PKK-da 30 nəfərlik ilk qrupun silahı buraxması ilə qruplaşmanın ləğvi qərarı praktiki mərhələyə keçdi. Bu mərhələnin davamında müəyyən problemlər yaşana, kiçik qruplar prosesi pozmağa çalışa bilər, lakin PKK-nın əvvəlki dövrə qayıtmasının çətin olacağı məlumdur.
Silahların məhz yandırılması da simvolik xarakter daşıyır: bu, yenidən silahlanmayacaqları deməkdir.
Azərbaycanın Qarabağı azad etməsi və erməni separatizmini sıradan çıxarmasından sonra Türkiyənin də PKK problemini həll etməsi/etməyə başlaması iki müttəfiqin regionda hakim mövqeyini gücləndirən amildir. Çünki indiyə qədər maraqlı tərəflər Qarabağın işğalını-erməni separatizmini Bakıya, PKK-nı Ankaraya qarşı “buxov” kimi istifadə etməyə çalışırdı. Bu “buxov”ların qırılması Əliyevin dediyi “XXI əsr türk əsri olacaq” sözlərinin reallıq perspektivini gücləndirir.
Asif Nərimanlı - "DİA-AZ"