SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... .....                     “Atam öz əcəli ilə ölməyib, intihar edib” .....                     Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... .....                     Yusif İmanovdan qalmaqallı açıqlama: .....                     Süleyman Mikayılov səyyar görüş keçirdi .....                     “Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır .....                     İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir .....                     Çörəyin qiyməti ucuzlaşır? .....                     Bəzi apteklərdəki əczaçılarla market satıcılarıın bilik səviyyəsində fərq yoxdur .....                     Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... .....                     Ağdam Sənaye Parkında yeni şirkət .....                     AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib .....                     Məsud Pezeşkiana hücumlar .....                     15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı .....                     Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: .....                     "DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." .....                     Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi .....                     Putinin danışan dilindən sərt açıqlamalar .....                     “JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR .....                     ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB .....                     Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir .....                     Qalmaqallı imtahanda .....                     Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu .....                     Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? .....                     Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır .....                     “Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu .....                     Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib .....                     Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə .....                     3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır .....                     Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon .....                     85 yaşlı direktor aylardır ki, işı çıxmır .....                     "Oğullarım əcnəbi xanımla ailə qurublar" .....                     "Danone" ləğv olunur .....                     "Rusiya Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, amma..." .....                     Türkiyə təkcə özünün yox... regionun da ŞƏKLİNİ DƏYİŞİR... .....                     Havanın yağmursuz olacağı gözlənilir .....                     ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur... .....                     “Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb .....                 

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək – 14 milyon manatlıq dələduzluq
Tarix: Bu gün, 11:30 | Çap et

Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam etdiriləcək.

Musavat.com xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir. İbtidai istintaq zamanı “Atlant” istirahət mərkəzinin üzərinə həbs qoyulub. Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb. Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub, qərar icraya yönəldilib. Bundan başqa, telefon danışıqları ilə bağlı sorğu göndərilməsi məsələsi də araşdırılacaq. Bu arada təqsirləndirilən Nofəl Hacıyevin müdafiəsinə vəkillər Ceyhun Yusifov və Asim Hacıyevin qoşulub. Məhkəmədə elan olunub ki, Nofəl Hacıyevin yaxınları tərəfindən hər iki vəkillə müqavilə bağlanıb. Ceyhun Yusifov bildirib ki, zərərçəkmiş şəxslərin sayı həddən çoxdur: "Burada zərərçəkmişlər iki hissəyə bölünür: həqiqi zərərçəkmişlər və formal zərərçəkmişlər. Zərərçəkmiş qismində tanınan Bayram Yusifovun adı var. Onun Xırdalandakı tikintidə evi var. Ona ziyan dəymədiyi halda, zərərçəkmiş qismində tanınıb. Biz burada zərərçəkmişləri müəyyən etməliyik. Bayram Yusifovun dindirilməsini istəyirik”.

Musavat.com xatırladır ki, Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinidir. Məhkəmədə digər vəkil A.Hacıyev müvəkkilinin barəsindəki qəti-imkan tədbirinin ev dustaqlığı əvəzlənməsini istəyib. Vəkil deyib ki, istirahət mərkəzinin hərraca çıxarılmasını, satışdan əldə olunan vəsaitlə ziyanın ödənilməsi istəyirlər.

Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevin barəsində qüvvədə olan Nərimanov Rayon Məhkəməsinin hökmü var. Vəkil Ceyhun Yusifov bu səbəbdən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətdən imtina etdiklərini, lakin əmlakın açıq hərracda satılması ilə bağlı vəsatətə baxılmasını istəyib.

Hakim bildirib ki, zərərçəkmiş şəxsin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar var, həmin qərarın icra olunması üçün müvafiq qurumlara müraciət olunub. Daha sonra əmlakının açıq hərracda satılması ilə bağlı prosessual qayda müzakirə olunub. Vəkil Ceyhun Yusifov bildirib ki, əmlakın sonda satılması barədə heç bir qayda nəzərdə tutulmayıb, istənilən mərhələdə əmlakın satılması mümkündür. Nofəl Hacıyev vəkilləri ilə razı olduğunu deyib: "Bu qədər şahid ifadə verib. “Atlant” Bakıda tikintidən olan vəsait hesabına tikilib. Bunu şahidlər də təsdiq edib. Sumqayıtdan Bakıya qədər olan tikintidən ayrılan pullar istirahət mərkəzinə yönləndirilib. Biz qohum olmuşuq, mənim də qohumluq etibarımdan istifadə edib. Mən heç bir əmlakı yayındırmamışam. Yayındırmış olsaydım, bu gün burada olmazdım. Övladlarım da öz evində yaşayırdı. Bunu Tahir Qədəşov da çox gözəl bilib".

Təqsirləndirilən şəxs bildirib ki, bütün tikintilərin Tahir Qədəşova aid olmasını hər kəs bilir. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətindən də layihələr Tahir Qədəşova verilib. Dövlət ittihamçısı Fariz Rzayev əmlakın satılması ilə bağlı vəsatətin baxılmamış saxlanılmasını, sonra hökmdə bu məsələyə qiymət verilməsini istəyib. Zərərçəkmiş şəxslər əmlakların satılmasını, ziyanın ödənilməsini istəyiblər. Tahir Qədəşovun vəkili Muxtar Mustafayev vəsatətə etiraz edib. Bildirib ki, əmlakın cinayət yolu ilə əldə olunması məhkəmədə sübuta yetirilməlidir. Daha sonra müşavirə keçirən hakimlər qərar elan ediblər. Qərara görə, vəsatətin baxılması təxirə salınıb. Hakim bildirib ki, bu məsələ məhkəmənin müşavirə otağında qiymət verilməli olan məsələdir və məhkəmə bu vəsatətə yekunda müşavirə otağında qiymət veriləcək. Daha sonra çıxış edən Nofəl Hacıyev bildirib ki, Ramana qəsəbəsində "Bərəkətli" MMC-nin direktoru olub və 8 hektar torpaq sahəsi olub:

"Tahir Qədəşov hansısa yolla mən həbs olunandan sonra başqasının adına keçirib. Həmin torpaq sahəsinin ərazisində ağacları kəsib".

Bundan sonar zərərçəkmiş qismində Şahbala Şükürov ifadə verib. O bildirib ki, 110 kvadrat metrlik mənzil alıb: "Mən makler vasitəsi ilə tanış olmuşam və mənzil almışam. Sonra evi satdım".

Məlum olub ki, həmin mənzil üç nəfərə ayrı-ayrı vaxtlarda satılıb. Zərərçəkmiş deyib ki, ona heç bir ziyan dəyməyib, mənzili alıb və daha sonra başqa şəxsə satıb.

Nofəl Hacıyevin vəkili deyib ki, hazırda ifadə verən zərərçəkmiş ziyan çəkməyib. Vəkilin sözlərinə görə, ona mənzil satılıb: "Həmin şəxsdə aldığı məbləğdən baha qiymətə mənzili satıb və burada qazanıb. Biz bilmək istəyirik ki, bu şəxs necə zərərçəkmiş qismində tanınıb ki, buna görə də ziyan hesablanıb".

Hakim deyib ki, Şahbala Şükürov zərərçəkmiş qismində tanınıb. Daha sonra Şahbala Şükürov eyni mənzili kağız üzərində alan 3 nəfər zərərçəkmişlə üzləşdirilib. Onların arasında söz mübahisəsi yaranıb. Zərərçəkmiş Şahbala Şükürov bildirib ki, onun heç kimə qarşı şikayəti və ya tələbi yoxdur. Daha sonra şahid qismində Hikmət Məmmədov ifadə verib. Məlum olub ki, zərərçəkmiş Xatirə Məmmədovanın həyat yoldaşıdır. Bundan əvvəlki iclasda zərərçəkmiş ifadə verib. Təqsirləndirilən Nofəl Hacıyev həmin ittihamı qəbul etməyib və onun həyat yoldaşına sualları olduğunu deyib. Onun sözlərinə görə, Hüseyn Səfərovun xahişi ilə Hikmət Məmmədovun adına mənzil yazıb. Şahid Hikmət Məmmədov bildirib ki, təqsirləndirilən şəxsi tanıyıb və onunla 2018-ci ildə tanışlıqları yaranıb: "Həmin ilin dekabrın 15-də Nofəlin ofisində pulu ödəyib və mənzil almışıq. Sonradan evi təmir etmək istəmişik. Lakin ev başqa bir nəfərə də satıldığı üçün təmir edə bilməmişik. MTK-ya mənzil almaq üçün pulu tam ödəmişik, bununla bağlı maliyyə arayışı da var".

Şahid qeyd edib ki, ümumilikdə mənzili almaq üçün 120 min manat ödəyib: "Amma müqavilədə məbləğ 167 min manat göstərilib. Bunu soruşdum, dedilər ki, gələcəkdə baha qiymətə satmaq üçün yazılıb".

Digər zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, şahid burada tamamilə yalan danışır. Onun sözlərinə görə, şahid onun uşaqlıq dostudur: "İndi burada deyir ki, tanışlıq 2018-ci ildə olub. Bir mənzili oğurlayıb, amma verməyib. Prokurorluğa şikayət etməklə şantaj etdi". Şahid onların danışdıqlarını yalan olduğunu deyib. Daha sonra prosesdə iştirak edə bilməyən bir neçə zərərçəkmişin ifadələri elan olunub.

Qeyd edək ki, Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər. Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” istirahət mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” istirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, camaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” maksimum xidmət göstərən böyük bir kompleksdir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Bu gün, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Bu gün, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Bu gün, 16:36
Yusif İmanovdan qalmaqallı açıqlama: - "Mənə qarşı ayrıseçkilik edildi"
Bu gün, 16:33
Süleyman Mikayılov səyyar görüş keçirdi
Bu gün, 16:25
“Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır - “Vallah, mənə heç nə deməyiblər”
Bu gün, 16:18
İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir - VİDEO
Bu gün, 16:16
Çörəyin qiyməti ucuzlaşır? – AÇIQLAMA
Bu gün, 16:12
Bəzi apteklərdəki əczaçılarla market satıcılarıın bilik səviyyəsində fərq yoxdur -Pediatrdan sərt tənqid
Bu gün, 16:09
Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... - HƏR HALDA...
Bu gün, 16:03
Ağdam Sənaye Parkında yeni şirkət - Dəmir qapı istehsal edəcək
Bu gün, 16:01
AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib
Bu gün, 15:50
Məsud Pezeşkiana hücumlar - İran hakimiyyətinin köhnə prinsipləri
Bu gün, 15:41
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
Bu gün, 15:36
Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: - evini satmağa məcbur oldu
Bu gün, 15:35
"DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." - Astara sakini oğluna əlillik dərəcəsi verilməməsindən şikayətçidir
Bu gün, 15:19
Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi - TƏFƏRRÜAT
Bu gün, 15:16
Putinin danışan dilindən sərt açıqlamalar
Bu gün, 15:14
“JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR - VİDEO
Bu gün, 15:10
ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB - Qusar sakini Pirverdiyevin qohumlarını ittiham edir
Bu gün, 15:07
Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir - Sərdar Cəlaloğlu
Bu gün, 14:02
Qalmaqallı imtahanda qalmaqallı SON
Bu gün, 14:00
Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır – Ruslar və yəhudilər…
Bu gün, 13:58
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTO
Bu gün, 13:50
Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 13:42
Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır - Aİ
Bu gün, 13:39
“Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu - TƏFƏRRÜAT
Bu gün, 13:23
Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 13:03
Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə – İrəvandan sürpriz rol
Bu gün, 13:01
3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi
Bu gün, 12:57
Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır – Rəsmi
Bu gün, 12:55
Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon - SƏRF OLUNACAQ
Bu gün, 12:52
85 yaşlı direktor aylardır ki, işı çıxmır - İLGİNC
Bu gün, 12:42
"Oğullarım əcnəbi xanımla ailə qurublar"
Bu gün, 12:32
"Danone" ləğv olunur
Bu gün, 12:29
"Rusiya Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, amma..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Türkiyə təkcə özünün yox... regionun da ŞƏKLİNİ DƏYİŞİR... - İNCƏLƏMƏ
Bu gün, 12:20
Havanın yağmursuz olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:14
ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur... - "Azəriqaz" şefi "GÜL VURUR"...
Bu gün, 12:08
“Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb
Bu gün, 12:01
Mehdiabadı KİM XARABA QOYUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:58
Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib
Bu gün, 11:49
Agentliyin 9 ölkədə tədbir keçirmək planı baş tutmadı - TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:44
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb - AÇIQLAMA
Bu gün, 11:41
Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi: 2 qəzet BİRLƏŞDİ - FƏRMAN
Bu gün, 11:39
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 11:38
Rusiyada FACİƏ: azərbaycanlı öldü - HƏSSAS GÖRÜNTÜLƏR
Bu gün, 11:34
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək – 14 milyon manatlıq dələduzluq
Bu gün, 11:30
“Təhsil qərarları yalnız rəqəmlərlə ölçülməməlidir!” - Kamran Əsədov
Bu gün, 11:27
Mavritaniya, Zimbabve, Toqo və Nigerə həsəd aparan "milli" komanda: -Reytinqdə 3 "addım" geri getdik
Bu gün, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru