Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə .....                     "Azərsu"ya rəhmət oxudan "ADSEA"... .....                     Aliment borcuna görə həbslərin sayı getdikcə artır: .....                     Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb .....                     “Qarabağ” Çempionlar Liqasından .....                     Paşinyanın hansı sözü Trampı utandırııb?.. .....                     Naxçıvanda “problem axtarırsan” sözünə görə gənc oğlanı bıçaqlayan şəxsə .....                     Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi .....                     Tural Gəncəliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb? .....                     Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya fayda gətirəcək .....                     Qurban Məmmədovun istintaqı başa çatdı .....                     İranı qarışdıran Azərbaycan xəritəsi .....                     Bu türk ölkəsi miqrantları geri çağırır: sıra Azərbaycanda? .....                     Əliyevin Vaşinqtondakı qələbəsini etiraf etdilər: Zəngəzuru aldı .....                     Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı .....                     SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları... .....                     Rusiya sərhədçiləri Zəngəzurda qalmayacaq .....                     “Bizə qarşı hər hücuma "güzgü prinsipi" ilə cavab verəcəyik" .....                     "Alyans Biznes" MMC-nin vergi borcu 90 min manata yaxınlaşır .....                     Ərdoğana “Ermənistanla sərhədi aç” tələbi .....                     Şəkidə “Kiş Adası”nda müştəriləri QUŞ YERİNƏ qoyub... QAZ KİMİ YOLURLAR... .....                     Burda müştərini hər addımda aldadırlar... .....                     Tramp Putinlə Alyaskada nə danışacaq? .....                     İranın Ermənistanı cəzalandırmaq planı .....                     Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR... .....                     Moskvadan Bakıya növbəti terror hədəsi .....                     Ermənilərin Azərbaycandan inanılmaz tələbi .....                     Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır .....                     Əmrullayevin iflası: HƏM DƏ İFŞASI... .....                     201 nömrəli məktəbin müəllimləri direktora qarşı BİRLƏŞDİ .....                     "Hansı əsaslarla təsviri incəsənət müəlliminə texnologiya dərsi veriləcək?" .....                     Nəcməddin Sadıqov XAİNDİR: Söhbət niyə İNDİ AÇILDI? .....                     Azərbaycan-Ermənistan arasında turizm sahəsində münasibətlər yarana bilərmi? .....                     Zəngəzur söhbətləri: əsassız iddialara səbəb nədir? .....                     Cənubi Qafqazda Rusiyaya yer yoxdur: “Oyun qaydaları” dəyişir .....                     "Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb" .....                     Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərini TƏHDİD OLARAQ GÖRÜR? .....                     Bu kosmetoloqlar HƏBS OLUNA BİLƏR .....                     Azərbaycanın Ukrayna ərazisindəki obyektlərinin vurulması Kremlin qisas aksiyasıdır... .....                     Azərbaycan Ordusunun keçmiş xidmət rəisi vəfat etdi .....                 

Moskvadan Bakıya növbəti terror hədəsi - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 08:18 | Çap et

Rusiya Milli Anti-Korrupsiya Komitəsinin sədri Kirill Kabanov Azərbaycanı hədəfə alan skandal çağırış edib. Musavat.com xəbər verir ki, o, Ukrayna ərazisində Azərbaycan strukturlarına məxsus neft obyektlərinə “hədəfli zərbələr” endirilməsini təklif edib.

Kabanov öz Telegram kanalında yazıb ki, “Rusiya üçün kimin həqiqi müttəfiq, kimin isə rəqib olduğu getdikcə daha açıq görünür”.

Onun iddiasına görə, Bakı artıq Moskvaya əvvəlki kimi “dost münasibət” göstərmir, əsas tərəfdaş kimi isə Türkiyə, ABŞ, Böyük Britaniya və Ukraynanı görür.

Rusiya rəsmisi bu faktın regionun geosiyasi mənzərəsini dəyişdiyini və Moskvanın Azərbaycanla əməkdaşlığa dair əvvəlki yanaşmalarını “şübhə altına aldığını” bildirib. O, bununla da kifayətlənməyərək, “Azərbaycanla bağlı neft obyektlərinə zərbələr endirməklə yanaşı, Azərbaycan diasporu ilə əlaqəli cinayətkar təşkilatların Rusiya biznesindəki təsirini və fəaliyyətini tamamilə dayandırmaq” çağırışı edib.

Kabanovun bu açıqlaması Kreml çevrələrində Azərbaycana qarşı artan qəzəb və təhdid ritorikasının yeni mərhələsidir. Rusiya belədir: normal, diplomatik dillə danışa bilmir, əvəzində hədə, təzyiq və zor dilinə üstünlük verir. Belə düşüncənin isə nə dostu olar, nə də tərəfdaşı. Heç kim belə aqressiv və etibarsız yanaşmaya yaxın olmaq, əməkdaşlıq etmək istəməz.

Moskvanın artan təhdidləri hansı hazırlıqlardan xəbər verir? Kabanov kimi rus məmurları kim təlimatlandırır?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Kirill Kabanovun Azərbyacana qarşı kəskin, düşmən mövqeyindən fərqlənməyən fikirlər səsləndirməsi ilk dəfə deyil: “Bu adam vaxtaşırı Azərbaycana qarşı hədə xarakterli və təhqirlə dolu çıxışlar edir. Kirill Kabanov Rusiya Milli Anti-Korrupsiya Komitəsinin sədridir, eyni zamanda Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvüdür. Bu adam Kremlin içində, Vladimir Putinin yanındadır. Bu isə belə nəticəyə gəlməyə əsas yaradır ki, bu cür sərsəm yaramaz adamların anti-Azərbaycan ritorikası, fikirləri Kremldən verilən tezislərdir. Kirill kimiləri Rusiya siyasi dairələrinin fikirlərini dilə gətirirlər. Həm Rusiya televiziyalarındakı aparıcılar, həm Zatulin və Kabanov kimi yaramazlar eyni mərkəzdən göztəriş alır və qidalanırlar. Azərbaycana qarşı hədə dilində danışmaqları əslində onların zəifliyidir. Aleksandr Duqinin dünənki yazısında əslində Rusiyanın hansı duruma düşdüyü çılpaqlığı ilə ortaya qoyulur və bu vəziyyətə gəlib çatmada Rusiya rəhbərliyi günahkar kimi təqdim olunur, bundan nəticə çıxarmalı olduqları vurğulanır. Bəli, Rusiya Azərbaycana qarşı aqressiv siyasətdən imtina edib hazırkı durumundan nəticə çıxarmalıdır. Azərbaycana və digər qonşu dövlətlərə qarşı planlar qurmaq kimi yanlış siyasi xətdən geri çəkilməlidir. Azərbaycanın neft obyektlərini bombalamaq kimi çağırışlar, Azərbaycan diasporunu cinayətkar qruplarla əlaqədə suçlamaq Rusiyanın sonda özünü batıracaq çox təhlükəli yola meyillənməsindən xəbər verir”.

Həmsöhbətimiz hesab edir ki, Rusiya hakimiyyəti nə qədər gec deyil, yanlış yoldan geri çəkilməlidir, çünki Azərbaycanla hədə dilində danışmaqla heç vaxt Azərbaycanı öz yanında görə bilməzlər: “Kirill Kabanov kimilərinin dili ilə deyilir ki, Rusiya işğlaçılıq etsin, ağılagəlməz qanunsuzluqlara yol versin, beynəlxalq hüququ ayaqlar altına alsın, lakin Azərbaycan və digər ətraf ölkələr buna göz yumub Rusiyanın yanında olsun. Azərbaycan Rusiyanın işğalçı hərəkətlərinin, cinayətlərinin yanında ola bilməz. Azərbaycan Rusiya ilə normal qonşuluq münasibətlərində maraqlı olduğunu daim nümayiş etdirir, ancaq Azərbaycan Rusiyanın cinayətlərinə ortaq ola bilməz”.

Ekspert qeyd edir ki, Kirill Kabanovun Azərbaycanın neft obyektlərinə zərbə endirmək, diaspora təşkilatları üzvlərinin bizneslərini məhv etmək barədə çağırışları Rusiya ilə dost olmağın mümkünsüzlüyünü də təsdiqləyir: “Rəsmi şəxslərin dilindən bu cür çağırışlar ifadə edilən bir dövlətin, təbii ki, yanında heç kim dayanmaq istəməz. Rusiya bundan nəticə çıxarmalıdır. Zor dili ilə danışmaq Rusiyaya uğur gətirməyəcək. Kirill Kabanov kimilərinin çağırışları həm də bizə onu deyir ki, biz hər an hər şeyə hazır olmalıyıq, ehtiyatı əldən verməməliyik”.

Siyasi ekspert Əli Oruov isə bildirdi ki, Kabanovun çağırışları nasist çağırışlarıdır və rus cəmiyyətində, siyasi elitada neonasizm təzahürləri getdikcə artmaqdadır: “Rusiya hakim dairələri dostluq və müttəfiqliyi köləlik və müstəmləkə ilə səhv salırlar. Moskva hələ də anlamaq istəmir ki, tarixin təkərin geri fırlatmaq mümkün deyil və Rusiyanın da təhdidedici, hədə ritorikası əks effekt verir və imperiyapərəst, davakar siyasəti onu özünütəcridə aparıb. Bu gün Rusiyanın, demək olar ki, dostu və tərəfdaşı qalmayıb. Hətta ən yaxın hərbi-siyasi müttəfiqləri də qaçmağa çalışır, təhlükəsizlikləri ilə bağlı alternativ yollar axtarışındadır. Bakı strateji müttəfiqliklə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz yerinə yetirir. Təəssüflər olsun ki, Rusiya, həmişə olduğu kimi, imzasına və sözünə əməl etmir. Davranışlarına susmağı, boyun əyməyi tələb edir. Rusiya dünya üçün təhdidedici bir dövlətə çevrilib. Azərbaycanın da təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün tədbirlər görməyi onun suveren haqqıdır”.

Əli Orovun vurğulayır ki, 2022-ci ilin fevral ayında Azərbaycanla Rusiya arasında Moskvada bağlanan strateji müttəfiqlik haqqında sənədin gec-tez kağız parçasına çevriləcəyi məlum idi: “Çünki Kreml ənənəvi irtica və imperialist ambisiyadından imtina etməyib. Moskvanın Bakı ilə konfrantasiyası isə Azərbaycan kimi regional güc mərkəzini itirmək deməkdir. Eyni zamanda Cənubi Qafqazla, türk coğrafiyası, həmçinin Türkiyə və Pakistanla münasibətlərini korlamaqdır. Kreml basqılarını davam etdirərsə və Azərbaycanın maraqlarını davamlı hədəf alarsa, nəticədə Bakı bir sıra məsələlərdə öz mövqeyini yenidən nəzərdən keçirə bilər. Azərbaycan Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmaq qərarına gələr ki, bu da Kreml üçün indiki dönəmdə qətiyyən arzuolunan deyil. Azərbaycan o dövlətlərdən deyil ki, iqtisadi və hərbi təzyiqlərlə Rusiyanın aşırı tələblərini yerinə yetirsin. Kremldən olsa Cənubi Qafqaz ölkələrnə bu gün qoşun yeridər. Lakin bu heç də asan məsələ deyil. Moskvanın hədə tonu, güc nümayişi Azərbaycanla birlikdə Cənubi Qafqazı Rusiyaya yaxınlaşadırmayacaq, əksinə, daha da uzaqlaşdıracaq”.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə - Bakıya ən sərfəlisi
Bu gün, 10:36
"Azərsu"ya rəhmət oxudan "ADSEA"... - Suyu damcı-damcı verir, bəs dövlət büdcəsini hara xərcləyir?
Bu gün, 10:28
Aliment borcuna görə həbslərin sayı getdikcə artır: - Çoban alimentin növbəti "qurban"ı oldu
Bu gün, 10:24
Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb - İLGİNC FAKTLAR...
Bu gün, 10:19
“Qarabağ” Çempionlar Liqasından neçə milyon QAZANIB?
Bu gün, 10:12
Paşinyanın hansı sözü Trampı utandırııb?.. - VİDEO
Bu gün, 10:04
Naxçıvanda “problem axtarırsan” sözünə görə gənc oğlanı bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI
Bu gün, 10:02
Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi - FOTO
Bu gün, 09:59
Tural Gəncəliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb? - AÇIQLAMA
Bu gün, 09:55
Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya fayda gətirəcək - Paşinyan
Bu gün, 09:48
Qurban Məmmədovun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:45
İranı qarışdıran Azərbaycan xəritəsi – Pezeşkianın adamı ortaya çıxardı
Bu gün, 09:43
Bu türk ölkəsi miqrantları geri çağırır: sıra Azərbaycanda? - Ölkəmizdə əmək bazarında təlatüm gözlənilir
Bu gün, 09:40
Əliyevin Vaşinqtondakı qələbəsini etiraf etdilər: Zəngəzuru aldı - “Joqovurd”
Bu gün, 09:37
Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 09:34
SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları... - MƏQSƏD NƏDİR, CƏNABLAR?
Bu gün, 09:31
Rusiya sərhədçiləri Zəngəzurda qalmayacaq - ŞƏRH
Bu gün, 09:21
“Bizə qarşı hər hücuma "güzgü prinsipi" ilə cavab verəcəyik" - Tofiq Zülfüqarov NET DANIŞDI
Bu gün, 09:19
"Alyans Biznes" MMC-nin vergi borcu 90 min manata yaxınlaşır - TƏFƏRRÜAT
Bu gün, 09:17
Ərdoğana “Ermənistanla sərhədi aç” tələbi - Bakıdan reaksiya
Bu gün, 09:14
Şəkidə “Kiş Adası”nda müştəriləri QUŞ YERİNƏ qoyub... QAZ KİMİ YOLURLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:08
Burda müştərini hər addımda aldadırlar... - GİLEY
Bu gün, 09:03
Tramp Putinlə Alyaskada nə danışacaq? - AÇIQLAMA
Bu gün, 08:53
İranın Ermənistanı cəzalandırmaq planı - İlginc ssenari
Bu gün, 08:45
Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR... - Samir Şərifovun himayəsi altında...
Bu gün, 08:43
Moskvadan Bakıya növbəti terror hədəsi - NƏ BAŞ VERİR?
Bu gün, 08:18
Ermənilərin Azərbaycandan inanılmaz tələbi – “Bunu necə etmək olar axı?”
Bu gün, 06:19
Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır - KİV
Bu gün, 06:17
Əmrullayevin iflası: HƏM DƏ İFŞASI... - AXI NİYƏ?..
Bu gün, 05:23
201 nömrəli məktəbin müəllimləri direktora qarşı BİRLƏŞDİ - Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT
Bu gün, 05:19
"Hansı əsaslarla təsviri incəsənət müəlliminə texnologiya dərsi veriləcək?" - Elşən Qafarov SUAL EDİR
Bu gün, 04:59
Nəcməddin Sadıqov XAİNDİR: Söhbət niyə İNDİ AÇILDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:57
Azərbaycan-Ermənistan arasında turizm sahəsində münasibətlər yarana bilərmi? - Görünəni odur ki...
Bu gün, 04:53
Zəngəzur söhbətləri: əsassız iddialara səbəb nədir? - İNCƏLƏMƏ
Bu gün, 04:51
Cənubi Qafqazda Rusiyaya yer yoxdur: “Oyun qaydaları” dəyişir - GƏLİŞMƏ
Bu gün, 04:49
"Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb" - İTTİHAM VAR...
Bu gün, 04:47
Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərini TƏHDİD OLARAQ GÖRÜR? - AKTUAL
Bu gün, 04:44
Bu kosmetoloqlar HƏBS OLUNA BİLƏR - ADLAR
Bu gün, 04:42
Azərbaycanın Ukrayna ərazisindəki obyektlərinin vurulması Kremlin qisas aksiyasıdır... - FAKT BUDUR!
Bu gün, 04:36
Azərbaycan Ordusunun keçmiş xidmət rəisi vəfat etdi - FOTO
Bu gün, 04:31
"Moskva bu görüşün nəticələrini sabotaj etmək üçün addımlar ata bilər..." - DİQQƏT
Bu gün, 04:29
"Beyin işlətməyən insanlardan zəhləm gedir..." - ETİRAZ
Bu gün, 04:27
Zakir Həsənovun müşavirinə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Bu gün, 04:25
Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb
Dünən, 23:18
Bakının Rusiya ilə bağlı daha bir addımı – ən tutarlı cavab…
Dünən, 18:03
Lirə çöküşdə: Azərbaycanlı iş adamlarını nə gözləyir? - AKTUAL
Dünən, 18:00
Ermənistanda bəyanat verildi: - Ruslar çıxarılır, Bakı nəzarət edəcək
Dünən, 17:58
Baş nazir vətəndaşlarla birgə uçdu - FOTO
Dünən, 17:55
Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 17:49
Laçın yollarında 277 min manatlıq cari təmir - DETALLAR
Dünən, 17:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru