Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elan olunan “Palo Alto” avadanlıqları və lisenziyalarının satın alınması üzrə tenderə yekun vurulub.
FED.azxəbər verir ki, tenderin qalibi “Smartit” MMC olub.
Müqavilənin dəyəri 510.809,02 manat təşkil edir. Bu çərçivədə “SmartIT” MMC Mərkəzi Banka kibertəhlükəsizlik sahəsində dünyaca tanınan “Palo Alto” avadanlıqları və lisenziyalarının təchizatını həyata keçirəcək.