Rusiya Ukraynada raket istehsalı zavodlarını vurub .....                     Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə .....                     "Azərsu"ya rəhmət oxudan "ADSEA"... .....                     Aliment borcuna görə həbslərin sayı getdikcə artır: .....                     Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb .....                     “Qarabağ” Çempionlar Liqasından .....                     Paşinyanın hansı sözü Trampı utandırııb?.. .....                     Naxçıvanda “problem axtarırsan” sözünə görə gənc oğlanı bıçaqlayan şəxsə .....                     Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi .....                     Tural Gəncəliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb? .....                     Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya fayda gətirəcək .....                     Qurban Məmmədovun istintaqı başa çatdı .....                     İranı qarışdıran Azərbaycan xəritəsi .....                     Bu türk ölkəsi miqrantları geri çağırır: sıra Azərbaycanda? .....                     Əliyevin Vaşinqtondakı qələbəsini etiraf etdilər: Zəngəzuru aldı .....                     Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı .....                     SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları... .....                     Rusiya sərhədçiləri Zəngəzurda qalmayacaq .....                     “Bizə qarşı hər hücuma "güzgü prinsipi" ilə cavab verəcəyik" .....                     "Alyans Biznes" MMC-nin vergi borcu 90 min manata yaxınlaşır .....                     Ərdoğana “Ermənistanla sərhədi aç” tələbi .....                     Şəkidə “Kiş Adası”nda müştəriləri QUŞ YERİNƏ qoyub... QAZ KİMİ YOLURLAR... .....                     Burda müştərini hər addımda aldadırlar... .....                     Tramp Putinlə Alyaskada nə danışacaq? .....                     İranın Ermənistanı cəzalandırmaq planı .....                     Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR... .....                     Moskvadan Bakıya növbəti terror hədəsi .....                     Ermənilərin Azərbaycandan inanılmaz tələbi .....                     Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır .....                     Əmrullayevin iflası: HƏM DƏ İFŞASI... .....                     201 nömrəli məktəbin müəllimləri direktora qarşı BİRLƏŞDİ .....                     "Hansı əsaslarla təsviri incəsənət müəlliminə texnologiya dərsi veriləcək?" .....                     Nəcməddin Sadıqov XAİNDİR: Söhbət niyə İNDİ AÇILDI? .....                     Azərbaycan-Ermənistan arasında turizm sahəsində münasibətlər yarana bilərmi? .....                     Zəngəzur söhbətləri: əsassız iddialara səbəb nədir? .....                     Cənubi Qafqazda Rusiyaya yer yoxdur: “Oyun qaydaları” dəyişir .....                     "Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb" .....                     Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərini TƏHDİD OLARAQ GÖRÜR? .....                     Bu kosmetoloqlar HƏBS OLUNA BİLƏR .....                     Azərbaycanın Ukrayna ərazisindəki obyektlərinin vurulması Kremlin qisas aksiyasıdır... .....                 

İranın Ermənistanı cəzalandırmaq planı - İlginc ssenari
Tarix: Bu gün, 08:45 | Çap et

“İranın bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə Zəngəzur dəhlizi ilə bağlı məlumatlar təhrif edilir və İranın şimal sərhədlərini itirməsi kimi yozulur”.

Bunu avqustun 12-də Tehranda mətbuat konfransında İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib.

Onun sözlərinə görə, geniş müzakirə olunan Zəngəzur məsələsi İranın şimal ərazisinin yalnız kiçik bir hissəsinə aiddir. O, İranın regionda sabitliyin bərpasına, dövlətlərin ərazi bütövlüyünün qorunmasına, suverenliyinin qorunmasına böyük diqqət yetirdiyini vurğulayıb.

Mohacerani bildirib ki, İran heç vaxt qonşu ölkələrdə xarici qüvvələrin olmasını alqışlamayıb. Onun sözlərinə görə, ən yaxşı həll yolu regional qüvvələr vasitəsilə sabitliyin təmin edilməsidir.

Mohacerani vurğulayıb ki, ölkələrin ərazi bütövlüyünü qorumaq İranın prinsipial mövqeyidir. O qeyd edib ki, İran qonşu ölkələrdə xarici qoşunların olmasını alqışlamır və hesab edir ki, region öz sülhünü təmin etməlidir.

İran rəsmilərinin müntəzəm olaraq “xarici qoşunlar”, “kənar qüvvələr” dediyi güc mərkəzləri ABŞ, Avropa İttifaqıdır. Qərbin bölgəyə yerləşməsində isə İranın “qardaşı” saydığı Ermənistan rol oynayıb. Hazırda Aİ-nin mülki missiyası sərhəddədir, dəhlizin idarəçiliyi də 99 il müddətinə ABŞ şirkətinə verilir. Amma burada xarici qoşunlardan söhbət getmir.

Ermənistan regionda xarici hərbi kontingent yerləşdiribmi? Tehran İrəvana necə təsir edə, onu necə cəzalandıra bilər?

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında İranda SEPAH-a bağlı bəzi media orqanları ABŞ-də Azərbaycanla Ermənistan arasında imzalanan son sənədlərdən qeyzə gəldiklərini, bunu həzm edə bilmədiklərini deyir: “Həmin media orqanlarının başında isə rəhbəri SEPAH zabiti olan ”Tasnim" agentliyi dayanır. İranda “dərin dövlət”i təmsil edən SEPAH hərbi-milliətçi qrupu Zəngəzur dəhlizini haqlı olaraq “Türk-Turan yolu” adlandırır. Onlar Zəngəzur dəhlizinin açılmasını İran dövlətçiliyi üçün təhdid hesab edirlər. Amma biz dəfələrlə bildirmişik ki, Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur. Zəngəzur dəhlizinin Amerika şirkətlərinə icarəyə verilməsi isə işğalçı Ermənistanın daxili işidir. Biz ona qarışa bilmərik. Əslində Nikol Paşinyan hakimiyyəti Rusiya amilini Güney Qafqazdan çıxarmaq üçün 42 kilometrlik “Tramp yolu”nu ABŞ şirkətlərinə verməyə razılaşıb. Təbii ki, bu da İranın maraqlarına cavab vermir. Çünki İranın Cənubi Qafqazdakı gələcək mövcudluğu həm də şimal qonşumuzdan asılıdır. Əgər Rusiya Güney Qafqazdan geri çəkilərsə, o zaman İran da buralardan əl-ayağını yığışdıracaq.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, real vəziyyət əslində İran mediasında şişirdildiyi kimi deyil. İranın Prezidenti Pezeşkian da bu məsələyə toxundu və təhlükəli nüansın olmadığını dilə gətirdi. İran Zəngəzur dəhlizini hədəf alarsa, bu dəfə İsrailin yox, Amerikanın yumruğunu yeyəcək. Bu isə indiki durumda İran dövlətçiliyinin süqutuna gətirib çıxaracaq bir tendensiyadır. Hazırda İran kimisə cəzalandıracaq gücdə deyil. Əgər belə bir addım molla rejimi tərəfindən atılarsa, o zaman Qərb koalisiyası İrandakı hazırkı rejimi dəyişdirmək üçün hərəkətə keçəcək. Bir sözlə, mollalar devriləcək. Ermənistan öz ərazisində hər hansı bazanın yerləşdirilməsinə razılıq verirsə, bu onların daxili işidir. İran beynəlxalq hüquqa hörmət etməyə borcludur. Əgər Gümrüdəki 102-ci bazaya Tehran rejimi səssiz qalırsa, başqalarının gəlişinə də susmalıdır. Əslində Ermənistan hər hansı bir hərbi gücü regiona gətirməyib. Hələ ki, durum belədir. Amma gətirə bilər. Çünki Vaşinqtonla İrəvan arasında xartiya imzalanıb və orada təhlükəsizlik məsələsi ön plandadır. Bu da o deməkdir ki, İran Ermənistana əzələ nümayiş etdirsə belə, qarşısında ABŞ-ni görəcək".

Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov dəhlizə nəzarətin hansı dövlətin etməsinin Azərbaycan üçün heç bir fərqinin olmadığını vurğuladı: “Bilirsiniz ki, Vətən müharibəmizdən sonra Zəngəzur məsələsini dövlət başçımız əsas prioritetlərdən biri kimi önə sürdü. Dəhlizin açılması istiqmətində 5 ilə yaxındır ki, işlər görülür. İran isə hər dəfə bildirir ki, bu, bizim qırmızı xəttimizdir, sərhədlər dəyişə bilməz və.s. Məlumdur ki, Ermənistanla İran arasında müttəfiqlik var. Özlərini dost ölkələr sayırlar. Zəngəzur dəhlizi həm də Ermənistanın dünya tərəfindən tanınan ərazilərindən keçir. Artıq təkcə Azərbaycana yox, İranın etirazları həm də Ermənistanadır, yəni öz yaxın müttəfiqinə, dostuna. Artıq regiona Avropa İttifaqının missiyasının gəlişindən sonra həm də Amerikanın gəlməsi şimal və cənub qonşularımıza sərf etmir. Bu günləri ABŞ-nin regionda olması Azərbaycan və Ermənistana bir sığortadır. Amerika dünyanın bir nömrəli dövlətidir. Onun üçün də bu dövlətlə 99 il müddətinə nəzərdə tutulan müqaviləyə imza atılması tarixi bir hadisədir. Azərbaycan üçün həmin koridoru hansı dövlətin qoruyacağı fərq etmir. Bizə bu koridor lazımdır. Naxçıvanla aramızda bir körpünün olması çox vacibdir. Həmin yoldan istifadə edib Avropaya və Naxçıvana çıxışımız olacaq. Burada məsələ təkcə Naxçıvan deyil. İran burada itirir. Çünki dəhliz olmadan əsas yol kimi İran ərazisindən istifadə olunur. Düzdür, həmin yol yenə də inşa olunacaq. Amma əsas kommunikasiyalar bu yoldan nəzərdə tutulub. Təbii ki, burada itirən həm şimal, həm də cənub qonşularımızdır. Bu məsələni 5 il öncə Azərbaycan qaldıranda yaxşı olardı ki, razılıq verərdilər. Amma Rusiya ikibaşlı oyun oynadı. Gah dəstək oldu, gah da zaman uzatdı. İran isə dəyişməz mövqeyini son 5 ildə davam etdirməkdədir. Sonra Trampın Azərbaycan və Ermənistanı bir araya gətirməsi mühüm rol oynadı. Bu sənəd imzalandı. Artıq sülh sazişinə bir addım qalıb. Azərbaycanın tələbləri var. Hesab edirəm ki, bu tələblər yerinə yetirildikdən sonra sülh müqaviləsi imzalanacaq. Bu da təkcə Azərbaycana deyil, bütün regiona bir uğur olacaq. Sabitliyin olması çox vacib məsələdir. Amma bu da, təəssüflər olsun ki, şimal və cənub qonşularımıza sərf etmir. İran bu sənəddən sonra Ermənistana heç bir təsir göstərə bilməz. Çünki burada Ermənistanın qarantiyası Amerikadır. Bilirsiniz ki, artıq neçə ildir sərhədində Amerika təlimlər keçirir. İran indi hansı müdaxiləni edib ki, indi də etsin. Artıq Tehranın hər hansı bir addım atması çox gecdir. Ortada artıq qarant bir dövlət var, o da supergüc olan Amerikadır. Güman edirəm ki, həmin məsələ həllini tapacaq. İran Ermənistanın atdığı addımlarla barışmağa məcburdur. Hesab edirəm ki, bu, belə də olacaq. Azərbaycana gəldikdə isə, əvvəldə də qeyd etdiyim kimi, bizə fərq etmir, kim nəzarət edəcəksə etsin”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukraynada raket istehsalı zavodlarını vurub
Bu gün, 10:42
Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə - Bakıya ən sərfəlisi
Bu gün, 10:36
"Azərsu"ya rəhmət oxudan "ADSEA"... - Suyu damcı-damcı verir, bəs dövlət büdcəsini hara xərcləyir?
Bu gün, 10:28
Aliment borcuna görə həbslərin sayı getdikcə artır: - Çoban alimentin növbəti "qurban"ı oldu
Bu gün, 10:24
Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb - İLGİNC FAKTLAR...
Bu gün, 10:19
“Qarabağ” Çempionlar Liqasından neçə milyon QAZANIB?
Bu gün, 10:12
Paşinyanın hansı sözü Trampı utandırııb?.. - VİDEO
Bu gün, 10:04
Naxçıvanda “problem axtarırsan” sözünə görə gənc oğlanı bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI
Bu gün, 10:02
Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi - FOTO
Bu gün, 09:59
Tural Gəncəliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb? - AÇIQLAMA
Bu gün, 09:55
Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya fayda gətirəcək - Paşinyan
Bu gün, 09:48
Qurban Məmmədovun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:45
İranı qarışdıran Azərbaycan xəritəsi – Pezeşkianın adamı ortaya çıxardı
Bu gün, 09:43
Bu türk ölkəsi miqrantları geri çağırır: sıra Azərbaycanda? - Ölkəmizdə əmək bazarında təlatüm gözlənilir
Bu gün, 09:40
Əliyevin Vaşinqtondakı qələbəsini etiraf etdilər: Zəngəzuru aldı - “Joqovurd”
Bu gün, 09:37
Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 09:34
SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları... - MƏQSƏD NƏDİR, CƏNABLAR?
Bu gün, 09:31
Rusiya sərhədçiləri Zəngəzurda qalmayacaq - ŞƏRH
Bu gün, 09:21
“Bizə qarşı hər hücuma "güzgü prinsipi" ilə cavab verəcəyik" - Tofiq Zülfüqarov NET DANIŞDI
Bu gün, 09:19
"Alyans Biznes" MMC-nin vergi borcu 90 min manata yaxınlaşır - TƏFƏRRÜAT
Bu gün, 09:17
Ərdoğana “Ermənistanla sərhədi aç” tələbi - Bakıdan reaksiya
Bu gün, 09:14
Şəkidə “Kiş Adası”nda müştəriləri QUŞ YERİNƏ qoyub... QAZ KİMİ YOLURLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:08
Burda müştərini hər addımda aldadırlar... - GİLEY
Bu gün, 09:03
Tramp Putinlə Alyaskada nə danışacaq? - AÇIQLAMA
Bu gün, 08:53
İranın Ermənistanı cəzalandırmaq planı - İlginc ssenari
Bu gün, 08:45
Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR... - Samir Şərifovun himayəsi altında...
Bu gün, 08:43
Moskvadan Bakıya növbəti terror hədəsi - NƏ BAŞ VERİR?
Bu gün, 08:18
Ermənilərin Azərbaycandan inanılmaz tələbi – “Bunu necə etmək olar axı?”
Bu gün, 06:19
Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır - KİV
Bu gün, 06:17
Əmrullayevin iflası: HƏM DƏ İFŞASI... - AXI NİYƏ?..
Bu gün, 05:23
201 nömrəli məktəbin müəllimləri direktora qarşı BİRLƏŞDİ - Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT
Bu gün, 05:19
"Hansı əsaslarla təsviri incəsənət müəlliminə texnologiya dərsi veriləcək?" - Elşən Qafarov SUAL EDİR
Bu gün, 04:59
Nəcməddin Sadıqov XAİNDİR: Söhbət niyə İNDİ AÇILDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:57
Azərbaycan-Ermənistan arasında turizm sahəsində münasibətlər yarana bilərmi? - Görünəni odur ki...
Bu gün, 04:53
Zəngəzur söhbətləri: əsassız iddialara səbəb nədir? - İNCƏLƏMƏ
Bu gün, 04:51
Cənubi Qafqazda Rusiyaya yer yoxdur: “Oyun qaydaları” dəyişir - GƏLİŞMƏ
Bu gün, 04:49
"Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb" - İTTİHAM VAR...
Bu gün, 04:47
Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərini TƏHDİD OLARAQ GÖRÜR? - AKTUAL
Bu gün, 04:44
Bu kosmetoloqlar HƏBS OLUNA BİLƏR - ADLAR
Bu gün, 04:42
Azərbaycanın Ukrayna ərazisindəki obyektlərinin vurulması Kremlin qisas aksiyasıdır... - FAKT BUDUR!
Bu gün, 04:36
Azərbaycan Ordusunun keçmiş xidmət rəisi vəfat etdi - FOTO
Bu gün, 04:31
"Moskva bu görüşün nəticələrini sabotaj etmək üçün addımlar ata bilər..." - DİQQƏT
Bu gün, 04:29
"Beyin işlətməyən insanlardan zəhləm gedir..." - ETİRAZ
Bu gün, 04:27
Zakir Həsənovun müşavirinə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Bu gün, 04:25
Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb
Dünən, 23:18
Bakının Rusiya ilə bağlı daha bir addımı – ən tutarlı cavab…
Dünən, 18:03
Lirə çöküşdə: Azərbaycanlı iş adamlarını nə gözləyir? - AKTUAL
Dünən, 18:00
Ermənistanda bəyanat verildi: - Ruslar çıxarılır, Bakı nəzarət edəcək
Dünən, 17:58
Baş nazir vətəndaşlarla birgə uçdu - FOTO
Dünən, 17:55
Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru