Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                     Rusiyadan gələn dollar axını dayanır .....                     Bu xanıma YAP-da yüksək vəzifə verildi .....                     Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub .....                     Avropada Kamançanın Səsi .....                     Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi .....                     “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Deputatlarımız kazino oynayacaqmı? .....                     Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? .....                     "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır" .....                     Arvadların döydüyü ərlər: .....                     “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” .....                     Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb .....                     Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı .....                     Dünya Çempionatında tamaşaçı fiaskosu .....                     Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına .....                     İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? .....                     Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək .....                     Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? .....                     “Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək .....                     “Sea Breeze”ə bu qədər pul xərclənib .....                     Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... .....                 

“Zəngəzur düyünü”nü kim açacaq? - AKTUAL
Tarix: Bu gün, 04:41 | Çap et

ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bəyan edib ki, Amerika tərəfi Azərbaycanın qərb rayonlarını Ermənistanın Sünik (Zəngəzur) vilayəti üzərindən Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. Bundan əvvəl Rusiyanın nəzarətində olması nəzərdə tutulan bu dəhlizin idarəçiliyinin Amerikanın özəl şirkətlərindən birinə icarəyə verilməsi ehtimalı barədə “Karnegi Fondu” və bir sıra KİV-lər məlumat yayıb.

Tom Barrak Nyu-Yorkda keçirdiyi brifinqdə deyib: “Ermənistan və Azərbaycan 32 kilometrlik yolla bağlı mübahisə edirlər. Amma bu, zarafat deyil. Cəmi 32 kilometr yolla bağlı mübahisə artıq on ildir davam edir. Beləliklə, nə baş verir? Amerika gəlir və deyir: “Yaxşı, biz bunu üzərimizə götürürük. Bu 32 kilometri yolu 100 illiyə bizə icarəyə verin və siz hamınız ondan istifadə edə bilərsiniz”.

Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanata əsasən, regiondakı nəqliyyat dəhlizlərinə nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən həyata keçirilməli idi. Lakin Ermənistan alternativ “Sülh kəsişməsi” nəqliyyat layihəsini təklif etdi. Bu layihəyə görə, infrastruktur onun ərazisindən keçdiyi ölkələrin – Ermənistan, Azərbaycan, Türkiyə və İranın suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir. Rusiya isə oyundan kənar vəziyyətdə qalır.

Middle East Eye nəşrinin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, daha sonra Türkiyə dəhlizin idarəçiliyinin həm Ermənistan, həm də Azərbaycanı razı salacaq özəl şirkətə verilməsini təklif edib. Nəşrin iddiasına görə, İrəvan Naxçıvan Muxtar Respublikasının ərazisində də belə nəzarətin həyata keçirilməsini tələb edib. Lakin Bakı bu variantı rədd edib.

Qeyd edək ki, ABŞ rəsmiləri indiyədək bu nəqliyyat layihəsində iştirak ehtimalını şərh etməmişdi. Dövlət Departamenti isə ötən həftə bildirmişdi ki, onların mətbuatda yayılan məlumatlarla bağlı heç bir informasiyası yoxdur. Lakin indi bu ehtimal ABŞ-ın Türkiyədəki səfirinin dilindən səslənir.

Bəs, bundan sonra nə ola bilər? Bakı və İrəvan Zəngəzur dəhlizinin müvəqqəti olaraq ABŞ-ın nəzarətinə verilməsinə razılaşa bilərlərmi? Əgər bu baş versə, Cənubi Qafqazda vəziyyət necə dəyişəcək? Prosesdə kim uduzacaq, kim udacaq? Bu, Rusiyanın və İranın regiondakı siyasətinə təsir edəcəkmi?

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Pressklub.az-a açıqlamasında vəziyyəti şərh edib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Zəngəzur dəhlizində beynəlxalq nəzarət altında maneəsiz keçid rejimi tətbiq edilməlidir.

Erməni tərəfi istəyir ki, dəhlizin Zəngəzur (Meğri) hissəsində azərbaycanlılar və Azərbaycan yükləri üçün tətbiq ediləcək rejim Naxçıvandan Yersax və Meğriyə gedən Ermənistan vətəndaşları və yükləri üçün də eyni cür tətbiq edilsin. Azərbaycan isə bununla razılaşmır. Çünki Zəngəzurda maneəsiz keçid rejimi müharibənin nəticəsidir və bu rejim yalnız bir yola aiddir. Meğri eksklav deyil, Ermənistan vətəndaşları və yükləri oraya başqa yollarla da çatdırıla bilər”, – politoloq qeyd edib.

Ekspert bildirib ki, Amerikanın nəzarət etməsi variantı beynəlxalq nəzarət mövzusudur:

Əvvəllər Üçtərəfli Bəyanatda Meğri yoluna Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının nəzarəti nəzərdə tutulurdu. Sonra bu hissədə İsveçrə şirkətinin operatorluğu məsələsi gündəmə gəlmişdi. İndi isə amerikalılar məsələsi ortaya atılıb. Bu yenə də Ermənistan tərəfindən asılıdır. Ermənistan tərəfi isə istəyir ki, Naxçıvandan keçən yolda da eyni rejim tətbiq olunsun. Bu isə yumşaq desək, konstruktiv yanaşma deyil.

Ermənistanın beynəlxalq nəzarət mövzusunda kiminlə razılaşacağı və bunun Azərbaycanı qane edib-etməyəcəyi gələcək danışıqların mövzusu olacaq.

Bu gün bu təklif Amerikanın təşəbbüsüdür və müəyyən dərəcədə əvvəlki variantları təkrarlayır. Əvvəlki variantlar baş tutmayıbsa, yeni təklifin keçəcəyinə də zəmanət yoxdur. Ona görə də, bu məsələyə skeptik yanaşıram. Yəni, bu, yalnız dəhlizin Zəngəzur hissəsində reallaşacaqsa, real variant ola bilər. Amma burada Ermənistan üçün İranın mövqeyi Rusiyanın mövqeyindən daha vacib olacaq. Faktiki olaraq, onlar bir nəzarəti digər nəzarətlə əvəz edirlər. Yəni, Azərbaycanın nəzarətini Amerika nəzarəti ilə dəyişmək istəyirlər. Bu isə yəqin ki, Tehranın gözlədiyi və arzuladığı variant deyil.

Bu, sırf Ermənistanın qərar verə biləcəyi məsələdir. Onlar beynəlxalq nəzarəti kimə etibar edəcəklərinə özləri qərar verməlidirlər – Rusiya, İsveçrə şirkəti, Amerika şirkəti, ya da başqa biri. Bundan sonra isə Bakı elan edəcək ki, bu variant Azərbaycan tərəfini qane edir, yoxsa yox”, – Məmmədov yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Bu gün, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Bu gün, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Bu gün, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Bu gün, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Bu gün, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Bu gün, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Bu gün, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Bu gün, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Bu gün, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Bu gün, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Bu gün, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bu gün, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Bu gün, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Bu gün, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Bu gün, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Bu gün, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Bu gün, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Bu gün, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Bu gün, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Bu gün, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Bu gün, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30
Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18
“Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03
“Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58
Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50
Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45
Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44
434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39
6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32
Mariana Vasileva vəzifəsinə geri dönüb? - İLGİNC
Bu gün, 09:22
Putin rus qadınlarının az uşaq doğmasından narazıdır
Bu gün, 09:13
Maliyyə Nazirliyinin verdiyi mühüm sənədlər AYNA-da yoxa çıxıb
Bu gün, 09:09
Naxçıvan yolunda Rusiya FTX-si, yoxsa ABŞ şirkəti? - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
İrəvan Moskvanın əvəzinə Parisin əsiri olur - ŞƏRH
Bu gün, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru