Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının başından güllə yarası alan hərbçisi "Gümrü" tibb mərkəzinə çatdırılıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə tibb mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Hərbçi iyulun 10-da təxminən saat 19:00-da son dərəcə ağır vəziyyətdə çatdırılıb və o əməliyyat edilib.
Bildirilib ki, 23 yaşlı Aleksey G. reanimasiya şöbəsindədir, onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
Gümrüdə hərbçinin özünü başından güllələdiyi barədə məlumat yayılır. Digər təfərrüatlar bildirilmir.