaycanın məlum şərtləri var ki, onların həll olunmaması sazişin imzalanmasına maneə olur. Söhbət ATƏT-ə Minsk Qrupunun de-yure ləğvi barədə müraciətdən və Ermənistan Konstitusiyasına dəyişiklikdən gedir. Liderlərin görüşündə bu məsələlər ətrafında da müzakirələr aparılıb. Nəzərə almaq lazımdır ki, Ermənistan nümayəndə heyətinin içərisində olan Rubinyan həm də Ermənistan Parlamentinin vitse-spikeridir. Onun görüşdə iştirakı iki məqamdan xəbər verir. Məlumdur ki, vitse-spiker qanunvericilik orqanındadır və yəqin ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi prosesini Rubinyan koordinasiya edəcək. Eyni zamanda, Rubinyanın iştirakı prosesin Türkiyə, Ermənistan və Azərbaycan formatında müzakirə ediləcəyini göstərir.

Ümumilikdə götürəndə, liderlərin BƏƏ-də, həm də vasitəçisiz, uzun müzakirələrini müsbət qiymətləndirmək lazımdır. Bu görüş sülh prosesinin sürətlənməsi baxımından çox önəmlidir. Hesab edirəm ki, liderlərin verdiyi tapşırıqlar istiqamətində gərəkli addımlar atılacaq. Növbəti görüşlərdə bunun nəticələrinin şahidi olacağıq. Əbu-Dabi görüşü sülh prosesində irəliyə bir addım oldu.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Bu gün, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Bu gün, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Bu gün, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Bu gün, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Bu gün, 16:36
Yusif İmanovdan qalmaqallı açıqlama: - "Mənə qarşı ayrıseçkilik edildi"
Bu gün, 16:33
Süleyman Mikayılov səyyar görüş keçirdi
Bu gün, 16:25
“Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır - “Vallah, mənə heç nə deməyiblər”
Bu gün, 16:18
İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir - VİDEO
Bu gün, 16:16
Çörəyin qiyməti ucuzlaşır? – AÇIQLAMA
Bu gün, 16:12
Bəzi apteklərdəki əczaçılarla market satıcılarıın bilik səviyyəsində fərq yoxdur -Pediatrdan sərt tənqid
Bu gün, 16:09
Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... - HƏR HALDA...
Bu gün, 16:03
Ağdam Sənaye Parkında yeni şirkət - Dəmir qapı istehsal edəcək
Bu gün, 16:01
AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib
Bu gün, 15:50
Məsud Pezeşkiana hücumlar - İran hakimiyyətinin köhnə prinsipləri
Bu gün, 15:41
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
Bu gün, 15:36
Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: - evini satmağa məcbur oldu
Bu gün, 15:35
"DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." - Astara sakini oğluna əlillik dərəcəsi verilməməsindən şikayətçidir
Bu gün, 15:19
Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi - TƏFƏRRÜAT
Bu gün, 15:16
Putinin danışan dilindən sərt açıqlamalar
Bu gün, 15:14
“JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR - VİDEO
Bu gün, 15:10
ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB - Qusar sakini Pirverdiyevin qohumlarını ittiham edir
Bu gün, 15:07
Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir - Sərdar Cəlaloğlu
Bu gün, 14:02
Qalmaqallı imtahanda qalmaqallı SON
Bu gün, 14:00
Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır – Ruslar və yəhudilər…
Bu gün, 13:58
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTO
Bu gün, 13:50
Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 13:42
Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır - Aİ
Bu gün, 13:39
“Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu - TƏFƏRRÜAT
Bu gün, 13:23
Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 13:03
Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə – İrəvandan sürpriz rol
Bu gün, 13:01
3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi
Bu gün, 12:57
Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır – Rəsmi
Bu gün, 12:55
Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon - SƏRF OLUNACAQ
Bu gün, 12:52
85 yaşlı direktor aylardır ki, işı çıxmır - İLGİNC
Bu gün, 12:42
"Oğullarım əcnəbi xanımla ailə qurublar"
Bu gün, 12:32
"Danone" ləğv olunur
Bu gün, 12:29
"Rusiya Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, amma..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Türkiyə təkcə özünün yox... regionun da ŞƏKLİNİ DƏYİŞİR... - İNCƏLƏMƏ
Bu gün, 12:20
Havanın yağmursuz olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:14
ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur... - "Azəriqaz" şefi "GÜL VURUR"...
Bu gün, 12:08
“Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb
Bu gün, 12:01
Mehdiabadı KİM XARABA QOYUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:58
Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib
Bu gün, 11:49
Agentliyin 9 ölkədə tədbir keçirmək planı baş tutmadı - TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:44
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb - AÇIQLAMA
Bu gün, 11:41
Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi: 2 qəzet BİRLƏŞDİ - FƏRMAN
Bu gün, 11:39
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 11:38
Rusiyada FACİƏ: azərbaycanlı öldü - HƏSSAS GÖRÜNTÜLƏR
Bu gün, 11:34
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək – 14 milyon manatlıq dələduzluq
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru