200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                 

"Azər Süleymanov nəyə xidmət edir: dövlətə, xalqa, yoxsa cibinə???" - nazirə şok şikayət
Tarix: 18-06-2016, 10:22 | Çap et
"Azər Süleymanov nəyə xidmət edir: dövlətə, xalqa, yoxsa cibinə???"
Bu sözlər neçə gün əvvəl redaksiyamıza zəng edərək dərdini bizə danışan ağcabədili fermer V.Axundovun şikayət məktubundandır… V.Axundov əməkdaşımızla söhbətində olduqca maraqlı məsələlərə toxunub. Sən demə, 2 milyondan çox əhalisi olan qonaqlı-qaralı Bakıda ət və ət məhsullarının bahalığının bir səbəbi həm də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyinin fəaliyyətindəki uyğunsuzluqdur…

В«Niyə rayonlarda kq-ı 5-6 manata olan ət Bakı bazarlarında 8-9, bəzən isə 10 manata satılır???В»

Şikayətçi fermerin kənd təsərrüfatı naziri Heydər Əsədova ünvanlı şikayətini ixtisarla təqdim edirik (Daha geniş yazı qəzetin 21 iyun tarixli sayında dərc ediləcək):
-Cənab nazir! Əvvəlcə ondan başlayım ki, 20 ildən çoxdur maldarlıq və qoyunçuluq təsərrüfatı yaradaraq fəaliyyət göstərirəm. Dövlətdən bir manat da pul almadan… Qoy bu müraciətimi cənab kənd təsərrüfatı nazirimiz kimi Siz Heydər Əsədov oxuyasınız və agah olsun ki, ölkəmizdə bəzi sahələrdə bahalığın, məhsul qıtlığının bir səbəbi də fermerlərə lazımi köməkliyin olmamasıdır. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamları ilə hər il taxılçılara maliyyə yardımı edilir. Mənim qonşu təsərrüfatımda çalışanların güzəranından görürəm ki, bunların çoxu yerlərdə nəzəri xarakter alır, mahiyyətinə gələndə fermerin adına yardım var, özü demək olar yoxdur. Azsaylı adamlara verirlər, amma çoxlarının adına yazılır və… Bunu da qoyuram bir kənara, amma qoyunçuluq və maldarlıq təsərrüfatı yaradanlara isə heç bir kömək yoxdur. Halbuki Azərbaycanlı süfrəsinin bir tərəfində çörək durursa, digərində ət məhsulları dayanır. Biz fermerlərin yem bazası yaratması üçün də kömək lazımdır. Suyu pulla alırıq, yerlərdəki baytarlıq xidmətinin hansı səviyyədə olması da bəllidir… Baytarlar yalnız bazara halal ətimizi aparanda Forma-arayış deyilən bir sənədi verəndə yada düşürlər. Daha doğrusu, onda bizi yad edirlər.
Cənab nazir! Özüm ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. Mənim şikayətim konkret olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun komandasının zəif fəaliyyətindən, biz fermerlərin qarşısına süni səd çəkməsindəndir. Əvvəlki rəis Sialə xanımın dövrünü xatırlayıram. Belə deyildi… Televiziyadan gördüm və sonra mətbuatdan izlədim ki, bu ilin iyunun 11-də Kənd Təsərrüfatı Nazirliyində baytarlıq xidmətinin yarıtmazlığına həsr olunmuş iclas keçirilib. İclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanov və onun işçiləri də var idi. Yadımdadır ki, Siz, cənab nazir, iclası açıb dövlətin aqrar sektora göstərdiyi diqqət və qayğıdan danışdınız. Hətta respublikada ərzaq bolluğunun yaradılmasında Baytarlıq Nəzarəti Xidmətinin müstəsna rolu olduğunu dediniz. Amma Sizin bu iclasınızda 5-3 tanınmış fermer də iştirak etsəydi, məlum olacaqdı ki, əksinə, ölkədə ərzaq qıtlığının, bahalığın yaradılmasında Baytarlıq Nəzarəti Xidmətinin rolu az deyil… Bunu bilmək üçün Siz nümayəndələrinizi, amma inandığınız, güvəndiyiniz adamları gecə saatlarında Bakıdakı kolxoz bazarlarına göndərin. Ət və ət məhsullarını paytaxt bazarlarına gətirən biz fermerlərin və ya nümayəndələrimizin başına açılan oyunu, pul alış-verişini, sizin laboratoriya müdirlərinin, baytar həkimlərin hansı hoqqadan çıxdığını, hər bazara aylıq haqqın necə qoyulmasını və s. görəndə, biləcəksiniz ki, Prezident cənab İlham Əliyevin və Sizin bir nazir kimi çəkdiyiniz əziyyətləri necə heçə endirirlər. Məni səmimi qəbul edin, olduğu kimi söyləməyə məcburam, bu yaxınlarda Mikrorayon bazarına ət aparmışdıq, halallıqla kəsilmiş, yetişdirilmiş heyvanlarım idi, uşağıma toy etdirirdim, dedim, niyə qazancı alverçilərin olsun, öz heyvanlarımın ətini özüm satdıracağam. Onsuz da bazarların hər birinin öz ət alverçisi var və biz də onlara təhvil veririk. Amma rayonlardakı mal-qoyun alverçiləri bizdən su qiymətinə alıb Bakıda üzərinə 25-30 faiz pul qoyub satırlar. Bu insafsızlıqdır… Və mən bazarda sizin laboratoriya müdirinin, baytar həkimin sənəd istəməsi bəhanəsi ilə əlimizdəki əti onların adamları olan alverçilərə yarı qiymətinə satdırmaq istəyini görəndə dəhşətə gəldim. Bu barədə eşitmişdim, amma öz gözlərimlə gördüm. Təsəvvür edin, bizdən tələb edirlər ki, bazara keyfiyyətsiz ət gətirilməsin, xəstəlik var və s. Deyirlər ki, arayış gətirin. Axı yerlərdəki baytar oturur başqa yerdə, mən fermer sabah iki mal satıramsa, onu hara dəvət edim, bəlkə mal-heyvanlarımızı onun idarəsinə aparmalıyıq? Hər gün Bakıya minlərlə mal, on minlərlə qoyun-quzu kəsilib daşınır. Mövcud şərait isə diqtə edir ki, hamı aparıb pulunu verib arayışını alsın. Heyvan xəstədir-sağlamdır, kim görür ki. Sonra Bakıdakı bazarların baytar həkimləri də bu tərəfdən. Əgər biz təkrarən bazarlardakıların В«bığının altından keçəcəyiksəВ», daha o forma-arayışlar kimə lazımdır??? 8 km bazarında da eyni mənzərəni görmüşük, tanıdığım fermerlərin bildirdiyinə görə В«Yaşıl BazardaВ» və В«Bakı Mərkəzi BazarВ»da, Nəsimi bazarında da elə… Yaxşı biz dərdimizi kimə və necə deyək? Bazar işçiləri də etiraf edirlər ki, hər bazarın öz haqqı var. Hətta guya rəis Azər Süleymanov reyd keçirdir, at əti tutur və s. Bunlar onun rəis təyin edilməsinə hesablanmış görüntülərdir.
Cənab nazir! Şikayətimin əsassız olub-olmamasını araşdırmaq üçün tamamilə inandığınız bir adamı bazarlara gecələr göndərin və bundan sonra Sizə məlum olacaq ki, niyə Bakıda ət od qiymətinədir... Söylədiklərimə bir sübut: yuxarıda qeyd etdiyim iclasda, hansı ki, Siz sədrlik edirdiniz, bazarlardakı baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının fəaliyyəti barədə çıxışlar oldu, narazılıqlar dilə gətirildi. Elə həmin iclasda elan olunub ki, işdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova, 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilmişdir. Bundan başqa, 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilmiş, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilmişdir. Halbuki birinci şiddətli töhmət rəis əvəzi Azər Süleymanovun özünə verilməli idi… Onun bazarlardakı işçilərinin dilindən deyilənləri eşidəndə təəssüflənməli olmuşam. Bütün bunları yoxlamaq üçün bir fermeri pilot layihəyə cəlb edin, Bakıya ət gətirsin. Görün onun başına nə oyun açılacaq, baytar həkimlər nə hoqqadan çıxacaq…
Cənab nazir, inanıram ki, biz fermerlərin il boyu çəkdiyi əziyyəti yüksək qiymətləndirirsiniz. Amma istəyirik ki, zəhmətimiz hədər getməsin, Baş Baytarlıq Xidmətinin rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini
Azər İdris oğlu Süleymanovun yaratdığı mövcud durum dəyişsin, onda Bakı bazarlarında qiymətlər 20-30 faiz aşağı düşəcək, bizlərin də gəlirləri çox olacaq.
***
Qeyd edək ki, Azər Süleymanov birdən-birə 12.06.2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini təyin edilib, bundan 3 ay sonra (07.09.2015) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis vəzifəsini icra edən (rəis müavini) vəzifəsinə təyinat alıb. Halbuki ona qədər bu Baş İdarədə (Xidmətdə) çoxsaylı daha təcrübəli işçilər var idi, niyə onlar kənarda qalıb??? Bu tələm-tələsik təyinat nədən qaynaqlanır???
Məsələyə dair rəis əvəzi A.Süleymanovun da mövqeyini öyrənməyə çalışdıq… Təəssüflər olsun ki, onun 562-76-13 iş telefonu zənglərimizə cavab vermədi… Bununla belə, şikayətçinin xahişi ilə Bakının üç bazarında gecə saatlarında baş verənləri canlı görmək üçün reyd keçirdik, araşdırma apardıq… Daha ətraflı yazı təqdim olunacaq və foto və videokadrlar çapa hazırlanır…
(Davamı var)
В«Pravdainfo.orgВ»un Araşdırması










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru